Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(5-105)-63/2026 09.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 4865 manat pulun cavabdehdən onun xeyrinə tutulması, tərəfindən ödənilmiş 68,65 manat məhkəmə rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(075)-2667/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dаir iddia ərizəsi üzrə mülki iş аidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Mülki iş aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilərək sonuncu məhkəmə tərəfindən xx.xx.2026-cı il tarixdə təhvil alınmışdır. Mülki iş materiallarında olan məhkəmə aktına əsasən, mülki işin aidiyyatla göndərilməsinə əsas kimi göstərilmişdir ki, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Texniki Pasportunda mübahisə predmeti olan mənzil ünvan 1 ünvanındadır. Göründüyü kimi iş üzrə mübahisə predmeti olan mənzil ünvan 1 ünvanında olduğundan, MPM-nin 39-cu maddəsinə əsasən mülki iş аidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh ünvan 3i ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:(bundan sonra Mülki Prosessual Məcəllə adlandırılacaq) 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 39.1 maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin: 40.1. maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, daşınmaz əmlakın olduğu yer üzrə verilən iddia tələbləri 1) mülkiyyət hüququnun tanınması, 2) qeyri-qanuni sahiblikdən götürülmə, 3) mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulduğu hallarda mümkündür. Hazırki iddia tələbindən məlum olduğu kimi, mübahisə predmetini pulun qaytarılması təşkil edir. Yəni hazırki iddia tələbi MPM-nin 39-cu maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli Qərarına əsasən müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Beləliklə qanunvericilik və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu hüquqi mövqeyinə istina edərək məhkəmə qeyd edir ki, iddia tələbi pul tələbi olduğundan və tələbə baxılması yeri müstəsna aiddiyyətə düşmədiyindən, əmlakın olduğu yerdə baxıla bilməz. Mülki iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi cavabdeh ünvan 3i ünvanında qeydiyyatdadır. Odur ki, hazırki, iddia tələbinə AR MPM-nin 35.1-ci maddəsinə əsasən, cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsində baxılması qənaətinə gəlir. Məhkəmə mülki iş materiallarını araşdırıb hesab edir ki, Şəki Rayon Məhkəməsinin mülki işin aidiyyəti üzrə baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərməsi ilə əlaqədar aidiyyətlə bağlı məhkəmələr arasında fikir ayrılığı yarandığından işin hansı məhkəmədə baxılmasına qiymət verilməsi üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işin aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olmasını müəyyən etmək üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(5-105)-63/2026
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-105)-63/2026
09.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver