Məhkəmə qərarları › İş №e-2(5-137)-45/2026

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-137)-45/2026

17.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(5-137)-45/2026 17.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Abbaszadə Nərgiz Mirzəli qızının sədrliyi, Məhkəmə iclasının katibi İsayeva Elvina Allahverdi qızının katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə. İddiaçı Niyazi qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,46 hektar torpaq sahəsindən payların naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Niyazi qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0.46 ha torpaq sahəsindən 1/3 hissədə payın naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsi icraata qəbul edilərək, müvafiq prosessual hərəkətlər edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki e-2(5-137)-45/2026 nömrəli mülki iş həmin Məhkəmənin icraatında olan (hakim Abbas Əliyev) iddiaçı Cavabdeh1 “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə eyni növlü, eləcədə eyni tərəflərin, eyni tələbi bir-birilərinə qarşı olduğundan, hazırki mülki iş, həmin işə birləşdirilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə icraatın birləşməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh1 icraatın birləşməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh2 icraatın birləşməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(025)-1686/2025 mülki iş məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. İddiaçı Niyazi qızının iddia tələbi üzrə e-2(5-137)- 45/2026 nömrəli mülki iş isə xx.xx.2026-cı il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Niyazi qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0.46 hektar torpaq sahəsindən 1/3 hissədə payın naturada ayrılaraq ona verilməsi“ tələbinə dair hazırki e-2(5-137)-45/2026 nömrəli mülki iş həmin Məhkəmənin icraatında olan (hakim Abbas Əliyev) iddiaçı Cavabdeh1 “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə eyni növlü, eləcədə eyni tərəflərin, eyni tələbli bir-birilərinə qarşı olduğundan, hazırki mülki iş, həmin işə birləşdirilməli, hər iki mülki iş e-2(025)-1686/2025 nömrəli mülki işin qeydiyyat nömrəsində baxılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263- 264-cüvə 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Niyazi qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0.46 hektar torpaq sahəsindən 1/3 hissədə payın naturada ayrılaraq ona verilməsi tələbinə dair mülki iş məhkəmə baxışına verilsin. Qəbələ Rayon Məhkəməsinin icraatında İddiaçı Niyazi qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0.46 ha torpaq sahəsindən 1/3 hissədə payın naturada ayrılaraq ona verilməsi tələbinə dair iddia ərizəsi üzrə e-2(5-137)-45/2026 nömrəli qeydiyyat nömrəsində olan mülki iş həmin Məhkəmənin icraatında olan (hakim Abbas Əliyev) iddiaçı Cavabdeh1 “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(025)- 1686/2025 nömrəli qeydiyyat nömrəsində olan mülki işə birləşdirilsin, birləşdirilmiş iş üzrə e- 2(025)-1686/2025 qeydiyyat nömrəsi saxlanılsın. e-2(5-137)-45/2026 saylı mülki iş üzrə məhkəmə baxışına xitam verilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Nərgiz Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar