Azərbaycan Respublikası adından Qətnamə Lənkəran şəhəri İş № e-2(5-144)-264/2026 16.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSI Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi və iddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Məmmədov İsrafil Arif oğluna qarşı «pul tələbinə» dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədov İsrafil Arif oğluna verilmiş malların dəyəri olan 604.00 manat borc məbləğinin, uçot faiz borcu üzrə 30,00 manat, 100 manat əldən çıxmış faydanı və ödənilmiş 30,40 manat dövlət rusumu olmaqla, ümumilikdə 764,40 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, Lənkəran şəhəri Gərmətük qəsəbə ərazisində mülkiyyətində olan mağazada avtomobil ehtiyyat hissələrinin alqısatqısı ilə məşğuldur. Əvvələr tanıdığı və mağazada əvvəlki tarixdə ehtiyyat hissələrini idarə etdiyi maşını üçün alan Cavabdeh Məmmədov İsrafil Arif oğlu ##.##.2025-ci il tarixində mağazaya yaxınlaşaraq ondan borc müqabilində ehtiyyat hissələrini almaq istəmişdir. O, cavabdehə aldığı ehtiyyat hissələrin nə vaxta qaytaracağını soruşmuşdur. Cavabdeh Məmmədov İsrafil uzağı 10 gün müddətində qaytaracağını bildirmişdir. O da razılaşaraq aşığıda göstərilən ehtiyyat hissələrini ona təqdim etmişdir. İsrafil Əhmədov bu malları mağazadan almışdır: 1)Opel Astra II mühərrik üçün sep diski-85 manat, 2) Mühərrik üçün qalovka prklatkası-30 manat, 3)Mühərrik üçün üst qapağın prklatkası-20 manat, 4) Vitores germetika -8,0 manat, 5) Mühərrik padoşkası-40,00 manat, 6) mühərrik üçün yağ fiteri-5,00 manat , 7)Mühərrik üçün yağ dinamic 4 h-35,00 manat, 8)Hava filteri- 6.00 manat, 9)F1 mühərrik nasosunu yuyan 2 ədəd-5,00 manat, 10)mühərrik klaçok və stəkanı 32 ədəd -256,00 manat, 11)Mühərrikin yağ datçiki-12,00 manat, 12)Mühərrik üçün klapan salniki 16 ədəd -16,00 manat, 13) Antifiriz 5 İt-18 manat, 14) Mühərrik kitabçası və onun prklatkası 55,00 manat, 15) Yanacaq filteri-6,00 manat, 16) rasvaritel 23 ədəd-7,00 manat. Ümumilikdə 604,00 manat məbləğində ehtiyyat hissələri almış və bunu “Whatsapp” yazışma sisteminə atılmış səs yazılarında qeyd etmişdir. Məmmədov İsrafilə dəfələrlə zəng edib borcunu tələb edəndə müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınmışdır. Hətta onun dayısı oğlu olan Elşən Həsənovda ona borcun qaytarılmasını tələb etmişdir. Lakin borclu ona da bəhanələrlə borcun ödənilməsini gecikdirmişdir. Cavabdeh borcunun olmasını etiraf etmiş və göndərdiyi səs yazıları ilə bunun sədası kimi məhkəmədə öz əksini tapacaqdır. Son zamanlar cavabdeh onun zənglərinə cavab vermir və o artıq cavabdehin borcun ödəməyəcəyini başa düşmüşdür. Məcburiyyət qarşısında qalıb borcunu almaqdan ötrü qanunla müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olara bildirmişdi ki, cavabdeh ona yaxınlaşıb avtomobilin ehtiyyat hissələrini istəmişdir. Cavabdeh ona demişdir ki, yaxın zamanda uşağının toyu olacaq və bunun əsasında avtomobil ehtiyyat hissələrinin pulunu ona verəcəkdir. O, bununla razılaşdı və Bakı şəhərində ehtiyyat hissələri satan şəxsə müraciət edib ehtiyyat hissələrini almışdır.Həmin ehtiyyat hissələrini o cavabdehə vermiş, qarşılığında isə cavabdeh pulu toy bitdikdən sonra ona verəcəyini bildirmişdir. Bununla bağlı səs yazıları mövcuddur. Cavabdeh uzun müddət pulu ödəmək öhdəliyindən boyun qaçırmışdır. Cavabdehə onun qohumu Elşəndə dəfələrlə zəng etmişdir. Cavabdehə dəfələrlə zəng etməyinə baxmayaraq cavabdeh pulu ödəməmişdir.Cavabdeh son dəfə pulu Zəfər bayramından sonra ödəyəcəyini bildirmiş, lakin buna da əməl etməmişdir. Həmin vaxtdan etibarən onunla əlaqə saxlamamışdır. Məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh Məmmədov İsrafil Arif oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş CD diskdə olan ”Whatsapp” tətbiqində qeydə alınmış səsyazmalardan görünür ki, cavabdehin iddiaçıya borcunun olması həmin səsyazmalar vasitəsi ilə təsdiqləmişdir. Bu danışıqlar “+994-99-331-31-21” sayılı telefon nömrəsinə unvanlanmış ”Whatsapp” səhifəsində öz əksini tapmışdır. “Elektron Məhkəmə” informasiya sistemində keçirilmiş sorğu zamanı “+994-99-331- 31-21” sayılı telefon nömrəsinin həqiqətəndə məhkəmə işində cavabdeh qismində çıxış edən Məmmədov İsrafil Arif oğluna məxsus olduğu müəyyən edilmişdir. Məhkəmə izahatlara, iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan, iddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş CD diskdə olan video materiala məhkəmə iclasında baxış keçirilərək, tədqiq edilən zaman müəyyən edildi ki, həmin video mobil telefonun ekranından (video screen recorder) qeydə alınmışdır. Mobil telefonda olan “whatsapp” ani mesajlaşma sistemində iki şəxsin arasında həm yazışma, həm də səsli mesajlaşma aparılır. Videonu qeydə alan şəxsin səsli mesaj göndərdiyi digər şəxs (“İsi Resad Vale” kimi qeydə alınmış) şəxslə aralarında 604 manat borcun qaytarılması əlaqədar danışıqlar aparılır. İlk tərəf danışıqlarda qarşı tərəfə müxtəlif tarixlərdə həmin vəsaitin ona qaytarılmasını tələb edir, qarşı tərəf də pulu qaytaracağına dair vədlər verir. İddia tələbindən görünür ki, tərəflər arasında yaranmış mübahisə pulun iddiaçıya verilməməsindəm irəli gəlir ki, bu tələbi qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 575.2-ci maddəsinə əsasən, satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. 578.1.-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 580.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında avtomobil ehtiyyat hissələrinə dair alğı-satqı olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya həmin alğı-satqı ilə əlaqadar 604 manat ödənilməlidir. Lakin cavabdeh həmin pulu ödəməkdən yayınmışdır. Cavabdeh tərəfindən həmin pul vəsaitinin iddiaçıya verilməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlardan müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə avtomobil ehtiyyat hissələri verilsə də cavabdeh öhdəliyinə götürdüyü pul vəsaiti ödəməmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il ## ###### tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Məmmədov İsrafil Arif oğlundan 604 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Məhkəmə, iddia tələbinin faiz borcu və əldən çıxmış fayda tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin həmin hissədə əsaslandırılması ilə əlaqədar iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Belə ki, Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.” Qeyd edilənlərə əsasən, məhkəmə iddia tələbini faiz borcu və əldən çıxmış fayda tələbinə dair hissəsində əsaslı hesab etmir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehdən alınmalıdır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Məmmədov İsrafil Arif oğlundan 604,00 (altı yüz dörd) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(5-144)-264/2026
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-144)-264/2026
16.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver