Məhkəmə qərarları › İş №e-2(5-112)-189/2026

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-112)-189/2026

24.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(5-112)-189/2026 24.02.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, Tələbkar İddiaçı borclu Cavabdeh qarşı alimentin minimum əmək haqqına indeksasiya olunması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmə iclasından kənar nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Tələbkar İddiaçı borclu Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, 08 iyul 2013-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Balakən Rayon Məhkəməsinin 2(019)-755/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına indeksasiya olunması barədə qərardad qəbul qəbul edilməsini xahiş etmişdir. Ərizəyə baxaraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, tələbkar İddiaçıl Şərif qızı borclu Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, 08 iyul 2013-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Balakən Rayon Məhkəməsinin 2(019)-755/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına indeksasiya olunması barədə qərardad qəbul qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki -Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qeyd edilən hüquq nomalarının məzmunundan və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, alimentin məbləğinin minimum əmək haqqı məbləğinə indeksasiya olunmasına dair məsələyə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında baxılır. Belə olan halda da məhkəməyə iddia ərizəsi ilə deyil, ərizə ilə müraciət olunmalıdır. Məhkəmə onu da diqqətə çatdırır ki, icra qaydasında həll olunmalı məsələlərə dair ərizələrin “elektron kabinet” vasitəsi ilə verilməsində müəyyən çətinliklər olduğundan (ərizələr “elektron kabinet” vasitəsi ilə verildikdə iddia ərizəsi kimi qeydə alınır) bu ərizələr şəxsən, və ya poçt vasitəsi ilə,yaxud Məhkəmənin elektron poçtuna göndərilməlidir. Məhkəmə işin hallarını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı ərizəsi geri qaytarılmalıdır. İddiaçı izah edilməlidir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152,263-264 və 268.1-ci maddələrini rəhbər tutub qəraraaldı: Tələbkar İddiaçı borclu Cavabdeh qarşı alimentin minimum əmək haqqına indeksasiya olunması tələbinə dair iddia ərizəsi qaytarılsın. İddiaçı izah edilsin ki, ərizənin qaytarılması, yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan iddiaçı tərəfindən, qərardad ona rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar