Məhkəmə qərarları › İş №e-2(5-144)-713/2026

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-144)-713/2026

02.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(5-144)-713/2026 02.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «şərtlə bağışlanmış hədiyyənin geri qaytarılması» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «şərtlə bağışlanmış hədiyyənin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən cavabdehlərlərə şərtlə hədiyyə edilmiş Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsində yerləşən evin tam həcmdə onun mülkiyyətinə geri qaytarılması və daşınmaz əmlak üzərində cavabdehlərin mülkiyyət hüquqlarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, oğlu Cavabdeh1 və gəlini Cavabdeh2 xx.xx.2019-cu il tarixində Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzinin müvafiq qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Nikah münasibətlərinin başlanğıc mərhələsində tərəflər arasında ailə-məişət zəminində müəyyən narazılıqlar yaranmış, həmin narazılıqların əsas səbəblərindən biri kimi yaşayış şəraitinin qeyri-kafi olması göstərilmişdir. Cavabdehlər tərəfindən ona bildirildiyinə görə, daha geniş yaşayış sahəsinin təmin edilməsi ailə münasibətlərinin normallaşmasına və birliyin möhkəmlənməsinə müsbət təsir göstərəcək. Oğlunun quracağı ailənin dağılmasının qarşısının alınması, ailə birliyinin qorunması və mehriban münasibətlərin davamlılığının təmin edilməsi məqsədilə, həmçinin valideyn olaraq övladına maddi və mənəvi dəstək göstərmək niyyəti ilə tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak satılmışdır. Sözügedən satış xx.xx.2019-cu il tarixli müvafiq müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakını satdıqdan 2 gün sonra, həmin satışdan əldə etdiyi vəsaitə əlavə olaraq şəxsi maliyyə vəsaitindən də istifadə etməklə, oğlu Cavabdeh1 və gəlini Cavabdeh2 ailə ehtiyaclarının ödənilməsi üçün Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsində yerləşən yaşayış evini oğlumun adına olmaqla almışam. Oğlu özü də bu faktı inkar etmir. Qeyd edilməlidir ki, sözügedən əmlakı alan zaman oğlu və gəlininə açıq və birmənalı şəkildə tərəfindən şərt irəli sürülmüşdür. Belə ki, hədiyyənin verilməsi oğlu və gəlini tərəfindən ailə birliyinin qorunması, birgə yaşayışın davam etdirilməsi, nikah münasibətlərinə xitam verilməməsi və ailənin dağılmaması öhdəliyi ilə bağlı olmuşdur. Həmin şərt bağışlamanın əsas motivini və hüquqi mahiyyətini təşkil etmişdir. Lakin hazırda tərəflər hədiyyənin verilməsinə əsas olan bu mühüm şərti pozmuş, faktiki olaraq ayrı-ayrı yaşayış sürməyə başlamış və ailə münasibətlərinə son qoymaq niyyətlərini açıq şəkildə ifadə etmişlər. Bunun bariz sübutu kimi, onların nikahının pozulması tələbinə dair Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-7334/2025 nömrəli mülki iş göstərilə bilər. Beləliklə, hədiyyənin verilməsinə əsas verən məqsəd və şərtlər tam şəkildə aradan qalxmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin bağışlama münasibətlərini tənzimləyən normalarına uyğun olaraq, bağışlama müəyyən şərtlərlə həyata keçirilmiş və həmin şərtlərin yerinə yetirilməməsi bağışlayan şəxsə hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanı yaradır. Bu səbəbdən o, mübahisənin məhkəmə qaydasında həlli üçün iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin ərizə xx.xx.2026-cı il tarixdə “X1” vasitəsi ilə məhkəmənin icraatına daxil olmuş, e-2(5-144)-713/2026 nömrə ilə qeydə alınmışdır. İddiaçı xx.xx.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə aralarında barışıq əldə edildiyi üçün həmin iş üzrə iddia ərizəsini və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki ərizə iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülənə kimi verildiyindən məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər MPM-nin 152.1.9-cu maddəsinə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.9, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «şərtlə bağışlanmış hədiyyənin geri qaytarılması» tələbi barədə verdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar