Məhkəmə qərarları › İş №e-2(3-9)-655/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-655/2026

08.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-655/2026 08.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(***)-****/**** saylı qərardadından digər şəxslər (hüquq və vəzifələrinə toxunduğunu iddian edən) X4 və X5 (vəkil Vəkil/Nümayəndə) tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi paylı mülkiyyətdə olan, cavabdehin adına qeydiyyatda olmaqla, ikidə bir hissədə pay hüququna malik olduğu “X1 111 CDİ YÜK” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərinin ikidə bir hissəsinin, yəni 15.000 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. ##.##.2026-cı il tarixdə X4 və X5 adlı şəxslər ayrı-ayrılıqda vəsatətlər verərək Lənkəran Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin onların maraqlarına və mənafelərinə toxunduğunu bildirib özlərinin həmin iş üzrə maraqlarına toxunan şəxs qismində tanınmasını xahiş etmiş, eyni zamanda, həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı ilə vəsatətlər təmin edilməmiş, eyni zamanda, X4 və X5 apellyasiya şikayətlərinin geri qaytarılması qərara alınmışdır. X4 və X5 məhkəmənin ##.##.2026-cı il tarixli qərardadından şikayət vermişlər. Adı çəkilən şəxslər öz şikayətlərində məhkəmənin ##.##.2026-cı il tarixli qərardadını qanunsuz və əsassız hesab etdiklərini qeyd etmiş, qərardadın ləğv edilərək onların həmin iş üzrə maraqlarına toxunan şəxs qismində tanınmalarını xahiş etmiş, eyni zamanda, məhkəmənin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişlər. Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan avtomobilin dəyərinin cavabdehdən alınıb verilməsi tələbinə dair mülki iş üzrə maraqlarına toxunan şəxs kimi tanınma barədə X4 və X5 vəsatətləri üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, həmin qərardaddan X4 və X5 tərəfindən verilmiş şikayətlər baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Kollegiya iş materiallarını tədqiq edərək müəyyən etmişdir ki, Lənkəran Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə Rövşən Fərəcovun və ya Gülruh Fərəcovanın üzərinə düşən hər hansı maddi məsuliyyət və ya öhdəlik yoxdur. Həmin qətnamədə 15.000 manat vəsaitin bilavasitə və yalnız Cavabdeh tutulmalı olması müəyyən edilmişdir. Həmin qətnamə ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş 15.000 manat pul “X1 111 CDİ YÜK” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərinin ikidə bir hissəsi kimi müəyyən edilsə də, həmin nəqliyyat vasitəsinin cavabdehdən alınması və ya tələbin nəqliyyat vasitəsinə yönəldilməsi kimi hər hansı tələb irəli sürülməmiş və məhkəmə qətnaməsi də bununla bağlı çıxarılmamışdır. Eyni zamanda, Rövşən Fərəcovun özünün də hazırki vəsatətdə qeyd etdiyi kimi, həmin nəqliyyat vasitəsi hazırki vəziyyətdə onun öz mülkiyyətində olduğu halda, Cavabdeh borclu olduğu icra sənədi üzrə həmin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması, nəqliyyat vasitəsinin açıq hərracdan satılması və sair bu kimi məcburi icra tədbirlərinin həyata keçirilməsi də mümkün deyildir. Belə olan halda, Lənkəran Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin hazırda Rövşən Fərəcovun mülkiyyətində olan avtomobilə nə kimi aidiyyəti olduğu, həmin qətnamənin Rövşən Fərəcovun hansı maraqlarına və mənafelərinə toxunduğu bəlli deyildir. Eyni zamanda, ##.##.2017-ci il tarixdə əldə edilmiş “X1 111 CDİ YÜK” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ##.##.2017-ci il tarixdə, yəni İddiaçı ilə Cavabdeh rəsmi nikahda olduqları müddətdə əldə edilməsi faktı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, həmin avtomobildə İddiaçı və Cavabdeh hər birinin ikidə bir hissədən ibarət pay hüququ olması da qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsbit edilmişdir. Bu fakt isə özü-özlüyündə onu deməyə əsas verir ki, Gülruh Fərəcova Cavabdehla rəsmi nikahda olsa da, hətta avtomobilin əldə edildiyi vaxtda faktiki nikahda olmuş olsaydı da, qeyd olunan avtomobilə münasibətdə onun pay hüququ mövcud deyildir. Bu səbəbdən qeyd olunan məhkəmə qətnaməsinin Gülruh Fərəcovanın hansı hüquqlarını pozduğu, həmin qətnamənin Gülruh Fərəcovanın hansı maraqlarına və mənafelərinə toxunduğu da bəlli deyildir. Birinci instansiya məhkəməsi haqlı olaraq məhkəmənin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin hər hansı məzmunda X4 və X5 hüquq və mənafelərinə, maraqlarına toxunmaması qənaətinə gəlmişdir. Kollegiya qeyd edir ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbul edilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 2023-cü il # ####### tarixli Qərarında da göstərilmişdir ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, X7rşı iş üzrə 1975-ci il ## ###### tarixli Qərarda qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36). Məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (X11rşı iş üzrə 1985-ci il ## ### tarixli Qərar §57). Lakin qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X6rşı iş üzrə 1994-cü il ## ######## §65; Bellet Fransaya qarşı iş üzrə 1995-ci il # ###### tarixli §31 Qərarlar). Beləliklə kollegiya hesab edir ki, digər şəxslər (hüquq və vəzifələrinə toxunduğunu iddian edən) X4 və X5 (vəkil Vəkil/Nümayəndə) tərəfindən verilmiş şikayətin dəlilləri əsassız olmaqla, Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(***)-****/**** saylı qərardadın ləğvi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Digər şəxslər (hüquq və vəzifələrinə toxunduğunu iddian edən) X4 və X5 (vəkil Vəkil/Nümayəndə) tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar