Məhkəmə qərarları › İş №e-2(5-154)-84/2026

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-154)-84/2026

13.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № e-2(5-154)-84/2026 13.02.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, iddiaçı X1 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı “borcun cavabdehlərin miras paylarına mütənasib şəkildə miras əmlakı hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı X2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı “borcun cavabdehlərin miras paylarına mütənasib şəkildə miras əmlakı hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş iddiaçı X2 ilə miras qoyan X3 arasında bağlanmış 28 aprel 2023-cü il tarixli kredit müqaviləsinin 1, 2 və 7-ci bəndlərinə əsasən, borcverən borcalana 21 000 manat məbləğində pulu borc verməklə, bu borcun 28 aprel 2025-ci il tarixədək qaytarılması, habelə, onlar ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borcun notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınması şərti ilə razılaşmışlar. Bununla belə, İddiaçıyev borclulara icra qeydinin aparılacağı barədə yazılı bildiriş göndərməsinə baxmayaraq, qanunla müəyyən edilmiş müddətdən sonra mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənədi, yəni 28 aprel 2023-cü il tarixli kredit müqaviləsinin 7-ci bəndinə müvafiq olaraq, yaranmış borcun icra qeydi əsasında mübahisəsiz qaydada cavabdehlərdən alınması üçün notariat orqanına müraciət etməsini və notariat orqanı tərəfindən icra qeydi verilməsindən imtina edilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Sözügedən Məcəllənin 150.0.5-ci maddəsinə əsasən, iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər əlavə edilir. Bu Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, iddiaçı mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənədi, yəni 28 aprel 2023-cü il tarixli kredit müqaviləsinin 7-ci bəndində nəzərdə tutulmuş qaydada, yaranmış borcun icra qeydi əsasında mübahisəsiz qaydada cavabdehlərdən alınması üçün notariat orqanına müraciət etməsini və notariat orqanı tərəfindən icra qeydi verilməsindən imtina edilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etmədiyindən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Odur ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş 153 manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı X1 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı “borcun cavabdehlərin miras paylarına mütənasib şəkildə miras əmlakı hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və ödənilmiş 153 (bir yüz əlli üç) manat dövlət rüsumu ilə birgə icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar