Məhkəmə qərarları › İş №e-2(5-144)-891/2026

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-144)-891/2026

18.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərardad Lənkəran şəhəri İş № e-2(5-144)-891/2026 18.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSI Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı su təchizatı xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh su təchizatı xidmətlərindən istifadəyə görə yaranmış 272 manat borcun (abonent kodu: 6209200100160 tutularaq “X1 Xidməti” PHŞ-in hesabına ödənilməsinə dair q qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının vəsatəti qismən təmin edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılaraq, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması” adlanan 170-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı su təchizatı xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılmaqla, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar