Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-539/2026 09.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi ilə, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Şirvan şəhəri * saylı Notariat ofisinə qarşı “icra qeydinin ləğvi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Şirvan şəhəri * saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri * saylı Notariat ofisində tərtib edilmiş ##.##.2025-ci il tarixli 8İ-10186 nömrəli icra qeydinin ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: cavabdeh cavabdeh2 ilə arasında Bakı şəhəri * saylı notariat ofisində ## ##### 2025-ci il tarixdə borc müqaviləsi və həmin müqavilənin təminat üsulu kimi ##.##.2025-ci il tarixli, 3M-*** reyestr nömrəli ipoteka müqaviləsi imzalanmışdır. Hər iki müqavilədən də görünür ki, borc verən cavabdeh2 136000 manat məbləğində pul vəsaitini borc alan İddiaçı verməyi öhdəsinə götürmüş, borc alan isə borcu ##.##.2025-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüş, müqavilənin təminat üsulu kimi Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ** saylı evin, ** saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Hazırda Şirvan şəhəri * saylı Notariat ofisi icra qeydi göndərərək, Notariat haqqında qanunun 76-cı maddəsinə və İpoteka haqqında qanunun 38-ci maddəsinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ** saylı evin, ** saylı mənzildə yerləşən əmlaka tutmanın yönəldilməsini təklif etmişdir. Qeyd olunan borc müqaviləsinin əsl tərəfi yoldaşı Elşad Səfərovla dostu Seymur arasında olmuşdur. Belə ki, yoldaşı Elşad ilə Seymur arasında dostluq münasibətləri mövcud olmuş və mütəmadi olaraq bir-birlərinə borc verib vaxtında da borcu qaytarmışlar. ## ##### 2025-ci il tarixdə bağlanan borc müqaviləsi üzrə Seymur yoldaşı Elşada 90000 manat borc vermiş, həmin pulun faizi ilə birlikdə 136000 manat qaytarılması nəzərdə tutulmuşdur. Həmin müqavilədə tərəf kimi cavabdeh2 göstərilsə də, əslində müqavilənin əsl tərəfi Seymur olmuşdur. Bu faktı həm Seymur, həm Dəyanət, həm də aralarında olan danışıqlar da təsdiq edə bilər. Hər ay Seymura müqavilədə göstərilən puldan başqa 2800 manat faiz ödəmişlər. Hazırda da faiz ödəməkdə davam edirlər. Danışıqları da belə olmuşdur ki, onlar müqavilədə müddəti 1 ay göstərirlər, lakin aralarında olan razılaşmaya uyğun olaraq o pulu yaxın zamanda qaytaracaqdır. Bundan başqa yaxın münasibətdə olduqları səbəbi ilə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ** saylı evin, ** saylı mənzillə bağlı Bakı şəhəri * saylı notariat ofisində ## ##### 2025-ci il tarixdə borc müqaviləsi və həmin müqavilənin təminat üsulu kimi ##.##.2025-ci il tarixli, 3M-*** reyestr nömrəli ipoteka müqaviləsində mənzilin bazar dəyərinin 1350000 manat olmasına baxmayaraq 400000 manat göstərilmişdir. Bu onu göstərir ki, müqavilənin bağlanması və mənzilin ipoteka ilə yüklü edilməsi formal olmuşdur. Aralarında bu razılaşmanın olmasına baxmayaraq cavabdeh icra qeydi barədə müraciət etmişdir. Cavabdeh Dəyanətlə yoldaşı bu barədə telefon vasitəsi ilə danışdıqda o bildirmişdir ki, ona icra qeydi verilməsi ilə bağlı göstərişi Seymur vermişdir. Ona görə də, bu məsələni Seymurla həll etmələrini bildirmişdir. Bundan sonra yoldaşı Seymurla əlaqə saxladıqda Seymur onlara 1 ay ərzində pul məbləğini ödədikdə icra qeydini geri götürəcəyini bildirmişdir. Notariat haqqında AR Qanunun 76-cı maddəsinə görə, “Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Qeyd edilən normadan da görünür ki, icra qeydi tərəflər arasındakı “borcun mübahisəsiz olduğu” hallarda verilir. “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 8-ci hissəsində nəzərdə tutulmuşdur ki, icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Göründüyü kimi mübahisələndirmənin predmeti icra qeydi deyil, tələbdir. Belə iddia verildikdə tələbkar cavabdeh sayılır, notarius isə üçüncü şəxs kimi işə cəlb edilir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və II hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## ### 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə uyğun olaraq, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Göründüyü kimi notariusun apardığı icra qeydi publik münasibətləri deyil, xüsusi hüquqi münasibətlərin nizama salınmasına yönəlmişdir. Hazırki işdə isə borc müqaviləsi və onun əsasında müqavilənin təminat üsulu kimi bağlanan ipoteka müqaviləsi də formal bağlanmışdır. Qeyd edilən borcun məbləği ilə bağlı cavabdehlə aralarında mübahisə mövcuddur. Birinci instansiya məhkəməsində cavabdeh Şirvan şəhəri * saylı Notariat ofisinin nümayəndəsi X1 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilmişdir. Birinci instansiya məhkəməsində cavabdeh cavabdeh2 iştirak etməmişdir. Şirvan Şəhər Məhkəməsinin (hakim C.Mustafayev) ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Şirvan şəhəri * saylı Notariat ofisinə qarşı Şirvan şəhəri * saylı Notariat ofisində tərtib edilmiş ##.##.2025-ci il tarixli 8İ-10186 nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər apellyasiya baxışında iştirak etməmişlər. Apellyasiya baxışı mərhələsində iddiaçı İddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə elektron ərizə ünvanlayaraq bildirmişdir ki, hazırda onun tərəfindən cavabdeh cavabdeh2 olan borc tamamilə ödənilmiş və aralarındakı mübahisə məhkəmədənkənar qaydada tamamilə və birdəfəlik həll edilmişdir. İddiaçı ərizəsində apellyasiya şikayətini geri götürdüyünü və apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və imtinanın qəbul edilməsini xahiş etmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün etmişdir. MPM-in 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-in 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası iddiaçı İddiaçı apellyasiya şikayətindən imtinasını, iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası Azərbaycan Respublikasının MPM-nin 369.2-ci maddəsinin tələblərinə uyğun olduğundan qəbul edilməli, apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Qanunun mənasına görə, digər qərardadlardan kassasiya şikayəti verilmir. MPM-in 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. İddiaçı İddiaçı apellyasiya şikayətindən imtina etdiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onun özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilsin. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-539/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-539/2026
09.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver