Məhkəmə qərarları › İş №e-2(5-102)-257/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-102)-257/2026

10.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-102)-257/2026 10.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsini göstərməklə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsini göstərməklə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 02 may 1998-ci il tarixli 30/589 reyestr nömrəli “X3 X4 X2”nun ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə məhkəmədən xahiş etmişdir. Hakim ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı ərizəsinin giriş hissəsində “şəxsin müəyyən vaxtda vəfat etməsi faktını müəyyən edilməsi” barədə məlumat qeyd etsə də, xahiş etdim hissəsində sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən hüquqi faktların müəyyən edilməsi ilə bağlı işlərə xüsusi icraat qaydasında baxılır. İddiaçı isə ərizəsini Məhkəmə Elektron Sisteminə icraatın növü olaraq “iddia icraatı” kimi daxil etmiş və məhkəmə sistemində həmin tələbə iddia icraatı qaydasında baxılmalı olması nəzərdə tutulmuşdur. Halbuki qeyd edildiyi kimi İddiaçı ərizəsini Məhkəmənin Elektron Sisteminə icraatın növü olaraq “xüsusi icraat” kimi seçməli idi. Mülki Prosessual Qanunvericilik yalnız xüsusi icraat qaydasında işlərə baxarkən hüquq haqqında mübahisə olduğu təqdirdə ərizəni baxılmamış saxlayaraq maraqlı şəxslərə ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququnun izah edilməsini nəzərdə tutur(AR MPMnin 306.4). Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən xüsusi icraat qaydasında baxılmalı olan ərizəni düzgün olmayaraq X1 icraatın növü kimi “iddia icraatı” kimi daxil etdiyindən hazırki iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 151.1, 263-264-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlər əsasən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar