Məhkəmə qərarları › İş №e-2(5-101)-978/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-101)-978/2026

20.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-101)-978/2026 20.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı-Sumqayıt magistral yolunun sağ tərəfində, “Vaz” dairəsi ilə “Neapol” restoranının arasında yerləşən mütəxəssis rəyində qeyd olunmuş koordinatlara uyğun olan torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması və xx.xx.2025-ci il tarixdən hazırkı tarixədək ödəməli olan 5300 manat pul vəsaitinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, ərazi aidiyyəti üzrə ümumi qayda ondan ibarətdir ki, qanunla başqa hal nəzərdə tutulmadıqda iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin mülki prosessual qanunvericilik bəzi kateqoriyalı mübahisələr üçün müstəsna (istisna) aidiyyət müəyyən edir və bu halda ümumi qayda tətbiq edilmir. Belə ki, daşınmaz əşyaya (o cümlədən torpaq sahəsinə) dair mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, habelə mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan pozuntuların aradan qaldırılması barədə iddialar daşınmaz əşyanın olduğu yerə görə verilməlidir (MPM-in 39-cu maddəsi). Təqdim edilmiş iddia ərizəsindən və əlavə olunmuş materiallardan görünür ki, iddianın əsas (ilkin) predmeti cavabdehin istifadə etdiyi torpaq sahəsinin boşaldılması tələbindən ibarətdir. Bu tələb mahiyyət etibarilə torpaq sahəsi kimi daşınmaz əşya ilə bağlı mübahisə olduğundan, həmin mübahisə üzrə ərazi aidiyyəti müstəsna aidiyyət qaydasına tabedir və işə baxılmalı məhkəmə torpaq sahəsinin yerləşdiyi ərazi üzrə müəyyən olunur. İddia ərizəsində əlavə olaraq irəli sürülmüş pul tələbi isə iddiaçının özünün də göstərdiyi kimi, bilavasitə torpaq sahəsinin istifadəsi, yəni boşaldılmaması ilə əlaqədar olaraq formalaşmış, yəni torpaq sahəsinin boşaldılması tələbindən törəmə (aksesuar) xarakter daşıyır. Bu baxımdan, pul tələbinin ayrıca irəli sürülməsi iddianın predmeti üzrə tətbiq olunmalı olan müstəsna aidiyyəti aradan qaldırmır və mübahisənin baxılma yerini cavabdehin qeydiyyat ünvanına görə dəyişmir. Bu səbəbdən, iddia ərizəsinin Sabunçu Rayon Məhkəməsinə verilməsi cavabdehin həmin ərazidə qeydiyyatda olmasından asılı olmayaraq, iddianın predmeti üzrə tətbiq olunan müstəsna aidiyyət qaydasına uyğun deyil və iş bu məhkəmədə baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-ci maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda, iş materiallarında xx.xx.2026-cı il tarixli, **********71 saylı ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırmaq üçün 73 (yetmiş üç) manat məbləğində dövlət rüsumu AsanPay ödəniş sistemi vasitəsilə Sabunçu Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır; 114.2-ci maddəsinə əsasən, məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və pul tələbinə dair iddia ərizəsinin icraata qəbul edilmədən geri qaytarıldığını nəzərə alıb, hesab edirəm ki, ödənilmiş 73 manat məbləğində dövlət rüsumu büdcədən iddiaçının vəkili Vəkil geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114, 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. AsanPay ödəniş sistemi vasitəsilə xx.xx.2026-cı il tarixli, **********71 saylı ödəniş qəbzinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırılması üçün ödənilmiş 73 manat məbləğində dövlət rüsumu həmin ödənişi həyata keçirmiş iddiaçının vəkili Vəkil büdcədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar