Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-637/2026 29.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İlkin iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1, qarşılıqlı iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil/Nümayəndə iştirakları ilə, İlkin iddiaçı İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh qarşı mənzilin təmirinə çəkilmiş xərclərin tutulması iddia tələbinə, qarşılıqlı iddiaçı Cavabdeh ilkin iddiaçı İddiaçı qarşı maddi zərərin əvəzinin ödənilməsi qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 6 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının l blok, 3-cü mərtəbədə yerləşən ** nömrəli mənzilin təmir işlərinə tərəfindən çəkilmiş 45135 (qırx beş min yüz otuz beş) manat məbləğinin və dövlət rüsumu üçün ödənilmiş 285 manat məbləğinin cavabdeh Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı “xxxx” MMC-dən möhürlü ##.##.2021-ci il tarixli 63 nömərli müqavilə əsasında, ünvan 6 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının l blok, 3-cü mərtəbədə yerləşən ** nömrəli mənzilin tam dəyəri ödənilərək mənzil alınmışdır. Həmin mənzili aldıqdan sonra tam təmir edərək ailə üzvləri ilə birlikdə həmin ünvanda fasiləsiz bu günədək yaşayır. Məhkəmə yekun qərarı qəbul edilərək mənzilin boşaldılaraq cavabdeh Cavabdeh təhvil verilməsi qərara alınmışdır. Premium Qiymətləndirmə MMC-nin PRE **/**** saylı müqaviləsinə əsasən ünvan 6 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının l blok, 3-cü mərtəbədə yerləşən ** nömrəli mənzilin təmir dəyəri və mənzilin ölçülərinə uyğun sifarişlə hazırlanmış əşyaların ##.##.2025-ci il tarixinə əsasən bazar dəyərini 64.785 (altmış dörd min yeddi yüz səksən beş) manat məbləğində qiymətləndirilmişdir. Belə ki, mənzil tam təmir edilmişdir. İşin həqiqi halı kimi qeyd edir ki, əvvəla o vicdanlı alıcı və mənzilin mülkiyyətçisidir, yəni mənzili lazımı qanuni qaydada pul vəsaiti ödəyərək müqavilə və maliyyə arayışı əsasında alaraq tam təmirli mənzili təmir etdirmiş, bununla da faktiki olaraq cavabdeh Cavabdeh mənzilin təmirindən faydalanacaqdır. Mübahisəli mənzilə tərəfindən edilən yaxşılaşdırma (təmir işləri) mənzillə birlikdə gələcəkdə Cavabdeh sahibliyi və istifadəsinə keçdiyi təqdirdə və həmin yaxşılaşdırılması və təmir işlərini mənzildən ayırmaq mümkün olmadığı üçün hesab edir ki, təmir xərclərinə çəkilmiş xərclər cavabdehdən məhkəmə qaydasında tutulmalıdır. Sonradan iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 iddia tələbinin dəqiqiləşdirilməsinə dair ərizə verərək, ünvan 6 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbədə yerləşən * nömrəli mənzilin təmir işlərinə tərəfindən çəkilmiş 45.135 (qırx beş min yüz otuz beş) manat məbləğinin və dövlət rüsumu üçün ödənilmiş 285 manat olmaqla, cəmi 45.420 (qırx beş min dörd yüz iyirmi) manat məbləğinin cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqiləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, ilkin iddiaçı-İddiaçı ilkin iddia üzrə cavabdeh-Cavabdeh qarşı Şirvan şəhər Məhkəməsinə müraciət edərək, ünvan 7 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbədə yerləşən ** nömrəli mənzilin təmir işlərinə tərəfindən çəkilmiş 64.785 (altmış dörd min yeddi yüz səksən beş) manat məbləğinin və dövlət rüsumu üçün ödənilmiş 285 manat məbləğinin cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, təmir işlərinə tərəfindən çəkilmiş 64.785 (altmış dörd min yeddi yüz səksən beş) manat məbləğində pul vəsaitinin tutulması və mənzildən çıxarılma, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023cü il tarixli qətnaməsi ilə eyni vaxtda icra edilməsinin təmin edilməsini xahiş etmişdir. Sonradan Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək ünvan 4 ünvanında 3-cü mərtəbədə yerləşən ** nömrəli mənzildən qanunsuz istifadəyə görə 2021- ci ilin dekabr ayından 2025-ci ilin avqust ayına kimi 45 ay müddətində hər ay 600 manat olmaqla cəmi 27.000 manat kirayə haqqını zərər olaraq tələb etmişdir. İlkin iddia ərizəsi verildikdən sonra İddiaçı mənzildən müəyyən əşyaları götürməklə çıxmışdır. Odur ki, hazırda həmin çıxarılan əşyaların ümumi dəyəri tələb olunan məbləğdən çıxılaraq, iddia tələbi dəqiqləşdirilməlidir. Cavabdeh Cavabdeh iddia tələbinə dair qarşılıqlı iddia ərizəsi verərək İddiaçı ona məxsus ünvan 6 ünvanında,3-cü mərtəbədə yerləşən ** nömrəli mənzilindən qanunsuz sahiblik etdiyi 2021ci ilin dekabr ayından 2025-ci ilin avqust ayına kimi 45 ay üçün aylıq 600 manat olmaqla 27 000 manat zərərin əvəzi (kirayə haqqı) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 83.500 manat pul ödəməklə xxxx" MMC-dan ## ###### 2020- ci il tarixli,174 nómrəli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasinin 3-cü mərtəbəsində yerləşən, 2 otaqlı, sahəsi 112.4 m2 olan, ** saylı mənzili almışdır. 2021- ci ilin dekabr ayında məlum olmuşdur ki, “xxxx" MMC-nin adından qeyd edilən ünvanda inşa edilən çoxmərtəbəli binanin bir sira mənzilləri təkrarən başqa şəxslərə satılmışdır. Ona görə də bu məlumatı əldə etdikdən sonra mənzilə baxmaq üçün həmin ünvana getmiş və giriş qapısının dəyişdirildiyini görmüşdür. O, qapını döydükdə sonradan adını öyrəndiyi Polad adlı şəxs açmışdır. Həmin şəxsdən kim olduğunu vo onun mənzilində nə işi olduğunu soruşduqda, Polad adlı şəxs cavabdehə həmin mənzili Ağasəmiddən aldığını bildirmişdir. O, ondan sənədləri göstərməsini tələb etdikdə isə Polad sənədlərinin olmadığını bildirmişdir. O, təcili olaraq "xxxx" MMC-nin rəhbərliyinə müraciət etmiş və MMC-dən ## ###### 2021-ci il tarixli arayış verilmişdir. Arayışla "xxxx" MMC-nin Yasamal rayonu, 7-ci Alatava 80A ünvanında insa etdiyi hündürmərtəbali çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ** saylı mənzilin Cavabdeh məxsus olması rəsmi qaydada təsdiq edilmişdir. İddiaçı ilə onun arasında mənzilin boşaldılması ilə bağlı danışıqlar olmuş, İddiaçı əvvəlcə möhlət istəmişdir. Lakin bir aydan sonra "xxxx" MMC-dən pulunu aldığı halda mənzildən çıxacağını bildirmişdir. İddiaçı ilə həyat yoldaşı Aslanova Yeganə Ayaz qızı könüllü olaraq mənzili boşaltmaq istəmədikləri səbəbindən tərəfindən Bakı şəhər Yasamal rayon Məhkəməsinə müraciət edilmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə "cavabdehlər İddiaçı və Aslanova Yeganə Ayaz qızı ünvan 5 ünvanında inşa edilmiş yaşayış binasının 1- ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 112,3 kv.m olan, iki otaqlı, ** nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzil boşaldılaraq Cavabdeh təhvil verilməsi” qət edildi. Yuxarı instansiya məhkəməsi bu qətnaməni dəyişdirmədən öz qüvvəsində saxlamışdır. Məhkəmənin qətnaməsi icra üçün Bakı şəhəri Yasamal rayon şöbəsinə göndərilmiş, lakin bu günə kimi iddiaçı İddiaçı Yasamal rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)- ***/**** saylı qətnaməsini icra etməkdən boyun qaçırmışdır. İddiaçı İddiaçı 2021-ci ilin dekabr ayından bu mənzildə yaşayır və onun mülkiyyət hüququnu pozur. Belə ki, o, ona öz mənzilində nə yaşamağa, nə də ondan istifadə etməyə - kirayəyə verməyə imkan vermir. Ona görə də iddiaçı 2021-ci ilin dekabr ayından bu günə olan günə kimi aylıq kirayə haqqını ödəməlidir. Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində ümumi sahəsi 112,4 kv.m olan, iki otaqlı mənzilin aylıq kirayə haqqının məbləği ayda 600 manatdan aşağı deyil. “Arenda.az” saytında verilən elanlardan göründüyü kimi bu yaşayış massivində aylıq kirayə haqqının məbləği 600 manatdan az deyildir. 2021-ci ilin dekabr ayından bu günə kimi, yəni 2025-ci ilin avqust ayına kımi 45 ay edir ki, bu 45 ayın aylıq 600 manatdan kirayə haqqı27,000 (iyirmi yeddi min) manat edir ki, iddiaçı onu cavabdehə ödəməlidir. Cavabdeh Cavabdeh məhkəməyə ilkin iddia tələbinə dair etiraz ərizəsi vermişdir. Etiraz ərizəsinə görə, o, 83.500 manat pul ödəməklə xxxx" MMC-dən ## ###### 2020-ci il tarixli,174 nómrəli müqaviləyə əsasən ünvan 1 ünvannda inşa edilən çoxmərtəbəli yasayış binasinin 3-cü mərtəbəsində yerlaşən, 2 otaqli, sahəsi 112.4 m2 olan, ** saylı mənzili almşdır. 2021-ci ilin dekabr aynda məlum olmuşdur ki, “xxxx" MMCnin adindan qeyd edilən ünvanda inşa edilən çoxmərtəbəli binanin bir sira mənzilləri təkrarən başqa şaxslərə satılmışdır. Ona görə də bu məlumatı əldə etdikdən sonra mənzilə baxmaq üçün həmin ünvana getmiş və giriş qapısının dəyişdirildiyini görmüşdür. O, qapını döydükdə sonradan adını öyrəndiyi Polad adlı şəxs açmışdır. Həmin şəxsdən kim olduğunu və onun mənzilində nə işi olduğunu soruşduqda, Polad adlı şəxs cavabdehə həmin mənzili Ağasəmiddən aldığını bildirmişdir. O, ondan sənədləri göstərməsini tələb etdikdə isə Polad sənədlərinin olmadığını bildirmişdir. O, təcili olaraq "xxxx" MMC-nin rəhbərliyinə müraciət etmiş və MMC-dən ## ###### 2021-ci il tarixli, arayış verilmişdir. Arayışla "xxxx" MMC-nin Yasamal rayonu, 7-ci Alatava 80A ünvanında inşa etdiyi hündürmərtəbəli çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ** saylı mənzilin Cavabdeh məxsus olması rəsmi qaydada təsdiq edilmişdir. İddiaçı ilə onun arasında mənzilin boşaldılması ilə bağlı danışıqlar olmuş, İddiaçı əvvəlcə möhlət istəmişdir. Lakin bir aydan sonra "xxxx" MMC-dən pulunu aldığı halda mənzildən çıxacağını bildirmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə “cavabdehlər İddiaçı və Aslanova Yeganə Ayaz qızı ünvan 7 ünvanında inşa edilmiş yaşayış binasının 1- ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 112,4 kv m olan, iki otaqlı, ** nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzil boşaldılaraq Cavabdeh təhvil verilməsi” qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ##.##.2023- cü il tarixli *(***)-***/**** saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermiş, onun bu şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023- cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ləğv edilmişdir. Tərəfindən Bakı Apellyasiya Məhkəməsinin ##.## 2023-cü il tarıxli qətnaməsindən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli qərarı ilə şikayət təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasıya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarıxli qətnaməsi ilə İddiaçı apeliyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi dəyişdirlmədən öz qüvvəsində saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli qərari ilə onun kassasiya şikayəti təmin edilməmiş və apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Məhkəmənin qətnaməsi icra üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmiş, lakın bu günə kımi iddiaçı İddiaçı Yasamal rayon Məhkəməsinin ##.##.2023cü il tarixli *(***)-***/**** saylı qətnaməsini icra etməkdən boyun qaçırmışdır. Qanuni qüvvədə olan Yasamal rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli 2(004)- ***/**** saylı qətnaməsi ilə mənzilin təmirinin İddiaçı tərəfindən deyil Cavabdeh tərəfindən aparılması faktı müəyyən edildiyindən, iddia tələbinin bu hissəsinin hüquqi əsası yoxdur. Tələbin ikinci hissəsi mənzildə yerləşən əşyalarla bağlıdır ki, Yasamal rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə “cavabdehlər İddiaçı və Aslanova Yeganə Ayaz qızı Bak şəhər Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava, ev 80A ünvanda inşa edilmiş yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 112.4 kvm olan, iki otaqlı, ** nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq Cavabdeh təhvil verilməsi qət edilmişdir. Yəni məhkəmənin qətnaməsini İddiaçı icra edən zaman ona məxsus əşyalarını da mənzildən çıxarması, yəni mənzili boşaltması nəzərdə tutulmuşdur. Ona görə də onun mənzili boşaldaraq aparacağı əşyaların dəyərinin pul şəklində ondan tələb etməsinin də heç bir hüquqi əsası yoxdur. İddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 məhkəməyə cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia tələbinə dair etiraz ərizəsini vermişdir. Etiraz ərizəsinə görə, Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında 3-cü mərtəbədə yerləşən ** nömrəli mənzildən qanunsuz istifadəyə görə 2021-ci ilin dekabr ayından 2025-ci ilin avqust ayına kimi 45 ay müddətində hər ay 600 manat olmaqla cəmi 27.000 manat kirayə haqqını zərər olaraq tələb etmişdir. Hesab edir ki, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. İlkin olaraq qeyd edir ki, İddiaçı həmin mənzildə yaşaması qanunsuz olmamışdır. O, dəyərini ödəyərək qanuni əsaslarla əldə etdiyini düşündüyü mənzildə təmir işləri aparmaqla yaşamağa başlamışdır. Sonradan mənzilə dair mübahisə yaranmış və həm cinayət, həm də mülki qaydada məhkəmə işləri olmuşdur. Yekunda mülki qaydada mənzilin qarşılıqlı iddiaçıya məxsusluğu tanınmışdır. Lakin nəticədə zərərvuran şəxs barəsində cinayət işi gedən şahid1 olmuşdur ki, həmin iş üzrə hər iki tərəf zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin cinayət işi üzrə ittiham aktının 69-71-ci səhifələrindən zərərçəkmiş şəxs qismində ifadə verən Cavabdeh mənzilin təmirinə görə Ağasəmid Məhərərmova 22.000 manat pul verdiyini, hazırda ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Gördüyünüz kimi Cavabdeh mənzilin təmiri üçün verdiyini iddia etdiyi 22.000 manat pula dair heç bir tələbinin olmadığını bildirmişdir. Hazırki mülki işdə isə təmirin özü tərəfindən aparıldığını iddia edir ki, bu, inandırıcı olmamaqla birlikdə işin halları ilə ziddiyyət təşkil edir. Bundan başqa zərərin tələb edilməsi üçün öncə zərər mövcud olmalıdır. İş materiallarından da görünür ki, Cavabdeh ayrıca evi olmuş və məhz orada yaşamışdır. Yəni o, özü kirayədə qalmağa məcbur olmamışdır. Qarşılıqlı iddia mənzilin kirayə haqqı hesablanaraq kirayə veriləcəyinə əsaslansa da, məhkəmə qətnaməsi ehtimallara əsaslana bilməz. Bu formada zərər də əldən çıxmış fayda olaraq hesablana bilməz. Çünki Cavabdeh kirayə verərək gəlir əldə etməsi ilə bağlı heç bir fəaliyyəti olmamış və bunu təsdiq edən sənəd əlavə edilməmişdir. Həmçinin mənzilin kirayə dəyərinin hesablanması metodu da, qeyri-müəyyən olmaqla iş üzrə ixtisaslaşmış mütəxəssis rəyi olmadan verilmişdir ki, bu da iddianın əsassızlığına dəlalət edən növbəti haldır. Bundan başqa Cavabdeh mənzilin təmirinin özü tərəfindən edildiyini bildirsə də, iş materialları ilə bu tam təkzib olunur. Belə ki, mülki qaydada işə baxmış Bakı şəhəri Yasamal rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsində mənzildə usta kimi çalışmış şəxslərin ifadələri yer almışdır. şahid3 ifadəsində bildirmişdir ki, o, elektrik-santexnika üzrə usta fəaliyyəti ilə məşğul olur, cavabdeh İddiaçı tanıyır. Belə ki, Poladın sifarişinə əsasən ona məxsus mənzili təmir etmişdir. Mənzilin təmiri ilə bağlı müqaviləsi olmamışdır. Təmirə başlananda Polad onları ofisdə işləyən Ağasəmid kimi tanıdığı şəxsə təqdim etmişdir. Ofisdə Ağasəmiddən başqa adını xatırlamadığı xanım çalışmışdır. Sonra onlara binaya giriş-çıxış üçün kart vermişlər. Binaya daxil olan zaman onlardan soruşulduqda Poladın evinə getdiklərini bildirmişlər. Onlara evi Ağasəmid təqdim etmiş və müvafiq ölçüləri götürmüşlər. Ağasəmidin yanında işləyən xanımın da onların kimin evində təmir işləri aparmaları barədə xəbərdar olmuşlar. Mənzilin təmir işləri davam edən vaxt Poladdan başqa kimsə mənzilin sahibi kimi onlara yaxınlaşmamışdır. Bu müddət ərzində Ağasəmid mənzilə gəlib təmirlə maraqlanmamışdır. Lakin onda olan məlumata görə tikinti materiallarının mənzilə daşınması üçün Ağasəmiddən icazə alınmışdır. O, Poladın Cəmiyyətin digər vəzifəli şəxsləri ilə ünsiyyətdə olmasının şahidi olmamışdır. Təmir isə 2021-ci ilin mart ayının axırında başlamış, 6 ay müddətində, yəni avqust ayında yekunlaşmışdır. Zəhmət haqqı kimi 15.000 manata yaxın pul almışdır. Verilmiş suallar əsasında şahid bildirmişdir ki, o, əslən Şamaxı rayonundandır. Şahid qismində dindirilmiş şahid2 ifadəsində bildirmişdir ki, fərdi qaydada mənzillərin təmir işləri ilə məşğuldur. Cavabdeh İddiaçı tanıyır. Belə ki, cavabdehə məxsus evdə təmir işləri aparmışdır. Təmir işləri 2021-ci ilin mart ayında başlamış və 5- 6 ay müddətinə davam etmişdir. İşlər 2 nəfər usta və bir nəfər fəhlə tərəfindən icra olunmuşdur. Mənzilin təmiri ilə bağlı müqavilə olmamış və zəhmət haqqı nağd pul formasında verilmişdir. O, binada rəhbər işçi olaraq Ağasəmid və Fərəc adlı şəxslərin olmasını bilmişdir. Lakin binaya nəzarət edən şəxs Ağasəmid olmuşdur. Hətta, Ağasəmidin katibəsi olmuşdur. Tikinti materiallarının mənzilə daşınmasında onlara binada işləyən “qoca” ləqəbli fəhlə kişi köməklik etmişdir. Onlar həmin mənzili təmir edən vaxt Poladdan başqa kimsə onlara mənzil sahibi kimi yaxınlaşmamışdır. Verilmiş suallar əsasında şahid bildirmişdir ki, o, əslən Şamaxı rayonundandır. Qeyd edilənn qətnamə qanuni qüvvəsini aldığından hazırki iş üzrə preyudisiallıq təşkil edir. Gördüyünüz kimi mənzilin təmirinin İddiaçı tərəfindən edilməsi işin mübahisəsiz halını təşkil etməkdədir. Qarşılıqlı iddiaya münasibətdə isə vurulmuş zərər müəyyən edilmir. Tərəflərin hər ikisinə zərəri barəsində cinayət təqibi davam edən şahid1 etmişdir ki, kirayə haqqı qarşılıqlı iddiaçı tərəfindən ən yaxşı halda ondan tələb oluna bilərdi. Məhkəmə hazırlıq iclasında iddiaçı İddiaçı iddianı müdafiə etdi, qarşılıqlı iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, “xxxx” MMC-dən möhürlü ##.##.2021-ci il tarixli 63 nömərli müqavilə əsasında, ünvan 7 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının l-ci blok, 3-cü mərtəbədə yerləşən ** nömrəli mənzilin tam dəyəri ödənilərək mənzil alınmışdır. Həmin mənzili aldıqdan sonra tam təmir edərək ailə üzvləri ilə birlikdə həmin ünvanda fasiləsiz bu günədək yaşayır. Məhkəmə yekun qərarı qəbul edilərək mənzilin boşaldılaraq cavabdeh Cavabdeh təhvil verilməsi qərara alınmışdır. O, qeyd edir ki, vicdanlı alıcı və mənzilin mülkiyyətçisidir. Yəni mənzili lazımı qanuni qaydada pul vəsaiti ödəyərək müqavilə və maliyyə arayışı əsasında alaraq mənzili tam şəkildə təmir etdirmişdir. Lakin faktiki olaraq cavabdeh Cavabdeh mənzilin təmirindən faydalanacaqdır. Mübahisəli mənzilə tərəfindən edilən yaxşılaşdırma (təmir işləri) mənzillə birlikdə gələcəkdə Cavabdeh sahibliyi və istifadəsinə keçdiyi, həmin yaxşılaşdırılması və təmir işlərini mənzildən ayırmaq mümkün olmadığı üçün hesab edir ki, mənzilin təmirinə çəkilmiş xərclər cavabdehdən məhkəmə qaydasında tutulmalıdır. İddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı İddiaçı məhkəməyə gəlməmiş, nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi vəkil1 iddianı müdafiə etdi, qarşılıqlı iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, təmsil etdiyi şəxs İddiaçı həmin mənzildə yaşaması qanunsuz olmamışdır. O, dəyərini ödəyərək qanuni əsaslarla əldə etdiyini düşündüyü mənzildə təmir işləri aparmaqla yaşamağa başlamışdır. Sonradan mənzilə dair mübahisə yaranmış və həm cinayət, həm də mülki qaydada məhkəmə işləri olmuşdur. Yekunda mülki qaydada mənzilin qarşılıqlı iddiaçıya məxsusluğu tanınmışdır. Lakin nəticədə zərərvuran şəxs barəsində cinayət işi gedən şahid1 olmuşdur ki, həmin iş üzrə hər iki tərəf zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin cinayət işi üzrə ittiham aktının 69-71-ci səhifələrindən zərərçəkmiş şəxs qismində ifadə verən Cavabdeh mənzilin təmirinə görə Ağasəmid Məhərərmova 22.000 manat pul verdiyini, hazırda ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Gördüyünüz kimi Cavabdeh mənzilin təmiri üçün verdiyini iddia etdiyi 22.000 manat pula dair heç bir tələbinin olmadığını bildirmişdir. Hazırki mülki işdə isə təmirin özü tərəfindən aparıldığını iddia edir ki, bu, inandırıcı olmamaqla birlikdə işin halları ilə ziddiyyət təşkil edir. Bundan başqa zərərin tələb edilməsi üçün öncə zərər mövcud olmalıdır. İş materiallarından da görünür ki, Cavabdeh ayrıca evi olmuş və məhz orada yaşamışdır. Yəni o, özü kirayədə qalmağa məcbur olmamışdır. Qarşılıqlı iddia mənzilin kirayə haqqı hesablanaraq kirayə veriləcəyinə əsaslansa da, məhkəmə qətnaməsi ehtimallara əsaslana bilməz. Bu formada zərər də əldən çıxmış fayda olaraq hesablana bilməz. Çünki Cavabdeh kirayə verərək gəlir əldə etməsi ilə bağlı heç bir fəaliyyəti olmamış və bunu təsdiq edən sənəd əlavə edilməmişdir. Həmçinin mənzilin kirayə dəyərinin hesablanması metodu da, qeyri-müəyəyn olmaqla iş üzrə ixtisaslaşmış mütəxəssis rəyi olmadan verilmişdir. Mülki qaydada işə baxmış Bakı şəhəri Yasamal rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsində mənzildə usta kimi çalışmış şəxslərin ifadələri yer almışdır. İddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddianı etiraf etmədi, qarşılıqlı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, o Ağasəmiddən mənzili alarkən evin təmirinin onun etməsi barədə razılığa gəlmişdir. Aldığı vaxtdan bir dəfə mənzilə baxış keçirtmişdir. Həmin vaxt üç nəfər usta mənzili təmir edirdi. Təmir işləri aparan ustalarla tanış olmuş və nə işləri görəcəkləri barədə məlumat almışdır. Mənzilə ilk dəfə gedəndə orada müəyyən işlər görülmüşdür. Ona məxsus olan mənzilin 2-3 nəfər satılıb-satılmaması barədə ona məlumat verilmiş, bundan sonra o, dərhal Bakı şəhərinə getmişdir. Mənzilin qapısını döyəndə iddiaçı qapını açmış və o həmin vaxt bilmişdir ki, mənzil iddiaçıya da satılmışdır. Lakin iddiaçı evə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edə bilməmişdir. İddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. O, həmçinin bildirdi ki, sözügedən mənzil İddiaçı istifadəsində olan zaman o özünə məxsus digər mənzilində yaşamışdır. Məhkəmə iclasında cavabdeh Cavabdeh nümayəndəsi vəkil2 iddianı etiraf etmədi, qarşılıqlı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, cavabdeh Cavabdeh 83.500 manat pul ödəməklə xxxx" MMC-dan ## ###### 2020-ci il tarixli,174 nómrəli müqaviləyə əsasən ünvan 1 ünvannda inşa edilan çoxmərtəbəli yasayış binasının 3-cü mərtəbəsində yerlaşən, 2 otaqli, sahəsi 112.4 m2 olan, ** saylı mənzili almışdır. 2021-ci ilin dekabr ayında məlum olmuşdur ki, “xxxx" MMC-nin adindan qeyd edilən ünvanda inşa edilən çoxmərtəbəli binanin bir sira mənzilləri təkrarən başqa şəxslərə satılmışdır. Ona görə də bu məlumatı əldə etdikdən sonra mənzilə baxmaq üçün həmin ünvana getmiş və giriş qapısının dəyişdirildiyini görmüsdür. O, qapını döydükdə sonradan adını öyrəndiyi Polad adlı şəxs açmışdır. Həmin şəxsdən kim olduğunu vo onun mənzilində nə işi olduğunu soruşduqda, Polad adlı şəxs cavabdehə həmin mənzili Agasəmiddən aldığını bildirmişdir. O ondan sənədləri göstərməsini tələb etdikdə isə Polad sənədlərinin olmadığını bildirmişdir. O, təcili olaraq "xxxx" MMC-nin rəhbərliyinə müraciət etmiş və MMC-dən ## ###### 2021-ci il tarixli, arayış verilmişdir. Arayışla "xxxx" MMC-nin Yasamal rayonu, 7-ci Alatava 80A ünvanında insa etdiyi hündürmərtəbali çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ** saylı mənzilin Cavabdeh maxsus olması rəsmi qaydada təsdiq edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə "cavabdehlər İddiaçı və Aslanova Yeganə Ayaz qızı ünvan 5 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 112,3 kv.m olan, iki otaqlı, ** nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzil boşaldılaraq Cavabdeh təhvil verilməsi qət edilmişdir. Yuxarı instansiya məhkəmələri bu qətnaməni dəyişdirmədən öz qüvvəsində saxlamışdır. İddiaçı İddiaçı 2021-ci ilin dekabr ayından bu mənzildə yaşamış və cavabdehin mülkiyyət hüququnu pozmuşdur. Belə ki, o, ona öz mənzilində nə yaşamağa, nə də ondan istifadə etməyə - kirayəyə verməyə imkan vermir. Ona görə də iddiaçı 2021-ci ilin dekabr ayından aylıq kirayə haqqını ödəməlidir. İddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şahid3 bildirdi ki, İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonunda yerləşən mənzili o və bacısı oğlu Xəyal ilə birlikdə təmir etmişlər. Mənzilin təmirinə 2021-ci ilin mart - aprel aylarında başlamış, təmir işləri 6 ay müddətində davam etmiş, təmir bitdikdən sonra mənzili Polada təhvil vermişlər. Həmin evdə yalnız İddiaçı görmüşlər, onların zəhmət haqqları da Onun tərəfindən ödənilmişdir. Mənzilin materialları binanın birinci mərtəbəsinə yığılmış, onların qiyməti təxminən 35000 manat olmuşdur. Ağasəmid adlı şəxs binanın komentadı olmuş, o, mənzilin təmiri üçün onlara pul verməmişdir. Təsadüf adlı şəxsi isə ümumiyyətlə görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şahid2 bildirdi ki, o Rais dayısı ilə birlikdə usta işləyir. Mənzilin boya, aboy və alçıban vurulması işlərini görürdü. Həmin mənzildə dayısı ilə birlikdə işləmiş və təmiri bitirdikdən sonra mənzili Polada təqdim etmişlər. Mənzilin təmir pulunu isə Polad onun dayısı ilə danışmış, zəhmət haqqısı isə dayısı tərəfindən verilmişdir. Mənzildə fəhlə ilə birlikdə ümumi 3 nəfər işləmişlər, bu isə 15000 manat usta pulu edirdi. Mənzili təmir üçün gedənə qədər həmin mənzildə heç bir usta işləməmişdi. Ağasəmid görülən işlərə nəzarət edirdi, mənzilin təmiri üçün materialları isə İddiaçı alırdı, materiallar binanın birinci mərtəbəsinə yığılırdı. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şahid1 bildirdi ki, iddiaçı və cavabdehi tanıyır. O, mənzilin təmiri üçün pul almamışdır, Polad isə ona yalnız yüklərin daşınması üçün pul ödəmişdir. Yeni Yasamal yaşayış massivində yerləşən ** nömrəli mənzilin təmirini əvvəldən axıra kimi İddiaçı etmişdir. Cavabdeh isə ** saylı mənzilə görə pul almamış, digər mənzillə bağlı isə 95000 manat məbləğində pul almışdır . İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi (Hakim: Aydan Məmmədli) ilə, ilkin iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh mənzilin təmirinə çəkilmiş 43400 (qırx üç min dörd yüz) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı İddiaçı ödənilməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi, qiymətləndirmənin dəyəri olan 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh alınaraq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumu kimi 284 (iki yüz səksən dörd) manat 36 (otuz altı) qəpik məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi, qalan hissədə ilkin iddianın təmin edilməməsi, cavabdeh Cavabdeh iddiaçı İddiaçı qarşı 27000 (iyirmi yeddi min) manat məbləğində maddi zərərin əvəzinin ödənilməsi qarşılıqlı iddia tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə dövlət rüsumu kimi ödənilmiş 172 (bir yüz yetmiş iki) manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, ilkin iddiaçı öz mənzilimdə nə yaşamağa, nə də ondan istifadə etməyə - kirayəyə verməyə imkan vermir. Ona görə də iddiaçı 2021-ci ilin dekabr ayından bu günə kimi aylıq kirayə haqqını ödəməlidir. Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində ümumi sahəsi 112,4 kv.m olan, iki otaqlı mənzilin aylıq kirayə haqqının məbləği ayda 600 manatdan aşağı deyil. “Arenda.az” saytında verilən elanlardan göründüyü kimi bu yaşayış massivində aylıq kirayə haqqının məbləği 600 manatdan az deyildir. 2021-ci ilin dekabr ayından bu günə kimi, yəni 2025ci ilin avqust ayına kimi 45 ay edir ki, bu 45 ayın aylıq 600 manatdan kirayə haqqı 27,000 (iyirmi yeddi min) manat edir ki, iddiaçı onu cavabdehə ödəməlidir. Təmir getdikdə Cavabdeh görülmüş işlərlə əlaqədar mənzilə baxdıqda 2021-ci ilin mart ayından may ayına kimi hissə-hissə olmaqla binanın həyətində şahid1 ümumilikdə 22.000 manat pul vəsaitini vermişdir. Göstərilənləri nəzərə alaraq Cavabdeh aldığı mənzilin təmirinə görə 22.000 manat pul vəsaiti qanuni şəkildə çəkilmiş xərc olmuşdur ki, həmin işlər tərəfindən görülmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan qarşılıqlı iddiaçı Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin qismən, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qarşılıqlı iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil/Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin uyğun çıxış edərək, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin qismən, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə ilkin iddiaçıya məlumat verilməsinə baxmayaraq, ilkin iddiaçı keçirilən iclasda iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat vermişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə ilkin iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası qarşılıqlı iddiaçının apellyasiya şikayətinin dəlilləri həddində Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.6-cı maddəsinə əsasən İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2-ci maddəsinə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-ci maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2-ci maddəsinə əsasən Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1-ci maddəsinə əsasən əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2-ci maddəsinə əsasən əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. 1095-ci Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, qarşılıqlı iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli ,2 (***)-***/**** saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər İddiaçı və Aslanova Yeganə Ayaz qızı ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 112,4 kv.m olan, iki otaqlı, ** nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq Cavabdeh təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın ##.##.2025-ci il tarixli , 2 (***)-**/**** saylı qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayət təmin edilməmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzilin təmirinə çəkilmiş xərclərin tutulması iddia tələbinə, cavabdeh Cavabdeh iddiaçı İddiaçı qarşı maddi zərərin əvəzinin ödənilməsi qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə qiymətləndirmə təyin edilmiş, ##.##.2026-cı il tarixdə “xxxx” MMCnin ****/** saylı hesabatı məhkəməyə daxil olmuşdur. Hesabatdan görünür ki, ünvan 6 ünvanında inşa edilən yaşayış binasının 1-ci blok, 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 112,4 kv.m olan, iki otaqlı, ** nömrəli mənzilin təmirinə sərf edilmiş vəsaitin məbləği 43400 (qırx üç min dörd yüz) manat təşkil edir. İş materiallarında olan ********* saylı cinayət işi üzrə ittiham aktında zərəçəkmiş şəxs qismində dindirilmiş Cavabdeh ifadəsində göstərmişdir ki, “ O, şahid1 ** saylı mənzilin öz hesabına təmir olunması və gələcəkdə çəkilmiş xərclərin mənzilin satışından götürəcəyi barədə təklifini qəbul etmişdir. 2021-ci ilin mart ayından may ayına kimi şahid1 həmin mənzildə öz vəsaiti hesabına santexnika, elektrik və divarların suvaqlanması, sanitar qovşağın kafel və metlaxla üzlənməsi, tavana alçıpan vurulmasıişlərini görmüşdür. Təmir getdikdə görülmüş işlərlə əlaqədar mənzilə baxdıqda 2021-ci ilin mart ayından may ayına kimi hissə-hissə olmaqla binanın həyətində şahid1 ümumilikdə 22000 manat pul vəsaitini vermişdir. Göstərilənləri nəzərə alaraq, şahid1 ondan aldığı mənzilin təmirinə görə 22000 manat pul vəsaiti qanuni şəkildə çəkilmiş xərc olmuşdur ki, həmin işlər sonuncu tərəfindən görülmüşdür. şahid1 verdiyi ** saylı mənzil sahəsinin təmiri ilə əlaqədar 22000 manat pul vəsaiti ilə əlaqədar hər hansı şikayət və tələbi yoxdur.” Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İş materiallarından müəyyən edilir ki, ilkin iddiaçın tələbi ünvan 6 ünvanında inşa edilən yaşayış binasının 1-ci blok, 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 112,4 kv.m olan, iki otaqlı, ** nömrəli mənzilin təmirinə çəkilən xərclərin ödənilməsi olmuş, ilkin iddiaçı hesab etmişdir ki, mənzil məhkəməsi qətnaməsi ilə qarşılıqlı iddiaçı Cavabdeh mülkiyyətinə verildiyindən həmin mənzilə çəkilən xərclər hesabına Cavabdeh əsassız varlanmış, ona görə də həmin xərclər qarşılıqlı iddiaçıdan tutularaq ilkin iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia tələbinin əsası ondan ibarətdir ki, ünvan 6 ünvanında inşa edilən yaşayış binasının 1-ci blok, 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 112,4 kv.m olan, iki otaqlı, ** nömrəli mənzil qarşılıqlı iddiaçı Cavabdeh mülkiyyətindədir, ilkin iddiaçı İddiaçı 2021-ci ilin dekabr ayından 2025-ci ilin avqust ayına kimi həmin mənzildə yaşamış, bu da 45 ay edir ki, 45 ayın aylıq 600 manatdan kirayə haqqı 27,000 (iyirmi yeddi min) manat edir və ilkin iddiaçı həmin məbləği qarşılıqlı iddiaçıya ödəməlidir. Birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin edərək mənzilə çəkilən xərclərin əvəzi kimi 43400 (qırx üç min dörd yüz) manat məbləğində pul vəsaitinin qarşılıqlı iddiaçıdan tutulması qənaətinə gəlmiş, qarşılıqlı iddianı isə rədd etmişdir. Qarşılıqlı iddiaçı qətnamədən apellyasiya şikayəti verərək ilkin iddia ilə qismən razılaşdığını, lakin mənzilin təmirinə çəkilən xərclərin 22000 olduğunu bildirmiş, ona görə də qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin qismən, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzilin tikilərək Cavabdeh verilməsi barədə “xxxx” MMC ilə iddiaçı arasında ## ###### 2020-ci il tarixli, *** nömrəli müqavilə bağlanmış və eyni tarixli maliyyə arayışına əsasən Cavabdeh mənzilin dəyəri olan 83.500 manat pul vəsaitini tam ödəməklə almışdır. Bundan sonra eyni mənzilə dair İddiaçı adına iki müxtəlif tarixlərdə, yəni ##.##.2021 və ##.##.2021-ci il tarixlərdə müqavilə tərtib edilmiş və mənzil ona ilkin müqavilə verildiyi tarixdə təhvil verilmişdir. Həmin qətnamələrlə mübahisə predmeti olan mənzil Cavabdeh mülkiyyəti hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən, Vicdanlı sahib əşyanın ona məxsus olmadığını bilməyən və bilməməli olan şəxsdir. Vicdansız sahib bunu bilən və ya bilməli olan şəxsdir. İş üzrə müəyyən edilmiş faktiki hallara görə iddiaçı mübahisəli mənzilin alqısatqı müqaviləsi ilə aldığını, lakin ondan əvvəl həmin mənzilin hazırki cavabdeh Təsədüf Xəlilova satılması və ona məxsus olduğunu bilməmişdir. Cavabdeh ötən müddət ərzində iddiaçının mənzildə təmir aparmasına etiraz etməmişdir. Bu səbəbdən iddiaçı vicdanlı sahib hesab olunur. Xərclərin hüquqi təsnifatı üzrə iddiaçının mənzilin təmirinə çəkdiyi xərclər faydalı (yaxşılaşdırıcı) xərclər hesab olunur. Çünki bu əmlakın dəyərini artırır. Mülki Məcəlləyə görə vicdanlı sahib zəruri xərclərin ödənilməsini tələb edə bilər. faydalı xərclərin ödənilməsini isə əmlakın dəyərinin artımı həddində tələb edə bilər. Göründüyü kimi cavabdehin təmir aparılan vaxt ərzində susması, iddiaçıda qanuni gözlənti (legitimate expectation) yaratmışdır. Bu hal iddiaçının vicdanlılığını təsdiqləyir və bu məhkəmə tərəfindən iddiaçının xeyrinə qiymətləndirilə bilən hesab edilir. Yəni iddiaçı vicdanlı sahibdir, çəkilən xərclər isə faydalı yaxşılaşdırmalardır. Bu səbəbdən iddiaçının iddiası əsaslıdır və təmin olunmalıdır. Lakin ödəniləcək məbləğ iddiaçının iddia etdiyi kimi 64.785 manat deyil, yalnız mənzilin dəyərinin artımı həddində müəyyən ediləcəkdir. Bundan başqa qanunvericilik həm vicdanlı sahibin həm də, vicdansız sahibin əmlak üzərində istifadə zamanı çəkdiyi xərclərin bölüşdürülməsi qaydasını müəyyən etmişdir. Belə ki, Mülki Məcəlləyə vicdanlı sahibin zəruri və faydalı xərcləri tələb etmək hüququnun olması ilə yanaşı vicdansız sahibin də yalnız zəruri xərcləri tələb edə bilməsi imkanını da müdafiə etmişdir. Başqa sözlə vicdansız sahib faydalı yaxşılaşdırmalar üçün kompensasiya tələb edə bilməz. Əgər yaxşılaşdırma ayrılabiləndirsə götürə bilər, ayrılmazdırsa tərkib hissəsinə çevrilir və mülkiyyətçiyə keçir. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, iddiaçı İddiaçı ünvan 6 ünvanında inşa edilən yaşayış binasının 1-ci blok, 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 112,4 kv.m olan, iki otaqlı, ** nömrəli mənzilinə dair iki müxtəlif vaxtlarda ##.##.2021 və ##.##.2021-ci il tarixlərdə ilkinmüqavilə bağlamaqla mənzil ona təhvil verilmiş və həmin mənzildə 2021-ci ilin mart ayından həmin ilin may ayına kimi mənzildə təmir işləri aparmış, bu fakt barəsində cavabdeh T. Xəlilovda məlumatlı olmuş və o. hesab etmişdir ki, aparılan təmir işləri onun Ağasəmidə verdiyi pul vəsaiti hesabına aparılır. Lakin sonradan sübut olunmuşdur ki, Cavabdeh tərəfindən Ağasəmidə hər hansı məbləğ verilməmiş, mənzildə aparılan təmir işləri iddiaçı İddiaçı vəsaiti və tapşırığı ilə aparılmışdır. Yəni iddiaçı İddiaçı müqavilə bağlamaq yolu aldığı mənzilin mülkiyyətçisi kimi davranaraq mənzildə təmir işləri aparmış və hazırda ünvan 6 ünvanında inşa edilən yaşayış binasının 1-ci blok, 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 112,4 kv.m olan, iki otaqlı, ** nömrəli mənzilin təmirinə sərf edilmiş vəsaitin məbləğini 43400 (qırx üç min dörd yüz) manat təşkil edir. Mənzil və mənzildə aparılan təmir işləri yəni yaxşılaşdırma cavabdehdə qaldıqda isə o, əsassız varlanmış olur. Hazırda cavabdehin iddia tələbinə etirazının əsasları və apellyasiya şikayətinin əsas dəlilləri iddiaçı İddiaçı tərəfindən aparılmış təmir xərcləri 43400 manat təşkil edə bilməməsidir. Başqa sözlə mənzilin P. Aslanov tərəfindən təmir edilməsi işin mübahisəsiz halını təşkil edir. Birinci instansiya məhkəməsi “xxxx” MMC-nin ****/** saylı qiymətləndirmə rəyini əsas götürərək, ünvan 6 ünvanında inşa edilən yaşayış binasının 1-ci blok, 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 112,4 kv.m olan, iki otaqlı, ** nömrəli mənzilin təmirinə sərf edilmiş vəsaitin məbləğini 43400 (qırx üç min dörd yüz) manat müəyyən etmişdir. Kollegiya qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh birinci instansiya məhkəməsində təkrar qiymətləndiricinin təyin edilməsini xahiş etmiş, rəydəki qiymətlərin şişirildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən vəsatətlə razılaşmamış, təmin etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mülki prosessual qanunvericiliyinə əsasən apellyasiya instansiya məhkəmələrinin bir qayda olaraq əsas vəzifəsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyini yoxlamaqdan ibarətdir. Yuxarıda qeyd olunan prosessual normaların mahiyyətindən də aydın olur ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilsin. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçının vəsatəti əsassız hesab edilərək təmin edilməmiş, hazırkı mərhələdə də qarşılıqlı iddiaçı mənzilin dəyərinin şişirdilməsinə dair əsaslı dəlillərini təqdim etməmişdir. Əvvəlki vəsatət də işdə 2 rəy olduğu bildirilsə də, qarşılıqlı iddiaçının təqdim etdiyi rəy məhkəmə icraatı gedişində əldə edilmədiyindən kollegiya “xxxx” MMCnin rəyini mötəbər sübut kimi qəbul edir. Beləliklə vəsatətin (təkrar qiymətləndiricinin təyin edilməsi barədə) təmin edilərək hüquqi qiymət verilməsi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Kollegiya qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh kirayə haqqı kimi 27,000 (iyirmi yeddi min) manat pulu ilkin iddiaçı İddiaçı tələb edir. Kollegiya qeyd edir ki, iddia hüquqi baxımdan “kirayə haqqı” deyil, faktiki olaraq iddiaçının qanunsuz sahiblik nəticəsində əldə edə bilmədiyi gəlir – yəni əldən çıxmış fayda kimi qiymətləndirilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı ünvan 6 ünvanında inşa edilən yaşayış binasının 1- ci blok, 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 112,4 kv.m olan, iki otaqlı, ** nömrəli mənzilə mülkiyyət hüququna malikdir və bu hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçiyə əmlaka sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu verir. İstifadə hüququ, həmin Məcəllənin 135.12-ci maddəsinə uyğun olaraq, əmlakdan gəlir, fayda və bəhər götürmək imkanını da əhatə edir. Tərəflər arasında mənzilin kirayəyə verilməsini tənzimləyən, qarşılıqlı razılığa əsaslanan və ya hər hansı əvəzli münasibət yaradan müqavilə mövcud deyil. Buna görə də, qarşılıqlı iddia üzrə iddiaçının “kirayə haqqı” kimi təqdim etdiyi qarşılıqlı iddia üzrə cavabdehin qanunsuz sahiblik etdiyi 2021-ci ilin dekabr ayından 2025-ci ilin avqust ayına kimi 45 ay üçün aylıq 600 manat zərərin əvəzi məbləğində tələb, əslində, Mülki Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq, hüququ pozulmuş şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlir - yəni əldən çıxmış fayda kimi qəbul edilməlidir. Həmin maddəyə əsasən, zərərçəkmiş şəxs ona dəymiş zərərin əvəzinin tam ödənilməsini, o cümlədən əldən çıxmış faydanın bərpasını tələb edə bilər. Digər tərəfdən Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Hazırki işdə tərəflər arasında kirayə müqaviləsindən irəli gələn hüquq münasibəti mövcud olmadığından və qarşılıqlı iddiaçı Cavabdeh vicdanlı sahib olduğundan həmin mənzildə yaşamasına görə ilkin iddiaçı İddiaçı yaşadığı dövr üzrə kirayə haqqı ödəməsi barədə tələb yol verilən hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “ilkin iddia qismən təmin edilsin, qarşılıqlı iddia rədd edilsin” qənaətinə gəlməsini qanuni və əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-9)-637/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-637/2026
29.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver