Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(5-157)-103/2026 26.01.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlu, İddiaçı Cavabdehnə qarşı “qaz xəttinin kənarlaşdırılması və təhlükəsiz məsafəyə köçürülməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin üzərinə, ona məxsus qaz xəttinin İddiaçı məxsus Şamaxı-Pirquqlu yolunun sol hissəsində, şəhərin çıxışında 185 m² sahədə plastik qapı-pəncərə istehsalı üçün sexdən daşınmaz əmlak obyektindən kənarlaşdırılması və təhlükəsiz məsafəyə köçürülməsi barədə öhdəlik qoyulması, hüquqi yardıma görə ödənilmiş 350 AZN və 100 AZN dövlət rüsumu, cəmi 450 AZN olmaqla Cavabdeh İB-dən tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, iddiaçı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iş üzrə dövlət rüsumu Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra, ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra, yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da, iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı tərəfindən xx.xx.2026-cı il tarixdə ödənilmiş (mədaxil qəbzi № ********** olan, əməliyyat nömrəsi ********* olan) 100 manat rüsum İddiaçı qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı “qaz xəttinin kənarlaşdırılması və təhlükəsiz məsafəyə köçürülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2026-cı il tarixdə ödənilmiş (mədaxil qəbzi № **********, əməliyyat nömrəsi ********* olan) 100 manat rüsum İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №e-2(5-157)-103/2026
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-157)-103/2026
26.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver