Məhkəmə qərarları › İş №e-2(5-102)-9/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-102)-9/2026

19.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-102)-9/2026 19.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, dövlət və ictimai ehtiyaclar üçün alınan, öz mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən əmlaka münasibətdə hər kvadrat metr üçün 30% miqdarında əlavə ödəmələrin hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İşə baxan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 2-1(81)- 711/2014 saylı, xx.xx.2014-cü il tarixli qərar ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, ünvan 7 evin sahəsi 140 kv.m. olan mənzili, sahəsi 212,4 kv.m. və 32 kv.m. olan qeyri-yaşayış sahəsinin cəmi 463.650 manat məbləği dəyərinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 nömrəli Fərmanının 2.3-cü bəndinə müvafiq olaraq 20% (463.650x20%=92.730), habelə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 66.4-cü maddəsinə əsasən 10% (463.650x10%=46.365) miqdarında əlavə haqqın – cəmi 139.095 manat miqdarında əlavə ödəmələrin hesablanması cavabdehə həvalə edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 2-1(81)-711 /2014 saylı, xx.xx.2014-cü il tarixli qərar xx.xx.2014-cü il tarixdə icra olunması üçün cavabdehə göndərilmişdir. Qərar cavabdeh tərəfindən icra olunmadıqdan sonra onun ərizəsi ilə xx.xx.2016-cı il tarixli, 2-1(81)-711/2014 saylı icra vərəqəsi Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə təqdim edilmişdir. Ötən müddət ərzində aidiyyəti qurumlara – Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və s.dəfələrlə müraciətlər ünvanlanmış, hər dəfə müxtəlif bəhanələrlə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından yayınmışdır. Dəfələrlə edilmiş müraciətlərdən, eyni zamanda, cavabdehin cərimə edilməsi ilə bağlı yazdıqları ərizədən sonra nəhayət xx.xx.2025-ci il tarixdə (11,5 il sonra) o, cavabdeh qurum olan Bakı şəhər İcra Hakimiyyətinə dəvət olunaraq, ödənişin bir hissəsi (86.323,67 manat) icra edilmişdir. Nəticədə məhkəmə qərarı ilə ödənilməli olan məbləğ uzun müddət 11 ildən artıq gecikdirilməklə (yarımçıq) ödənilmişdir. Onun ötən bu müddət ərzində həmin vəsaitdən istifadə edə bilməməsi onun əmlak hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən düşünür ki, cavabdeh ona məxsus ödəməni bu qədər müddət gecikdirdiyi üçün aşağıda qeyd olunan məbləği ona ödəməyə borcludur: 139.095 x 5% = 6954, 6954 x 11 il = 76.494 manat. Göstərilənləri nəzərə alaraq iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 2-1(81)-711/2014 saylı xx.xx.2014-cü il tarixli qərarın zamanında icra olunmaması nəticəsində ona dəymiş maddi zərərin (illik 5% olaraq hesablanan gecikdirmə faizi) əvəzi olaraq 76.494 manat məbləğin və dövlət rüsumu olaraq ödənilmiş 319 manatın cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-711/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, ünvan 7 evin sahəsi 140,0 kv.m. olan mənzili, sahəsi 212,4 kv.m. olan və 32,0 kv.m. olan qeyri-yaşayış sahəsinin cəmi 463.650 manat məbləği dəyərinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə müvafiq olaraq 20% (463.650 = 20%=92.730) habelə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 66.4-cü maddəsinə əsasən 10% (463.650 =10%= 46365) minqdarında əlavə haqqın – cəmi 139,095 (92.730=46365=139.095) manat miqdarında əlavə ödəmələrin hesablanması Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Qərar qanuni qüvvəsinə xx.xx.2014-cü il tarixdə minmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, surəti X1 9 saylı Xəzinədarlıq İdarəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubun surətindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2-1(81)-711/2014 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, ünvan 7 evin sahəsi 140,0 kv.m. olan mənzili, sahəsi 212,4 kv.m.olan və 32,0 olan qeyriyaşayış sahəsinin cəmi 463.650 manat məbləği dəyərinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə müvafiq olaraq 20%(463.650 x 20% = 92.730) habelə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 66.4-cü maddəsinə əsasən 10% (463.650.x 10%=46365) miqdarında əlavə haqqın – cəmi 139.095 (92.730+46365=139095) manat miqdarında əlavə ödəmələrin hesablanması Bakı şəhəri İcra Hakimiyyətinə həvalə edilmişdir. İcra sənədi xx.xx.2016-cı il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. Qüvvədə olan məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə və Bakı şəhər İcra Hakimiyyətinin dövlət büdcəsindən maliyyələşdirilməsini nəzərə alaraq iş üzrə borclu Bakı şəhər İcra Hakimiyyəti üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabından və ya Bakı şəhər İcra Hakimiyyətinin büdcədənkənar vəsaiti hesabından İddiaçı 139.095 manat və 9736,65 manat məbləğində məcburi icra ödənişinin tutulması üçün Agentliyin tabeliyində olan 9 saylı Xəzinədarlıq İdarəsinə qısa müddət ərzində (üç gün) müvafiq ödəniş tapşırığının verilməsi xahiş olunur. Eyni zamanda bank təşkilatına veriləcək ödəniş tapşırığında tutulacaq vəsaitin Səbail rayon İcra şöbəsinin hesabına köçürülməsi barədə qeydin aparılması nəzərə alınmalıdır. Bununla yanaşı “İcra haqqında” Qanunun 3-cü maddəsinə istinadən məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğunu xatırladaraq bu tələblərin yerinə yetirməməsi ölkə qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyətinə cəlb olunması üçün səbəb olduğu nəzərinə çatdırılır. İş üzrə Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinin Başçısına ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2-1(81)-711/2014 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, ünvan 7 evin sahəsi 140,0 kv.m. olan mənzili, sahəsi 212,4 kv.m. olan 32,0 kv.m. olan qeyri-yaşayış sahəsinin cəmi 463.650 manat məbləği dəyərinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə müvafiq olaraq 20% (463.650 x 20% = 92.730) habelə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 66.4-cü maddəsinə əsasən 10% (463.650 x 10% = 46350) miqdarında əlavə haqqın – cəmi 139.095 (92.730+46365=139095) manat miqdarında əlavə ödəmələrin hesablanması Bakı şəhəri İcra Hakimiyyətinə həvalə edilmişdir. İcra sənədi xx.xx.2016-cı il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədi icra olunması ilə bağlı xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il, 22.0.12018-ci il və xx.xx.2018-ci il tarixlərdə xəbərdarlıq məktubları göndərilmişdir. Lakin, bu günədək icra sənədi icra olunmamışdır. Bununla yanaşı məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi və bununla bağlı qanunvericilik aktlarına dəyişklik və əlavələr edilməsi haqqında ölkə Prezidentinin xx.xx.2010-cu il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icra olunması vəziyyətinə dair hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılmışdır. İcra sənədinin icrasının təmin edilməsi və nəticəsi barədə məlumat verilməsi xahiş olunur. İş üzrə Bakı şəhəri Səbail rayon İcra şöbəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmş xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2-1(81)-711/2014 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, ünvan 7 evin sahəsi 140,0 kv.m. olan mənzili, sahəsi 212,4 kv.m. olan 32,0 kv.m. olan qeyri-yaşayış sahəsinin cəmi 463.650 manat məbləği dəyərinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə müvafiq olaraq 20% (463.650 x 20% = 92.730) habelə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 66.4-cü maddəsinə əsasən 10% (463.650x10% = 46350) miqdarında əlavə haqqın – cəmi 139.095 (92.730+46365=139095) manat miqdarında əlavə ödəmələrin hesablanması Bakı şəhəri İcra Hakimiyyətinə həvalə edilmişdir. İcra vərəqəsi xx.xx.2016-cı il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. İcra sənədinin icrası könüllü icra müddəti ərzində təmin edilmədiyindən icra məmuru tərəfindən borcluya müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilmişdir. Bütün bunlara baxmayaraq, bu günədək borclu orqanı tərəfindən tələb təmin edilməmişdir. Sonuncu olaraq xx.xx.2020-ci il tarixdə xatırlatma məktubu göndərilmiş və icra sənədi üzrə təyin edilən tələbin təmini istiqamətində görülən son tədbirlər barədə məlumat verilməsi xahiş edilmişdir. Lakin hazıradək icra sənədinin icrası ilə bağlı şöbəyə heç bir məlumat daxil olmamışdır. Odur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2-1(81)-711/2014 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrası ilə bağlı görülmüş tədbirlər barədə Səbail rayon İcra şöbəsinə və tələbkara məlumat verilməsi xahiş olunur. Xatırladır ki, məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi və bununla bağlı qanunvericilik auktlarına dəyişiklik və əlavələr edilməsi haqqında ölkə Prezidentinin xx.xx.2010-cu il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icra olunması vəziyyətinə dair hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılmışdır. İş üzrə Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2024-cü il tarixli məktubların surətlərindən görünür ki, İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-711/2014 nömrəli qərarının icrası ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş məktubuna baxılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti dövlət büdcəsindən maliyyələşən təşkilat olduğundan sözügedən məhkəmə qərarının icrasının təmin edilməsi məqsədilə zəruri tədbirlər görülmüş və tələb olunan vəsait müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrıldığı təqdirdə məhkəmə qərarının icrası təmin ediləcəkdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024cü il tarixli məktubun surətindən görünür ki, məhkəmə qərarının icrası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Ədliyyə Nazirliyinə daxil olmuş ərizəsi araşdırılmışdır. Müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, ünvan 7 evin sahəsi 140,0 kv.m. olan mənzil və 242,4 kv.m. olan qeyri-yaşayış sahəsinin cəmi 463.650 manat məbləği dəyərində Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli fərmanının 2.3-cü bəndinə müvafiq olaraq 20%, habelə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 66.3-cü maddəsinə əsasən 10% miqdarında haqqın – cəmi 139.095 manat miqdarında əlavə ödəmələrin hesablanması Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı şəhəri Səbail rayon icra şöbəsində xx.xx.2016-cı il tarixdə başlanılmış icraat üzrə tələb təmin edilmədiyinə görə müxtəlif tarixlərdə borclu dövlət orqanına xəbərdarlıq məktubları göndərilmiş, lakin hazırkı vaxtadək müsbət nəticə əldə olunmamışdır. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli 303 nömrəli Fərmanına əsasən həmin qətnamə dövlət orqanlarının borclu qismində tərəf olduğu və icrası təmin edilməyən məhkəmə qərarlarının siyahısına daxil edilmiş, icra sənədinin icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Bakı şəhər İcra Şakimiyyətinə müraciət edilmiş, xx.xx.2023-cü il tarixli cavab məktubunda məhkəmə qərarının icrası istiqamətində tədbirlərin davam etdirildiyi bildirilmişdir. Bakı şəhər İcra Hakimiyyətindən Bakı şəhəri Səbail rayon İcra şöbəsinə məktub ünvanlanaraq (sonuncu dəfə xx.xx.2024-cü il tarixdə) qətnamənin icrası məqsədilə vəsait ayrılması üçün Maliyyə Nazirliyinə müraciət edildiyi göstərilmişdir. İcra işi nəzarətdə saxlanılmaqla icra sənədinin icrası ilə bağlı qanunauyğun tədbirlərin davam etdirilməsi yerli icra qurumuna tapşırılmışdır. İş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 1-5/1-M-44xx-xx/2025 nömrəli dərkənarı ilə daxil olmuş 1 saylı Bakı İnzibati- İqtisad Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, ünvan 7 ünvanda yerləşəne 140,0 kv.m.olan mənzilin və 242,2 kv.m. olan qeyri-yaşayış sahəsinin dəyərinin 20% təşkil edən 92.730 manat və 10% təşkil edən 46.365 manat, cəmi 139.095 manat miqdarında əlavə vəsaitin verilməsi, habelə Bakı şəhərinin mərkəzində mənzillə təmin edilməsi barədə xx.xx.2025-ci il tarixli ərizəsinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlərin surətindən görünür ki, İddiaçı kompensasiyanın ödənilməsi vəzifəsi cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilmiş, Maliyyə Nazirliyi həmin iş üzrə məhkəmə prosesinə üçüncü şəxs qismində cəlb olunmuş və qəbul edilmiş məhkəmə qərarı ilə Nazirliyin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Qüvvədə olan qanunvericiliyə əsasən məhkəmə qərarının icrası ilə əlaqədar prosessual hərəkətlər həmin qərarla cavabdeh (borclu) kimi tanınan qurum tərəfindən həyata keçirilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 7.6-cı bəndinə görə yerli icra hakimiyyətlərinin maliyyə mənbələrinə büdcədənkənar vəsaitlər və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlər də daxildir. Göründüyü kimi, məhkəmə qərarının icrası cavabdeh qurumun malik olduğu digər mənbələr (bülcədənkənar vəsait) hesabına da təmin oluna bilər. Göstərilənlərə əsasən hesab edirlər ki, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla sözügedən məhkəmə qərarının icra imkanlarının cavabdeh qurum (borclu təşkilat) kimi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən araşdırılması və icra üzrə konkret tədbirlər görülməsi məqsədəmüvafiqdir. Həmçinin qeyd edirlər ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikasında məhkəmə qərarlarının məcburi icrası üzrə məmurları tərəfindən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət isə icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İş üzrə "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli kassa mədaxil orderin surətindən görünür ki, İddiaçı hesabına 86.323,67 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, dövlət və ictimai ehtiyaclar üçün alınan, öz mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən əmlaka münasibətdə hər kvadrat metr üçün 30% miqdarında əlavə ödəmələrin hesablanması vəzifəsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-711/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, ünvan 7 evin sahəsi 140 kv.m. olan mənzili, sahəsi 212,4 kv.m. və 32 kv.m. olan qeyri-yaşayış sahəsinin cəmi 463.650 manat məbləği dəyərinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 nömrəli Fərmanının 2.3-cü bəndinə müvafiq olaraq 20% (463.650x20%=92.730), habelə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 66.4-cü maddəsinə əsasən 10% (463.650x10%=46.365) miqdarında əlavə haqqın – cəmi 139.095 manat miqdarında əlavə ödəmələrin hesablanması Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Qanuni qüvvəyə minmiş qərar xx.xx.2016-cı il tarixdə icra edilməsi üçün Səbail rayon İcra şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixdə iddiaçıya ödənişin bir hissəsi – 86.323,67 manat ödənilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 2-1(81)-711 /2014 saylı, xx.xx.2014-cü il tarixli qərar xx.xx.2014-cü il tarixdə icra olunması üçün cavabdehə göndərilmişdir. Qərar cavabdeh tərəfindən icra olunmadıqdan sonra onun ərizəsi ilə xx.xx.2016-cı il tarixli, 2-1(81)-711/2014 saylı icra vərəqəsi Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə təqdim edilmişdir. Ötən müddət ərzində aidiyyəti qurumlara – Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və s.dəfələrlə müraciətlər ünvanlanmış, hər dəfə müxtəlif bəhanələrlə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından yayınmışdır. Dəfələrlə edilmiş müraciətlərdən, eyni zamanda, cavabdehin cərimə edilməsi ilə bağlı yazdıqları ərizədən sonra nəhayət xx.xx.2025-ci il tarixdə (11,5 il sonra) o, cavabdeh qurum olan Bakı şəhər İcra Hakimiyyətinə dəvət olunaraq, ödənişin bir hissəsi (86.323,67 manat) icra edilmişdir. Nəticədə məhkəmə qərarı ilə ödənilməli olan məbləğ uzun müddət 11 ildən artıq gecikdirilməklə (yarımçıq) ödənilmişdir. Onun ötən bu müddət ərzində həmin vəsaitdən istifadə edə bilməməsi onun əmlak hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən düşünür ki, cavabdeh ona məxsus ödəməni bu qədər müddət gecikdirdiyi üçün aşağıda qeyd olunan məbləği ona ödəməyə borcludur: 139.095 x 5% = 6954, 6954 x 11 il = 76.494 manat. Bu səbəbdən iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 2-1(81)-711/2014 saylı xx.xx.2014cü il tarixli qərarın zamanında icra olunmaması nəticəsində ona dəymiş maddi zərərin (illik 5% olaraq hesablanan gecikdirmə faizi) əvəzi olaraq 76.494 manat məbləğin və dövlət rüsumu olaraq ödənilmiş 319 manatın cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci madddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsi əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Eyni Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsasını Mülki Məcəlləsinin 445.7-ci maddəsi təşkil edir. Yəni işin müəyyən edilmiş faktiki halları Mülki Məcəllənin 445.7-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmaqdadır.Həmin maddi hüquq normasında gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi hüququ kreditora aid edilmişdir. Bu normada nəzərdə tutulan "kreditor” təkcə kredit təşkilatı və ya bazar iqtisadiyyatı subyekti deyil. Qanunvericilik "kreditor” dedikdə, öhdəliyə əsasən xeyrinə hərəkət edilməli olan şəxsi nəzərdə tutur. Bu nəticə Mülki Məcəllənin 385.1-ci maddəsindən irəli gəlir. Həmin normada deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iddianın qanuni əsasını təşkil edən Mülki Məcəllənin 445.7-ci maddəsi Mülki Məcəllənin “Öhdəliklərin icra edilməməsi” adlı 22-ci fəslində yerləşir və həmin fəsildə yerləşən normaların qarşılıqlı təhlilindən görünür ki, öhdəliklərin icra edilməməsi halında kreditorun hüquqi təminat mexanizmləri sırf müqavilədən əmələ gələn öhdəliklərin icra edilməməsinə nəzərdən təsbit olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-711/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı qanuni qüvvəyə mindiyi gündən iddiaçıya ödənilməli olan 139.095 manat 11 il gecikdirildiyinə görə 76.494 manat (139.095 manat x 5% = 6.954 manat x 11 il = 76.494 manat) pul vəsaiti Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən tutulmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 319 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 2-1(81)-711/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarın vaxtında icra olunmaması nəticəsində Bakı şəhər İcra Hakimiyyətindən İddiaçı xeyrinə ona dəymiş maddi ziyanın əvəzi kimi (illik 5% olaraq hesablanan gecikdirmə faizi) 76.494 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 319 manat, cəmi 76.813 (yetmiş altı min səkkiz yüz on üç) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar