Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(5-114)-35/2026 19.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi vergilər Baş İdarəsinin Cavabdeh qarşı ölkədən getmək hüququnun müvəqqəti məhududlaşdırılmasına dair ərizəsinə 19 yanvar 2026-cı il il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək qeyd olunan hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 15330,83 manat, İşsizlikdən sığorta fonduna olan 1043,82 manat, İcbari Tibbi Sığorta Fonduna olan 3404,74 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (Doğulduğu tarix - xx xxxxxx 1970-ci il, Doğulduğu yer - AZƏRBAYCAN,BƏRDƏ; DƏYMƏDAĞİLDİ.K, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxxş,əxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan BƏRDƏ RAYONU UĞURBƏYLİ BƏLƏDİYYƏSİNİN (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 1043,82 manat, Dövlət Sosial Müdafiə Fonduna 15330,83 manat, İcbari Tibbi Sığorta Fonduna 3404,74 manat olmaqla, ümumilikdə 19779,39 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********248000, xx.xx.2025-ci il tarixli **********570900, xx.xx.2025-ci il tarixli **********999400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi vergilər Baş İdarəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə baxışının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan İş materiallarına əlavə edilmiş vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhədəliklərin idarə edilməsi Baş idarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Cavabdeh ölkədən getmək hüquqununun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq göndərilmişdir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2026-cı il tarixli icbari tibbi sığorta haqqları üzrə borcun ödənilməsinə dair **********5 saylı bildirişdən görünür ki, Bərdə rayonu Uğurbəyli Bələdiyyəsinə xx.xx.2026-cı il tarixinə ümumilikdə 3807.37 manat borcu olması bildirilmişdir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2026-cı il tarixli **********5 saylı işsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişdən görünür ki, Bərdə rayonu Uğurbəyli Bələdiyyəsinə xx.xx.2026-cı il tarixinə 1223.81 manat borcu olması bildirilmişdir. xx.xx.2025-ci il tarixli **********0 saylı alınmalı sərəncamdan görünür ki, Bərdə rayon Uğurbəyli Bələdiyyəsi tərəfindən 1143.72 manat ödənilmişdir. xx.xx.2025-ci il tarixli **********9 saylı alınmalı sərəncamdan görünür ki, Bərdə rayonu Uğurbəyli Bələdiyyəsi tərəfindən 17894.66 manat ödənilmişdir. xx.xx.2025-ci il tarixli 3-21-2-17/2-35189/2025 saylı etibarnamədən görünür ki, 11 saylı Ərazi vergilər Baş İdarəsinin Hüquq şöbəsinin rəisi X6, Hüquq şöbəsinin baş hüquqşünası X3 və Hüquq şöbəsinin böyük hüquqşünası X4 etibarnamə üzrə səlahiyyətlər verilmişdir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2026-cı il tarixli muzdlu və qeyri muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişdən görünür ki, Bərdə rayonu Uğurbəyli Bələdiyyəsinə xx.xx.2026-cı il tarixinə ümumilikdə 16100.85 manat borcu olması bildirilmişdir. Hüquqi şəxs haqqında məlumatlardan görünür ki, Bərdə rayon X2 ********** verilmə tarixi xx.xx.2005-ci ildir. xx.xx.2025-ci il tarixli 3-21-2-8/2-34020/2025 saylı xəbərdarlıq haqqında məlumatdan görünür ki, Bərdə rayonu X1 dövlət sosial sığorta haqqı üzrə 17880.79, işsizlikdən sığorta haqqı üzrə 1152.29, icbari tibbi sığorta haqqı üzrə 3634.80, cəmi 22667.88 manat borcunun olmasında xəbərdar edilmişdir. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, AA seriyalı ******* saylı Cavabdeh xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. Vergi hesabatlarının elektron mübadiləsi haqqında ərizədən görünür ki, vergi ödəyicisinin VÖEN-i ********** saylıdır. Ərizənin təqdim edilmə tarixi xx.xx.2008-ci il tarixdir. xx.xx.2008-ci il tarixli Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında müqavilədən görünür ki, X5 Abbasov.E.Ç və Vergi xidməti müşaviri X7 ilə imzalanmışdır. xx.xx.2025-ci il tarixli alınmalı sərəncamdan görünür ki, Bərdə rayonu Uğurbəyli bələdiyyəsi tərəfindən 3622.54 manat ödənilmişdir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. İşin göstərilən halları iş materiallarında olan sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1-ci və 305.1.12ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Həmin Məcəllənin 355-5.1 və 355-5.2, 355-7.3 və 355-7.4-cü maddələrinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 12.1-ci və 12.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindən biridir. Həmin Məcəllənin 78.3 və 78.4-cü maddələrinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Vergi öhdəliklərinin yerinə yetirilməsi digər şəxsin üzərinə qoyula bilməz. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli,hüquqi şəxsin icra orqanının rəhbəri Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 212-220, 227, 355, 358, 320 və 322-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddia təmin edilsin. Dövlət Sosial Müdafiə Fonduna olan 15330.83 (on beş min üç yüz otuz manat 83 qəpik) manat, işsizlikdən sığorta fonduna olan 1043.82 (bir min qırx üç manat 82 qəpik) manat, İcbari Tibbi Sığorta Fonduna olan 3404.74 (üç min dörd yüz dörd manat 74 qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün icra orqanının rəhbəri olan, Cavabdeh (doğulduğu tarix - xx xxxxxx 1970-ci il, doğulduğu yer - Azərbaycan, Bərdə; Dəymədağıldı kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA 1678911) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ziya Abdullayev