Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(5-137)-182/2026 19.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi X1 rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-5/2025 saylı icra sənədi üzrə borclu İddiaçı nümayəndəsi Nümayəndə «icra sənədi üzrə icraatın dayandırılması haqqında» ərizəsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşdə olan Qəbələ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-5/2025 saylı icra sənədinə əsasən iddiaçı X2 məxsus olan Qəbələ rayonunun Hacalı kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN 197F saylı planda sərhədləri göstərilən 0,16 həyətyanı torpaq sahəsinin AR ƏM DK DƏKÜRX tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-2894/2024 saylı mütəxəssis rəyinə əlavə edilmiş 5 nömrəli Planda ardıcıl olaraq 1;2;3;4 rəqəmləri ilə işarələnmiş 0,0020 ha ərazisi cavabdeh İddiaçı qanunsuz sahibliyindən azad edilib onun özünə qaytarılmalı və istifadəsinə törədilən maneçilik aradan qaldırılmalıdır. Borclu İddiaçı nümayəndəsi Nümayəndə ərizə verib Qəbələ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-5/2025 saylı icra sənədi üzrə tələbkar X2 qarşı “Torpağın mülkiyyətə verilməsinə dair” JN 197F şəhadətnamənin qismən ləğv edilməsi tələbi barədə Şəki İnzibati Məhkəməsində yeni iddia qaldırıldığını və həmin tələbin Qəbələ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-5/2025 saylı icra sənədi üzrə tələblə bağlı olduğunu göstərərək icraatın dayandırılmasını xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılması haqqında və ya ona xitam verilməsi haqqında məsələlərə icra məmurunun təqdimtı əsasında AR MPM-nin 231-ci madəsində nəzərdə tutulmuş qaydada baxılır və təqdimatın təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarılır. AR MPM-nin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılır. Məhkəmə hesab edir ki, Qəbələ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-5/2025 saylı icra sənədi üzrə borclu İddiaçı icra sənədi üzrə icraatın dayandırılması haqqında ərizə vermək səlahiyyəti olmadığından nümayəndə onun nümayəndəsi Nümayəndə «icra sənədi üzrə icraatın dayandırılması haqqında» ərizəsi geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 266,267,268ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Qəbələ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-5/2025 saylı icra sənədi üzrə borclu İddiaçı nümayəndəsi Nümayəndə «icra sənədi üzrə icraatın dayandırılması haqqında» ərizəsi geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(5-137)-182/2026
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-137)-182/2026
19.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver