Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-981/2026 04.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «cehiz əmlak əşyalarının evdən çıxarılması» tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün əsaslarını yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Cavabdeh qarşı «cehiz əmlak əşyalarının evdən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus cəmi 650 (altı yüz əlli) manat dəyərində olan cehiz əşyalarının ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan mənzilindən çıxarılması və 30 manat dövlət rüsumu, 300 manat vəkil pulunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin (hakim V.Əliyeva) ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. Iş materiallarından görünür ki, hazırki iddia qiymətləndirilməyən iddiadır. Cavabdeh Cavabdeh apellyasiya şikayətinə 15 manat miqdarında dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etmişdir. Bu, onu göstərir ki, cavabdeh iddianın qiymətləndirilməyən olduğunu nəzərə almamış, dövlət rüsumunu Qanunda qiymətləndirilməyən iddialar üçün nəzərdə tutulan miqdarda ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Işin hallarından görünür ki, dövlət rüsumu müəyyən olunmuş miqdarda ödənilmədiyi halda birinci instansiya məhkəməsi işi apellyasiya baxışına göndərmişdir. Bu halda isə işə apellyasiya qaydasında baxılmaq üçün əsas yoxdur. Ona görə apellyasiya qeyri-mümkün hesab edilməli, şikayətin geri qaytarılması üçün mülki iş Salyan Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 363, 366, 400, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldİ: Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Salyan Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müdətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №e-2(3-9)-981/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-981/2026
04.08.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver