Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № e-2(5-125)-58/2026 25.02.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Hacıqabul rayon Notariat Ofisi və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması” tələbi barədə iddia ərizəsinin məhkəmənin inzibati binasında hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Hacıqabul rayon Notariat Ofisi və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2026-cı il tarixdə məhkəməyə müraciət edərək Hacıqabul rayon Notariat Ofisində bağlanılmış xx.xx.2025-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanmasına dair” 4Ə-7 reyestr nömrəli müqavilə etibarsız hesab olunması və bağışlanma müqaviləsi əsasında əldə edilmiş xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2026-cı il tarixdə verilmiş AZ İİ seriyalı, 501232 saylı ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2026-cı il tarixdə beyin infarktı səbəbilə vəfat etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Həmin Məcəllənin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, 261.0.7-ci maddəyə görə isə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən Məcəllənin 261.0.1-ci və ya 261.0.8ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra İddiaçı ölmüş olduğundan, ölmüş şəxs isə hər hansı iş üzrə iddiaçı şəxs qismində iştirak edə bilmədiyindən, hazırkı iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. Habelə mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermir. Buna görə də, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Hacıqabul rayon Notariat Ofisi və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair Hacıqabul Rayon Məhkəməsinin icraatında olan e-2(5-125)-58/2026 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(5-125)-58/2026
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-125)-58/2026
25.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver