Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(5-152)-509/2026 06.03.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan Rayon Məhkəməsinin hakimi Kələntərov Şahəddin Əhməd oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı TP7847617 nömrəli inzibati qərar və İXP7839110 nömrəli inzibati xəta haqqında protokolun qanunsuz və əsassız hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı TP7847617 nömrəli inzibati qərar və İXP7839110 nömrəli inzibati xəta haqqında protokolun qanunsuz və əsassız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələblərinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş edilmiş sənədlər rəsmi qaydada iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Hazırki halda iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı TP7847617 nömrəli inzibati qərar və İXP7839110 nömrəli inzibati xəta haqqında protokolun qanunsuz və əsassız hesab edilməsi tələbi ilə iddia ərizəsi formasında məhkəmə müraciət etmiş, həmin iddia ərizəsi məhkəməyə iddia icraatı formasında daxil edilmişdir. Ərizənin məzmunundan isə aydın olur ki, ərizəçi inzibati məsuliyyətə cəlb olunması ilə bağlı qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə bildirir ki, inzibati orqanın inzibati məsuliyyətə cəlb etmək haqqında qərarından şikayətə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə izah edir ki, bu halda ərizəçi inzibati orqanın inzibati məsuliyyətə cəlb etmək haqqında qərarından iddiaçı qismində deyil, qərardan “şikayət verən şəxs”, “ərizəçi” qismində inzibati xəta haqqında haqqında iş üzrə qəbul edilmiş qərardan Salyan Rayon Məhkəməsinə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla məhkəmə ərizəni qəbul etməkdən imtina edirsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, iddia ərizəsinin qəbul olunmasından imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər rəsmi qaydada iddiaçılara verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı TP7847617 nömrəli inzibati qərar və İXP7839110 nömrəli inzibati xəta haqqında protokolun qanunsuz və əsassız hesab edilməsi tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər rəsmi qaydada iddiaçıya verilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə şikayət verilə bilər. Hakim: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №e-2(5-152)-509/2026
Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-152)-509/2026
06.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver