Məhkəmə qərarları › İş №e-2(5-134)-19/2026

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-134)-19/2026

10.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(5-134)-19/2026 10.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Muxtarov Muxtar Arif oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Kürdəmir regional “ASAN Xidmət” mərkəzi, qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi nümayəndəsi və vəkili Vəkil xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X9 xx.xx.2010-cu il tarixdə ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil əlavə ərizə verərək iddia tələbini dəyişdirərək xx.xx.2007-ci il təvəllüdlü X9 xx.xx.2010-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəsini müdafiə edərək izahatında bildirdi ki, Ərizəçi xx.xx.2009-cu il təvəllüdlü oğlu Adəm Həsənovun polis akademiyasına sənəd qəbulu ilə bağlı Kürdəmir regional “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsindən ailə üzvləri ilə bağlı arayış götürmək üçün müraciət etmiş və həmin arayışda xx.xx.2010-cu il tarixdə vəfat etmiş qızı X9 doğum tarixi göstərilsə də ölümü barədə heç bir məlumat qeyd edilməmişdir. Yəni müraciət zamanı məlum olmuşdur ki, mərhum X6 ölüm faktının müəyyən olunması barədə hər hansı bir sənəd və ya məhkəmə aktı təqdim olunmamışdır. Bundan sonra ərizəçi Kürdəmir regional “ASAN Xidmət” mərkəzinnin X2 dövlət qeydiyyatı şöbəsinə xx.xx.2010-cu il tarixdə Kürdəmir rayonunda vəfat etmiş X9 ölümünün qeydə alınması ilə bağlı müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınmasının mümkün olmadığını və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizəçinin qızı X14 xx.xx.2007-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, anadangəlmə “Beyin iflici” xəstəliyi ilə doğulmuş və həmin xəstəlikdən xx.xx.2010-cu il tarixdə vəfat etmiş və Kürdəmir rayon qəbirstanlığında dəfn edilmişdir. Ərizəçinin oğlu Adəm Həsənovun sənədlərini polis akademiyasına verməklə bağlı ailə tərkibi haqqında arayış tələb olunduğu üçün və həmin arayışda xx.xx.2007-ci il təvəllüdlü X9 xx.xx.2010-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qızının ölüm haqqında şəhadətnaməsini tələb edirlər.Buna görə ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil bildirdiklərini təsdiq edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə maraqlı şəxs Kürdəmir regional “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır. Qardaşının oğlu polis akademiyasına sənəd vermişdir. Buna görə də qardaşına ailə tərkibi haqqında arayış lazımdır. Qardaşı Ərizəçi qızı Həsənli Aysu təxminən 3 yaşında xəstəlik səbəbindən ölmüş, onun dəfinində iştirak etmişdir və Kürdəmir qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində göstərdi ki, X23 xx.xx.2007-ci ildə andan olmuşdur, 2 yaş 7 aylıq olanda vəfat etmişdir. X23 xəstə olmuş, onun ölməsi ilə bağlı heç bir yerə məlumat verməmişlər, Kürdəmir qəbirstanlığında dəfn etmişlər. İş materiallarında olan Kürdəmir regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 05/1299 nömrəli arayışdan görünür ki, X12 06 avqust 2007-ci il tarixdə anadan olmuşdur. Bu barədə 05 fevral 2010-cu il tarixdə Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən 140 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası:Ərizəçi, Anası:X5r. xx.xx.2007-ci il təvəllüdlü X6 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "X4 Sistemində" bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. - Kürdəmir regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 05/09İS/154543-25 nömrəli arayışından görünür ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X10 aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir: 1.Atası: Ərizəçi (xx.xx.1984). 2. Anası: X8 (xx.xx.1988). 3. Bacısı: X11 (xx.xx.2007). 4. Qardaşı: X13 (xx.xx.2020). Məhkəmə ərizəçinin, onun nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2007-ci il tarixdə anadan olmuş X14 xx.xx.2010-cu il tarixdə ölmüş, Kürdəmir şəhər qəbristanlığında dəfn edilmişlər. X3 ölümü haqqında şəhadətnamə alınmadığından, ailə tərkibi haqqında arayışda X9 ölməsi faktı qeyd edilməmişdir. xx.xx.2007-ci il tarixdə anadan olmuş X9 xx.xx.2010-cu il tarixdə ölməsi və Kürdəmir şəhər qəbirstanlığında dəfn edilməsi dindirilmiş şahidlərin ifadələri və işdə olan sənədlərlə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X2 dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndində qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən X2 dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, X2 dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2007-ci il tarixdə anadan olmuş X9 xx.xx.2010-cu il tarixdə Kürdəmir şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,227,233,305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X9 xx.xx.2010-cu il tarixdə, Kürdəmir şəhərində ölməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Muxtar Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar