Məhkəmə qərarları › İş №e-2(5-121)-622/2026

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(5-121)-622/2026

11.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(5-121)-622/2026 11.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə qarşı “inzibati xəta haqqında qərarların ləğv edilməsi, inzibati orqanın hərəkətsizliyinin qanunsuz sayılması və yol hərəkətinin düzgün təşkil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələblərinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsini göstərib, iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, aşağıdakı məzmunda xahiş etmişdir; “1. EQ32570045 nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta protokolu və həmin protokol əsasında qəbul edilmiş qərar ləğv edilsin.

2. EQ32944577 nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta protokolu və həmin protokol əsasında qəbul edilmiş qərar ləğv edilsin.

3. Hər iki inzibati akt üzrə tətbiq edilmiş cərimələr etibarsız sayılsın.

4. Gəncə şəhər Yol Polisi İdarəsinin hər iki şikayət üzrə cavab verməməsi hərəkətsizlik kimi qanunsuz hesab edilsin.

5. Cavabdeh inzibati orqanın yol hərəkətinin düzgün təşkil edilməsi öhdəliyini icra etmədiyi tanınsın.

6. Cavabdeh inzibati orqanın üzərinə mübahisəli ərazidə yol hərəkətinin düzgün təşkil edilməsi öhdəliyi qoyulsun.

7. İş üzrə məhkəmə xərcləri cavabdehin üzərinə qoyulsun.” Ərizə onunla əsaslandırılmışdır ki, bu iddia Gəncə şəhəri, Fətəli xan Xoyski küçəsində eyni faktiki vəziyyət üzrə iki ayrı tarixdə tərtib edilmiş iki inzibati xəta protokolunun qanunsuzluğu, həmin protokollar üzrə verilmiş şikayətlərə cavab verilməməsi və cavabdeh inzibati orqanın yol hərəkətinin düzgün təşkil edilməsi ilə bağlı idarəetmə borcunu icra etməməsi ilə bağlıdır. xx.xx.2025-ci il tarixində ona məxsus **-EG-*** dövlət qeydiyyat nişanlı Honda İnsight markalı avtomobillə bağlı EQ32570045 nömrəli inzibati xəta protokolu tərtib edilmişdir. X2 Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma qaydalarının pozulması göstərilmişdir. Nəqliyyat vasitəsi yolun hərəkət hissəsində deyil, faktiki olaraq dayanma üçün istifadə olunan sahədə saxlanılmışdır. Həmin ərazi uzun müddətdir dayanacaq kimi istifadə olunur və təqdim edilən foto-materiallardan göründüyü kimi, bələdiyyə tərəfindən həmin sahədə parklanma üçün ödəniş toplanır. Bu hallar tərəfindən verilmiş inzibati şikayətlərdə də göstərilmişdir. Bu protokol üzrə e-polis sistemi vasitəsilə şikayət verilmiş, müraciət BDYPİ tərəfindən tabelik üzrə Gəncə şəhər Yol Polisi İdarəsinə göndərilmişdir. Lakin şikayətə qanunla müəyyən edilmiş müddətdə cavab verilməmişdir. xx.xx.2025-ci il tarixində eyni nəqliyyat vasitəsi və eyni yer üzrə EQ32944577 nömrəli ikinci inzibati xəta protokolu tərtib edilmişdir. Bu protokol üzrə də ayrıca şikayət verilmiş və BDYPİ tərəfindən yenidən Gəncə şəhər Yol Polisi İdarəsinə göndərilmişdir. Lakin ikinci şikayət üzrə də heç bir cavab təqdim edilməmişdir. Beləliklə, iki inzibati akt və iki şikayət mövcud olduğu halda cavabdeh inzibati orqan hər iki halda hərəkətsiz qalmışdır. Təqdim edilmiş foto-materiallar göstərir ki, mübahisəli ərazi uzun müddətdir faktiki dayanacaq kimi istifadə olunur və bələdiyyə tərəfindən parklanma üçün ödəniş toplanır. Yaşayış evlərinin qarşısında dayanma qadağan edilmədiyi üçün sakinlər məcburiyyətdən süni maneələr yaratmışlar və bu da dayanma sahəsinin məhdudlaşdırılmasına gətirib çıxarır. Qadağanedici yol nişanı küçənin digər-boş hissəsinə yerləşdirilmişdir. Tikinti şirkəti tərəfindən səkinin bir hissəsi hasarlanmış və yol sahəsi daraldılmışdır. Lakin cavabdeh inzibati orqan səkinin zəbt olunmasına qarşı tədbir görməmişdir. Küçədə davamlı tıxac mövcud olduğu halda yolun birtərəfli təşkili və digər alternativ hərəkət sxemləri nəzərdən keçirilməmişdir. Yolun əks tərəfi faktiki olaraq boş qalır və alternativ parklanma imkanları araşdırılmır. DYP tərəfindən təqdim edilən fotomateriallar nəqliyyat vasitəsinin qadağan olunmuş zonada saxlanıldığını birmənalı sübut etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14-cü maddəsinə görə inzibati aktın qanuniliyini sübut etmək vəzifəsi həmin aktı qəbul etmiş inzibati orqanın üzərinə düşür. Təqdim edilən foto-materiallarda nəqliyyat vasitəsinin konkret olaraq qadağanedici nişanın təsir zonasında saxlanıldığını göstərən obyektiv göstəricilər mövcud olmadığından, həmin materiallar inzibati məsuliyyət üçün yetərli sübut hesab edilə bilməz. Yol polisi yalnız inzibati cərimə tətbiq edən orqan deyil, həm də yol hərəkətinin təhlükəsiz və səmərəli təşkilinə məsul inzibati qurumdur. Mübahisəli ərazidə səkinin zəbt olunmasına qarşı tədbir görülməməsi, faktiki dayanacaq sahəsinin hüquqi vəziyyətinin aydınlaşdırılmaması, yolun birtərəfli təşkili imkanının araşdırılmaması və alternativ hərəkət sxemlərinin tətbiq edilməməsi inzibati idarəetmənin məqsədəuyğunluq və proporsionallıq prinsiplərinə ziddir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə şəxsin inzibati xəta törətməsi ilə bağlı tətbiq edilmiş inzibati cərimənin ləğv edilməsi ilə bağlı olduğundan və bu məsələyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddia ərizəsi geri qaytarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə,

QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə qarşı “inzibati xəta haqqında qərarların ləğv edilməsi, inzibati orqanın hərəkətsizliyinin qanunsuz sayılması və yol hərəkətinin düzgün təşkil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələblərinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar