Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-581/2026 10.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Hacıyev Pərviz Vaqif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçı İddiaçı, onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsindən (hakim Rüstəm Alıyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, 6000(altı min) manat pulun, 80 manat ödənilmiş dövlət rüsumunun və 300 manat hüquqi yardım üçün vəkilə çəkilən xərcin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ona 6000 (altı min) manat məbləğində pul borcludur. Belə ki, ##.##.2025-cü ildə şəxsən imza etdiyi yazılı müqaviləyə əsasən İddiaçı ilə Cavabdeh arasında 6000 (Altı min) manat dəyərində pul götürdüyünü qeyd etmiş, razılığa əsasən hər ay götürdüyü pulu hissə-hissə olmaqla 2026-cı ilədək qaytarmağı öhdəsinə götürmüşdür. Dəfələrlə ona şifahi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq hər dəfə borcunu ödəyəcəyini bildirmiş və bu günə kimi pul ödəməmişdir. Tərəfindən ##.##.2025-ci ildə bildirişi Cavabdeh göndərməklə ona olan 6000 (altı min) manat pul borcunu 7 gün müddətində geri qaytarmağı tələb etmişdir. Əks halda qanunvericiliyə müvafiq olaraq barəsində borcun alınması məqsədi ilə məhkəmə qaydasında müraciət etməklə tələb edəcəyini bildirmişdir. Lakin cavabdeh yenədə pulu ödəməmişdir. Bu səbəbdən məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş, izahatında göstərmişdir ki, Cavabdeh ##.##.2025-ci il tarixdə imza edilməklə 6000 manat borc pul vəsaitinin almasını öz iradəsi ilə ifadəsini bildirməklə borc müqaviləsi bağlamışdır. Qeyd olunan borc məbləğindən cavabdeh Cavabdeh tərəfindən hər hansı məbləğdə ödəniş edilməmişdir. Onun tərəfindən məhkəməyə təqdim olunan ödəniş qəbzləri hazırda iddia tələbi ilə məhkəməyə müraciət edilməsinə əsas olmuş borc müqaviləsi ilə bağlı ödəniş olmamışdır. Borc müqaviləsində qeyd olunan 6000 məbləğində pul vəsaiti müqavilənin bağlandığı tarixdə deyil, 2024-cü ilin dekabr ayından başlayaraq, 2025-ci ilin iyul ayınadək olan müddət ərzində cavabdehə hissə-hissə olmaqla verilmişdir. Həmçinin “cinayət işinin başlanmasının rədd olunması haqqında” ##.##.2025-ci il tarixli qərarın qəbul olunmasına əsas Cavabdeh müraciəti əsasında başlanan araşdırma olmuşdur və həmin müraciətdə İddiaçı qarşı 3200 manat məbləğində pul vəsaitinə görə müraciət olunması səbəbindən izahatında Cavabdeh 3200 manat məbləğində pul vəsaitini verdiyini bildirmişdir. Amma əslində tərəflər arasında olan borc məbləği 6000 manat təşkil etmişdir. Bu hal borc müqaviləsi ilə təsdiq olunur. Qeyd olunan qərardan İddiaçı tərəfindən məhkəmə nəzarəti qaydasında və ya prokurora şikayət olunmamışdır. Iddiaçı İddiaçı müvafiq VÖEN-i olmasına baxmayaraq, o, vergi ödəyicisi kimi məhz kredit təşkilatı kimi faizlər nəzərə alınmaqla borc pul verməklə bağlı müvafiq qaydada qeydiyyatdan keçməmişdir. Cavabdeh Cavabdeh iddia tələbi ilə qismən razılaşaraq bildrmişdir ki, onun tərəfindən iddiaçı İddiaçı hissə-hissə olmaqla ümumilikdə 3200 manat pul vəsaiti borc olaraq alınmışdır. Həmin pul vəsaiti üzrə müvafiq ödənişlər etsə də, iddiaçı tərəfindən həmin ödənişlər əsassız olaraq ondan qanunsuz olaraq tələb olunan faizə çıxılmışdır. Iş materiallarına əlavə olunmuş əlyazma onun tərəfindən imza edilməklə tərtib olunmuşdur, lakin orada qeyd olunan məbləğ şişirdilərək tərtib olunmuş və bu səbəbdən İddiaçı barəsində polis orqanlarına müvafiq şikayətlə müraciət etmişdir. Həmin müraciət əsasında aparılan araşdırma zamanı iddiaçı özü də ona verilən pul vəsaitinin məbləğinin 3200 manat olmasını izahatı ilə təsdiq etmişdir. Qeyd olunan araşdırma əlyazmanın tərtib olunduğu ##.##.2025-ci ildən sonrakı tarixdə yəni, 2025-ci ilin sentyabr ayında aparılmışdır. Əgər onun İddiaçı 6000 manat məbləğində borcu olsaydı bu zaman qeyd olunan izahatlarında da bu məbləğin 3200 manat deyil, 6000 manat olmasını bildirərdi. Iddiaçıya olan 3200 manat borcundan 2030 manat məbləğində ödənişlər etmiş və hazırda onun iddiaçıya 1170 manat məbləğində borcu qalmışdır. Qeyd olunan məbləği də hissə-hissə olmaqla ödəyəcəkdir. Qeyd etdikləri halların məhkəmə tərəfindən qətnamə çıxarılarkən nəzərə alınmasını xahiş edir. Salyan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdeh Cavabdeh 3200 (üç min iki yüz) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzində 52 (əlli iki) manat cəmi, 3252 (üç min iki yüz əlli iki ) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək dəyişdirilməsi və iddianin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən vəkilə ödənilmiş 300 manat pulun tutulmasını təmin etməmişdir. Halbuki bu məbləğ maddi ziyana düşməyinə səbəb olmuş cavabdehin qanunsuz hərəkətlərinə görədir və xərc kimi tutulması MPM-in tələbidir. Hazırki mülki işin hallarından görünür ki, tərəflər arasında sadə yazılı formada borcun mövcudluğunu təsdiq edən ##.##.2025-ci il tarixli yazılı sənəd (Qəbz) imzalanmışdır. Qeyd olunan yazılı sənəddə borcun məbləği 6000 manat məbləğində qeyd olunsa da, məhkəmə araşdırması zamanı cavabdeh tələb olunan borc məbləğinin əslində 3200 manat təşkil etməsini bildirmişdir. Qeyd etdiyi bu arqumentin və ya dəlilin təsdiqi kimi onun müraciəti əsasında Salyan RPŞ-də aparılan araşdırma zamanı iddiaçının özünün izahatına istinad etmişdir. Qeyd olunan bu halın araşdırılması məqsədilə məhkəmə tərəfindən Salyan RPŞ-yə ##.##.2025-ci il tarixdə və ##.##.2026-cı il tarixdə Salyan Rayon Prokurorluğuna müvafiq soğrular ünvanlanmışdır. Soğulara cavab olaraq Cavabdeh ##.##.2025-ci il tarixli müraciəti əsasında aparılmış araşdırma materialları məhkəməyə təqdim olunmuşdur. Məhkəmə baxışı zamanı iddia tələbinin verilməsinə əsas olan ##.##.2025-ci il tarixli yazılı sənəd Salyan RPŞ-də aparılmış araşdırma zamanı hazırki mülki iş üzrə iddiaçı və cavabdeh tərəfin verdiyi izahatlarla qarşılıqlı şəkildə tədqiq olunmuşdur. Müəyyən olunmuşdur ki, ##.##.2025-ci il tarixli yazılı sənəddə borc məbləği 6000 manat kimi qeyd olunsa da, həmin yazılı sənədin tərtib olunduğu tarixdən sonrakı, yəni, ##.##.2025-ci il tarixində Cavabdeh müraciəti əsasında 2025ci ilin sentyabr ayında aparılan araşdırma zamanı İddiaçı tərəfindən verilən izahatında tərəflər arasında mövcud olan borcun məbləği 3200 manat kimi qeyd olunmuşdur. Faktiki olaraq məhkəmə tərəfindən ləğv edilmiş qərara istinad etməsinin heç bir hüquqi əsası yoxdur. Həmin araşdırma materialının mötəbərliyi hazırda yoxdur və saxta imzalarla materiala iddiaçının imzalamadığı və məlumatı olmadığı izahatı əlavə edilmişdir ki, bu izahat iddiaçı tərəfindən yazılmamış və imzalanmamışdır. Bununla bağlı ilkin məhkəmə proseslərində heç vaxt iddiaçı tərəfindən bu müraciətin mövcudluğundan məlumatlı olmaması bildirilmiş və heç vaxt polis şöbəsinə çağırılmadığı və izahat yazmadığı bildirilmişdir. Imza etmədiyi və saxta olan izahat sübut kimi nəzərə alına bilməz. Salyan rayon prokurorunun müavini Rəcəb Hacıyev tərəfindən Salyan RPŞ-in istintaq bölməsinin sabiq müstəntiqi, R Ilqar Ismayılovun material üzrə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə ##.##.2026-cı il tarixli qərar və Salyan RPŞ-in istintaq bölməsinin müstəntiqi Hacıbala Əlisgəndərli tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsinə dair qərarlardan görünür ki, İddiaçı izahatı olmadan bu izahata istinad edilmişdir ki, həmin izahat əsassızdır. Buna görədə həmin izahat etiraf kimi götürülə bilməz. Məhkəmənin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli sorğusuna cavab olaraq X5 tərəfindən məhkəməyə təqdim olunmuş Cavabdeh müraciəti əsasında araşdırmanın nəticəsi olaraq toplanan materiallardan görünür ki, Cavabdeh ##.##.2025-ci il tarixli müraciəti əsasında aparılan araşdırma çərçivəsində müraciət edən şəxsin və barəsində müraciət olunan İddiaçı izahatları alınmışdır. Salyan rayon prokurorunun müavini Rəcəb Hacıyev tərəfindən Salyan RPŞ-in istintaq bölməsinin sabiq müstəntiqi, R Ilqar Ismayılovun material üzrə qəbu edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə ##.##.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi barədə ##.##.2026-cı il tarixli qərar qəbul edilmişdir. Artıq Salyan Rayon Məhkəməsinin istinad etdiyi və əsas götürdüyü qərarın heç bir hüquqi qüvvəs yoxdur. İddiaçı Salyan RPŞ-in istintaq bölməsinin müstəntiqi Hacıbala Əlisgəndərli tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsinə dair qərarda da göründüyü kimi izahatında bildirmişdir ki, ##.##.2025-ci il tarixdə Cavabdeh maşın almaq üçün 6000 (altı min) manat borc almış, həmin borcu alması barədə imzası ilə təsdiq etdiyi qəbzi təqdim etmiş, daha əvvəl Salyan RPŞ-də izahat vermədiyini bildirmiş və hərrin materialdakı izahatı yazmadığını bildirmişdir. Salyan rayon prokurorunun müavini X3 RPŞ-in istintaq bölməsinin müstəntiqi, R Ilqar Ismayılovun material üzrə qəbu etmiş olduğu cinayət işi başlanmasının rədd edilməsi barədə ##.##.2025-ci il tarixli qərarın ləğv edilməsi barədə ##.##.2026-cı il tarixli qərarında göstərilir: ünvan 1-da yaşayan İddiaçı qız ##.##.2026-cı il tarixdə Salyan rayon prokurorluğuna daxil olmuş ərizəsində göstərmişdir ki, Salyan şəhər sakinləri X2 və qohumu Cavabdeh onun və bacısı Mehribar Soltanova barəsində etdikləri şikayət əsasında Salyan RPŞ-in istintaq bölməsinin müstəntiqi Ilqar Ismayılov tərəfindən aparılmış araşdırmadan narazıdır, müstəntiq tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərarın ləğv edilərək yenidən araşdırma aparılmasını xahiş edir. İddiaçı müraciəti əsasında Salyan RPŞ-in istintaq bölməsində toplanmış material tərəfimdən tələb edilərək öyrənildi. Müəyyən edildi ki, Salyan şəhəri 20 Yanvar küçəsi ev 2, mənzil 29-da yaşayan X2 RPŞ-yə daxi olmuş ##.##.2025-ci il tarixli ərizəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayından başlayaraq İddiaçı 1500 manat və bacısı Mehriban Soltanovadan isə 3500 manat faizə pul almış, əvəzində atasının sosial təminat kartını Mehribana vermişdir. Xuraman və Mehriban Soltanova ona faizə pul versələr də, məcbur edib borc kimi yazdırıblar. Eyni zamanda Salyan şəhəri M.Rəsulzadə küçəsi ev 105-də yaşayar Cavabdeh Salyan RPŞ-nə daxil olmuş ##.##.2025-ci il tarixli ərizəsində göstərmişdir ki, 2024-cü ilin dekabr ayında İddiaçı 3200 manat faizə pul götürmüş, bir müddət faizi ödəsə də, hazırda ödəmək imkanı olmadığından İddiaçı onu hədələyir. Köməklik göstərilməsini xahiş edir. Müşfiq Əliyevin ərizəsi ##.##.2025-ci il tarixdə Salyan RPŞ-də “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda HK 1/1811 sayla, Cavabdeh Salya RPŞ-də daxil olmuş ərizəsi isə HK 1/1812 sayla qeydiyyata alınaraq icrası RPŞ-in istintaq bölməsinin sabiq müstəntiqi, R Ilqar Ismayılova həvalə olunmuşdur. Müstəntiq material üzrə səthi araşdırma aparmaqla kifayətlənib ##.##.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul etmişdir. Müstəntiq tərəfindən izahatlar səthi alınmış, Müşfiq Əliyevin izahatında göstərdiyi atasına məxsus sosial təminat kartını götürdüyü faiz qarşılığında Mehriban Soltanovaya verilməsi xüsusatı araşdırılmamış, bu məqsədlə Müşfiq Əliyevin atası Rəşadət adlı şəxsin izahatı alınmamış, həmin kartdan pulun kimin tərəfindən çıxarılması və görüntülərin əldə edilməsi ilə bağlı aidiyyəti banka sorğu edilib cavab alınmamış, eləcə də barəsində şikayət olunan Xuraman və Mehriban Soltanovadan izahat alınaraq həmin xüsusata aydınlıq gətirilməmiş, nəticəde əsassız olaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul olunmuşdur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmiş, bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə müvafiq olaraq işə apellyasiya şikayətinin dəlilləri üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, iddianin tam təmin olunmasını xahiş etməklə qətnaməni qismən, iddianın təmin olunmayan hissəsində mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübhisələndirilən iddianın təmin olunmayan hissədə yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və X10 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Iş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur. Cavabdeh tərəfindən imza edilməklə ##.##.2025-ci il tarixdə tərtib olunmuş əlyazmadan qəbzdə aşağıdakı ifadələr yer alır: Cavabdeh İddiaçı ##.##.2025-ci il tarixində (6 min Manat) 6000 manat borca pul aldım. 2026-cı ildə qaytaracam. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Cavabdeh göndərilmiş Pretenziya məktubundan görünür ki, ##.##.2025-ci il tarixdə ondan aldığı 6000 (altı min) manat məbləğində pulu qaytarmamışdır. Pretenziyanı aldıqdan sonra ona olan 6000 (altı min) manat məbləğində pul borcunu 07 gün müddətində ödənilməsi təklif olunmuşdur. Əks halda məhkəməyə bu tələblə bağlı iddia qaldırılacaqdır. Birinci instansiya məhkəməsinin sorğusu əsasında Salyan Rayon Prokurorluğu tərəfindən təqdim olunmuş Cavabdeh müraciəti əsasında toplanan araşdırma materiallarından aşağıdakılar müəyyən olunur: ##.##.2025-ci ildə Cavabdehs Hacağa oğlu ərizə ilə Salyan rayon prokuroruna müraciət edərək bildirmişdir ki, 2024-cü ilin dekabr ayında İddiaçı 3200 manat faizə pul götürmüşdür. Yanvar ayından avqust ayına kimi ödəmişdir. Indi ödəyə bilmir. İddiaçı onu hədələyir. Köməklik göstərilməsini xahiş edir; Cavabdeh izahatında göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır, məhkum olunmamışdır, Salyan rayon yol idarəsində fəhlə işləyir. Salyan şəhər sakini İddiaçı barəsində Salyan Rayon Prokurorluğuna şikayət ərizəsi yazmışdır. Belə ki, 2024-cü ilin dekabr ayında ilk dəfə Xuramandan 500 manat pulu hər ay 75 manat faiz ödəmək şərti ilə götürmüş, sonrakı 2 ay ərzində hər dəfə 75 manat olmaqla cəmi 150 manat faiz ödəmişdir. Daha sonra yenidən pula ehtiyac yarandığından 2025-ci ilin mart ayında Xuramandan daha 500 manat faizə pul götürmüş və Xuramana 1000 manat borcunun olması barədə qəbz yazıb vermişdir. Bundan sonrakı 2 ayda hər ay 150 manat olmaqla Xuramana 300 manat faiz ödəmişdir. Aprel ayında anasının vəfatının ildönümü olduğundan məcbur qalıb yenidən Xuramandan 600 manat faizə pul götürmüşdür. Sonrakı aylarda Xuramandan hissə-hissə 400 manat, daha sonra hissə-hissə 1200 manat pul götürmüşdür. Ümumilikdə Xuramandan 3200 manat pul götürmüş və götürdüyü pulların aylıq faizi 480 manat təşkil etmişdir. Iyul ayında Xuramana 480 manat, avqust ayında isə 400 manat faiz pulu ödəmişdir. Xuramandan götürdüyü pulun aylıq faizini ödəyə bilmədiyi üçün sentyabrın əvvəllərində evlərinə getmiş və xahiş etmişdir ki, ona bir qədər möhlət versin ki, dekabr ayında ona olan bütün borcunu bağlaya bilsin. Lakin Xuraman razılaşmayaraq demişdi ki, hər ay ona 200 manat faiz pulunu ödəyə bilsə, dekabr ayınadək hər ay qalacaq 280 manat faiz pulunu ümumi olan 3200 manat borcunun üzərinə yazacaq. Ümumilikdə hazırda Xuramana cəmi 3200 manat ana məbləğ olan borcu qalıb və artıq borcunu Xuramana ödəyə bilməyəcəyini başa düşüb məcbur qalıb rayon prokurorluğuna şikayət ərizəsi yazmışdır. Çünki son görüşdə Xuraman demişdir ki, əgər onun borcunu qaytarmasa məhkəməyə verəcək; İddiaçı izahatında bildirmişdir ki, anası və bacısı Mehribanla birlikdə ünvan 1 ünvanında yaşayır, məhkum olunmamışdır, evdar qadındır, istifadəsində 051-343-08-79 və 055-439-15-12 mobil telefon nömrələri vardır. Salyan şəhər sakini Cavabdeh ondan 2024-cü ilin dekabr ayında 500 manat, 2025-ci ilin mart ayında daha 500 manat, aprel ayında daha 600 manat, sonrakı aylarda hissə-hissə 400 manat və hissə-hissə daha 1200 manat pul götürmüşdür. Ümumilikdə Ibrahim ondan 3200 manat pul götürmüş və götürdüyü pulların aylıq faizi 480 manat təşkil etmişdir. Lakin Ibrahim götürdüyü pulları qaytarmadığından onun barəsində Salyan Rayon Məhkəməsinə şikayət ərizəsi vermişdir və işə məhkəmədə baxılır; Salyan RPŞ-in istintaq bölməsinin müstəntiqi, R X4 tərəfindən ##.##.2025-ci il tarixdə toplanmış araşdırma materialı üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunaraq Cavabdeh qarşı “əmlak” tələbi barədə müvafiq iddia ilə yaşadıqları yer üzrə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Salyan rayon prokurorunun müavini Rəcəb Hacıyevin “cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi barədə” ##.##.2026-cı il tarixli qərarından görünür ki, Salyan RPŞ-in istintaq bölməsinin sabiq müstəntiqi Ilqar Ismayılovun material üzrə qəbul edilmiş ##.##.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsinə dair” qərarı ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Salyan RPŞ-in istintaq bölməsinə göndərilmişdir. Belə ki, İddiaçı şikayəti əsasında həmin material tələb edilib öyrənilərkən müəyyən edilmişdir ki, müstəntiq tərəfindən izahatlar səthi alınmış, Müşfiq Əliyevin izahatında göstərdiyi atasına məxsus sosial təminat kartını götürdüyü faiz qarşılığında Mehriban Soltanovaya verilməsi xüsusatı araşdırılmamış, bu məqsədlə Müşfiq Əliyevin atası Rəşadət adlı şəxsin izahatı alınmamış, həmin kartdan pulun kimin tərəfindən çıxarılması və görüntülərin əldə edilməsi ilə bağlı aidiyyəti banka sorğu edilib cavab alınmamış, eləcə də barəsində şikayət olunan Xuraman və Mehriban Soltanovadan izahat alınaraq həmin xüsusata aydınlıq gətirilməmiş, nəticədə əsassız olaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul olunmuşdur. Salyan RPŞ-in istintaq bölməsinin müstəntiqi, R Hacıbala Əlisgəndərli tərəfindən ##.##.2026-cı il tarixdə toplanmış araşdırma materialı üzrə yenidən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Aparılan araşdırma zamanı Cavabdeh əvvəlki izahatları ilə oxşar məzmunda izahat versə də, İddiaçı izahatını dəyişərək Cavabdeh aid epizod üzrə bildirmişdir ki, ##.##.2025-ci il tarixdə Cavabdeh ona maşın almaq üçün 6000 (altı min) manat borc pula ehtiyacının olduğunu, maşın aldıqdan sonra taksi işləyib pulunu qaytaracağını və əlavə pul verəcəyini bıldirmişdir. O. Ibrahimin Müşfiqin qohumu olduğunu bildiyi və ona inandığı üçün 6000 (altı min) manat borc pul vermişdir. Üzərindən bir müddət sonra Ibrahimdən maşın alıb-almadığını və pulunu nə vaxt qaytaracağını soruşduqda, Ibrahim pulunu qaytarmayacağını bildirmişdir. O, Ibrahimə faizə pul verməmiş, pulu borc olaraq vermişdir. Həmçinin pulu borc olaraq verdiyini təsdiq edən Ibrahimin öz xətti ilə yazılmış qəbzi təqdim etmişdir. Bundan başqa Salyan RPŞ-də izahat verməmiş, araşdırma materiallarında olan izahatı o, yazmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Insan Hüquqlarının və X14 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Insan Hüquqlarının və X10 Haqqında Konvensiyaya dair ## #### 1952-ci il tarixli * saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.3 Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 6.2 Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.1. və 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 329.2 və 329.3. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Maddə 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 448.1 Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1 Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 739.1 (tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Maddə 740.3. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. Maddə 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Maddə 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Maddə 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.1. borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 742.5.3. borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.4. borcun təyinatı borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda. Üç ulduzla indeksləşdirilmiş *(***)-***/**** saylı qərarında kassasiya instansiyası məhkəməsinin mövqeyi belədir ki, mülki hüquqda faktlar dedikdə mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Qeyd olunmalıdır ki, istintaq və təhqiqat orqanlarının heç bir qərarı mülki iş üzrə preyudisial əhəmiyyət daşımır və MPM-in 82-ci maddəsində preyudisial halları və faktları əks etdirən məhkəmə aktlarının dəqiq dairəsi müəyyən edilib. Belə ki, sözügedən normada sübut etməkdən azad olmaq üçün konkret əsaslar müəyyən edilib göstərilib və həmin normada istənilən başqa aktlar, məsələn inzibati aktlar, istintaq, prokurorluq orqanlarının aktları, habelə müxtəlif dövlət orqanlarının aktları, eləcə də inzibati xətalara dair işlər üzrə məhkəmə aktları deyil, məhz mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarları ilə müəyyən edilən faktlar preyudisial faktlar sayılır. Yəni, məhz sözügedən məhkəmə aktlarında əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktlar, işdə iştirak edən şəxslər tərəfindən başqa işə baxılarkən yenidən mübahisələndirilə bilməz və həmin faktların sübuta ehtiyacı yoxdur. Baxılan işdə iddiaçının apellyasiya şikayətinin əsas dəlili birinci instansiya məhkəməsinin qətnamə çıxararkən istinad etdiyi cinayət təqibi orqanının ##.##.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsinə dair” qərarının ləğv edilməsi, sonradan aparılan araşdırmalar zamanı verdiyi izahatın əsas götürülməli olması ilə bağlıdır. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, istintaq və təhqiqat orqanlarının heç bir qərarı mülki və kommersiya mübahisələri üzrə preyudisial əhəmiyyət daşımır. Istintaq və təhqiqat orqanının qərarına istinadla əsaslandırılmış tələb iddiaçı tərəfindən təqdim edilən digər sübutlarla təsdiq olunmadığı halda, birmənalı olaraq iddianın təmini üçün əsas ola bilməz. Iddiaçı İddiaçı cinayət təqibi orqanında verdiyi sonrakı izahatı, həmçinin səlahiyyətli nümayəndəsinin birinci instansiya məhkəməsində hakimin suallarını cavablandırarkən verdiyi izahat öz aralarında kəskin ziddiyyətlidir. Belə ki, iddiaçı onun şikayəti əsasında cinayət təqibi orqanında aparılan əlavə araşırma zamanı izahatında göstərmişdir ki, ##.##.2025-ci il tarixdə Cavabdeh ona maşın almaq üçün 6000 (altı min) manat borc pula ehtiyacının olduğunu, maşın aldıqdan sonra taksi işləyib pulunu qaytaracağını və əlavə pul verəcəyini bıldirmişdir. O. Ibrahimin Müşfiqin qohumu olduğunu bildiyi və ona inandığı üçün 6000 (altı min) manat borc pul vermişdir. Üzərindən bir müddət sonra Ibrahimdən maşın alıb-almadığını və pulunu nə vaxt qaytaracağını soruşduqda, Ibrahim pulunu qaytarmayacağını bildirmişdir. O, Ibrahimə faizə pul verməmiş, pulu borc olaraq vermişdir. Həmçinin pulu borc olaraq verdiyini təsdiq edən Ibrahimin öz xətti ilə yazılmış qəbzi təqdim etmişdir. Birinci intsansiya məhkəməsində iddiaçının vəkili, eyni zamanda nümayəndəsi hakimin suallarını cavablandıraraq bildirmişdir ki, borc müqaviləsində qeyd olunan 6000 məbləğində pul vəsaiti müqavilənin bağlandığı tarixdə deyil, 2024-cü ilin dekabr ayından başlayaraq, 2025-ci ilin iyul ayınadək olan müddət ərzində cavabdehə hissə-hissə olmaqla verilmişdir. Göründüyü kimi verilən pulların həm məbləği, həmdə verilmə qaydası və dövrü hissələrdə iddiaçı ziddiyyətli izahatlar verir. Mübahisə tərəfləri arasında borcla bağlı münasibətlərin olduğu işin halları ilə müəyyən olunsa da, verilən pulların miqdarı, qaytarılması şərtlərinə dair razılaşmanın mübahisənin həlli üçün əhəmiyyətli olan mühüm şərtləri və s. kimi hallar barədə fərqli mövqelər bildirilmiş, tərəflər tələb və etirazlarının əsası kimi istinad etdikləri halları təsdiqləyəcək zəruri, mötəbərliyi şübhə doğurmayan sübutlar təqdim etməmişlər. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Iddiaçı tələbini ##.##.2025-ci ildə cavabdehə 6000 manat borc pul verməsi ilə əsaslandıraraq cavabdehin həmin tarixli qəbzini mötəbər hesab etdiyi sübut kimi məhkəməyə təqdim etsə də, özünün polis şöbəsində aparılan araşdırmalar zamanı verdiyi, həmçinin nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi ziddiyyətli izahatlarla həmin qəbzin həqiqiliyini şübhə altına almaqla, qəbzin sübut əhəmiyyətini itirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri işin müəyyən olunan halları və sadalanan qanunvericilik aktı normaları baxımından əsassızdır, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə iddianın mübahisələndirilən hissədə qiyməti (6000-3200=2800) 2800 manat təşkil edir ki, prosessual qanunvericiliyə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid Imanov Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(3-9)-581/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-581/2026
10.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver