Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-617/2026 21.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “çıxarışın və bütün hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh adına rəsmiləşdirilmiş ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və onun adına verilmiş bütün hüquqmüəyyənedici sənədlərin (çıxarışlar, evə və torpağa dair kadastr və texniki pasport) ləğv edilməsi, Lerik şəhəri, Həzi Aslanov küçəsi ev 7-də yerləşən, ümumi sahəsi 66,30 kv.m olan ** nömrəli, 3 otaqlı kommunal mənzilin ona təhvil verilməklə adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “çıxarışın və bütün hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçı İddiaçı tərəfindən ##.##.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzi əsasında ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya qaytarılması, iddiaçı İddiaçı iddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququnun olması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadı və müvafiq sənədlər ##.##.2026-cı il tarixdə iddiaçıya məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi elektron kabinetə yerləşdirilmişdir. Qeyd olunan qərardaddan iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət verərək Lənkəran Rayon Məhkəməsinin № e-*(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət etmək üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasını üzrlü hesab edərək bərpa edilməsini və apellyasiya şikayətini mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “çıxarışın və bütün hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin geri qaytarılmasına dair Lənkəran Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə iddiaçı tərəfindən şikayət vermək üçün buraxılmış prosessual müddət bərpa edilmiş və iddiaçı tərəfindən verilmiş şikayət qəbul edilmişdir. Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “çıxarışın və bütün hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə Lənkəran Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ## #### 2026cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət baxılması üçün mülki iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “çıxarışın və bütün hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması ilə bağlı hüquqi nəticəyə gələrkən prosessual hüquq normasının tələblərinə düzgün əməl etmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İddiaçı İddiaçı iddia tələbində Cavabdeh adına rəsmiləşdirilmiş ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və onun adına verilmiş bütün hüquqmüəyyənedici sənədlərin (çıxarışlar, evə və torpağa dair kadastr və texniki pasport) ləğv edilməsini xahiş edir. İddia ərizəsinin nəticə hissəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı tərəfindən irəli sürülmüş tələbin hüquqi predmeti və subyektiv tərkibi aydın müəyyən edilməmiş, eləcə də ləğv edilməsi xahiş olunan hüquqmüəyyənedici sənədlərin növü, hüquqi mahiyyəti və həmin sənədlərlə cavabdehlər arasında hüquqi bağlılıq dəqiq göstərilməmişdir. Eyni zamanda, iddiaçının bütün hüquqmüəyyənedici sənədlərin (çıxarışlar, evə və torpağa dair kadastr və texniki pasport) ləğv edilməsini xahiş etməklə qeyri-müəyyən tələblə məhkəməyə müraciət etməsi səbəbindən hazırki halda iddia tələbinin subyektiv tərkibi baxımından tam şəkildə inzibati və ya ümumi məhkəməyə aidiyyətini müəyyən etmək mümkün deyildir. Bundan başqa, iddiaçı tərəfindən ləğv edilməsi tələb edilən Cavabdeh adına rəsmiləşdirilmiş ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və bütün hüquqmüəyyənedici sənədlər adlandırdığı “çıxarışlar, evə və torpağa dair kadastr və texniki pasport” ümumiyyətlə iddia ərizəsinə əlavə edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, iddiaçının şikayətinin dəlilləri əsassız olmaqla Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 44.2.2, 263, 264, 372, 398.0.1, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-617/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-617/2026
21.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver