Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(5-105)-183/2026 26.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı «vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə ,03 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3643,74 manat, İşsizlikdən sığorta fonduna olan 249,78 manat, İcbari Tibbi Sığorta Fonduna olan 954,35 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün xx xxxxx 1973-cü il təvəllüdlü Maraqlı şəxs (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi: xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AZE0*******) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə ,03 manat məbləğində (o cümlədən, vergilər üzrə ,03 manat), Azərbaycan Respublikası Abşeron Rayonunun Digah Bələdiyyəsinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 249,78 manat, İcbari Tibbi Sığorta Fonduna 954,35 manat, Dövlət Sosial Müdafiə Fonduna 3643,74 manat olmaqla, ümumilikdə, 4847,9 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, **********208600, xx.xx.2025-ci il tarixli **********389300, xx.xx.2025-ci il tarixli **********285800 nömrəli bildirişlər, xx.xx.2025-ci il tarixli, 3- 21-2-8/2-26899/2025 nömrəli xəbərdarlıq məktubu göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Maraqlı şəxsin icra orqanının rəhbəri olduğu Azərbaycan Respublikası Abşeron Rayonunun Digah Bələdiyyəsi qeyri-kommersiya hüquqi şəxs olduğundan və yaranmış sosial öhdəliyinin sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyi müəyyən edildiyindən hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalıdır. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Qeyd edilənlərə əsasən o, ərizənin təmin edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyətli nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, vergi öhdəliyi qanunla müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyinə görə ərizədə qeyd edilən maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə iclasında iştirak etmək üçün vaxt imkanının az olmasının nəzərə alınması və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 355-7.2-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli Vergi hesabatlarının elektron sənəd formasmda göndərilməsi haqqında müqavilənin surətindən görünür ki, vergi orqanı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi (indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi) ilə vergi ödəyicisi Abşeron rayon Digah bələdiyyəsi (VÖEN: **********) arasında müqavilə bağlanmış və sözügedən müqavilədə vergi bəyannamələrinin (hesabatlarının) vergi ödəyicisi tərəfindən elektron sənəd formasında göndərilməsi, vergi orqanları tərəfindən onların qəbulu və bu barədə vergi ödəyicisinə elektron şəkildə bildiriş verilməsinin nəzərdə tutulduğunu, tərəflərin müəyyən edilmiş formatda tərtib edilən və göndərilən elektron sənədi kağız və ya yazılı şəkildə digər məlumat daşıyıcısı üzərindəki sənədin ekvivalenti olduğunu və onunla eyni hüquqa malik olduğunu qəbul etməsi və istifadəçi kodu, parol və şifrədən istifadə etməklə göndərilən elektron sənədlərin imzalanmış sayılması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Elektron sənəd mübadiləsi haqqında müqavilənin surətindən görünür ki, vergi orqanı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi (indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi) ilə vergi ödəyicisi Maraqlı şəxs (VÖEN: **********) arasında müqavilə bağlanmış və həmin müqavilənin vergi orqanı ilə vergi ödəyicisi arasında aparılan yazışmaların elektron şəkildə həyata keçirilməsini, o cümlədən, vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin (məktubların, aktların, protokolların, qərarların, tələbnamələrin, bildirişlərin, xəbərdarlıqların, arayışların, çıxarışların və digər sənədlərin) elektron şəkildə göndərilməsini, vergi ödəyicisi tərəfindən istifadəçi kodu, parol və şifrədən, həmçinin elektron imzadan istifadə edilməklə, vergi orqanına müraciətlərin və digər sənədlərin elektron şəkildə göndərilməsini, vergi ödəyicisi tərəfindən istifadəçi kodu, parol və şifrədən, həmçinin elektron imzadan istifadə edilməklə, İnternet vergi idarəsində vergi bəyannamələrinin (hesabatların) elektron sənəd formasında göndərilməsini, vergi orqanları tərəfindən onların qəbulunu və bu barədə vergi ödəyicisinə elektron şəkildə bildirişin verilməsini, vergi ödəyicisi tərəfindən istifadəçi kodu, parol və şifrədən, həmçinin elektron imzadan istifadə edilməklə, İnternet vergi idarəsində digər vergi ödəyicilərinə alınmış mala (işə, xidmətə) görə ƏDV-nin depozit hesabı vasitəsilə ödənişlər (məxaric əməliyyatları) barədə məlumatların hazırlanmasını, vergi ödəyicisi tərəfindən istifadəçi kodu, parol və şifrədən, həmçinin elektron imzadan istifadə edilməklə, İnternet vergi idarəsində digər vergi ödəyicilərinə satılmış mala (işə, xidmətə) görə elektron vergi hesabfakturasının hazırlanmasını müəyyən etməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Maraqlı şəxs dair vergi ödəyicisi olan fiziki şəxs haqqında məlumatdan çıxarışdan görünür ki, Maraqlı şəxs xx.xx.2005-ci il tarixdən 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən fiziki şəxs olaraq vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyata alınmışdır, avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri fəaliyyət növü ilə məşğuldur və onun VÖEN-i hazırda aktiv vəziyyətdədir. İş materiallarında olan Abşeron rayon Digah bələdiyyəsinə dair vergi ödəyicisi olan hüquqi şəxs haqqında məlumatdan çıxarışdan görünür ki, Abşeron rayon Digah bələdiyyəsi xx.xx.2005-ci il tarixdən 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən hüquqi şəxs olaraq vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyata alınmışdır, yerli özünüidarəetmə orqanlarının fəaliyyət növü üzrə fəaliyyət göstərir, onun VÖEN-i hazırda aktiv vəziyyətdədir və sözügedən hüquqi şəxsin rəhbəri Maraqlı şəxsdur. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-2-8/2-26899/2025 qeydiyyat nömrəli xəbərdarlıq haqqında məlumatdan görünür ki, Maraqlı şəxs vergi ödəyicisi olan fiziki şəxs (VÖEN: **********) kimi dövlət büdcəsinə vergilər üzrə 0,04 manat olmaqla, cəmi 0,04 manat, hüquqi şəxs olan Abşeron rayon Digah bələdiyyəsinin sədri (VÖEN: **********) kimi Məcburi dövlət sosial sığorta haqqı üzrə 6752,82 manat, işsizlikdən sığorta haqqı üzrə 261,93 manat, icbari tibbi sığorta haqqı üzrə 995,49 manat olmaqla, cəmi 8010,24 manat məbləğində borcu vardır. Maraqlı şəxs 8010,28 manat borcun 15 gün müddətində ödənilməsi tələb olunmuş, qeyd olunan borc ödənilmədiyi halda Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-in 355-5.1-ci maddəsində göstərilən vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən edildiyindən, vergi ödəyicisi olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə ,03 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3643,74 manat, İşsizlikdən sığorta fonduna olan 249,78 manat, İcbari Tibbi Sığorta Fonduna olan 954,35 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün xx.xx.1973-cü il təvəllüdlü Maraqlı şəxs (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi: xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AZE0*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən halarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.12-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Azərbaycan Respublikası MPM-in 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası MPM-in 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 355-5.1-ci, 355-7.1-ci, 355-7.3cü və 355-7.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Vergi ödəyicisi olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə ,03 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3643,74 manat, İşsizlikdən sığorta fonduna olan 249,78 manat, İcbari Tibbi Sığorta Fonduna olan 954,35 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün xx.xx.1973-cü il təvəllüdlü Maraqlı şəxs (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi: xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AZE0*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(5-105)-183/2026
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-105)-183/2026
26.01.2026 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver