Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-104)-728/2026 13.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı iddia ərizəsinə dair iş üzrə (açar sözlər: iddiadan imtina, məhkəmədə baxılmalı deyil) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, İddiaçı iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı Yasamal rayon İcra Şöbəsinə qarşı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və sair tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılması məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Maddə 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər.
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir.
4. Təqdim edim olunmuş iddia ərizəsindən görünür ki, iddiaçının məhkəmədən hər hansı konkret xahişi, baxılması istənilən tələbi yoxdur.
5. İddia ərizəsinin ümumi məzmunundan müəyyən olunur ki, iddiaçı Yasamal rayon İcra Şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edir ki, bu xahiş müstəqil tələb yox, artıq baxılmağa davam edən hansısa iş üzrə vəsatətdir.
6. Odur ki, hazırkı işə məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir.
7. Göstərilənləri və MPM-nin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
HAKİM Aytəkin Əsədzadə