Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(5-158)-482/2026 16.03.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Mövlayev Azər Aydın oğlu İddiaçı İsgəndər oğlunun Cavabdeh qarşı manelərin aradan qaldırılması həmin torpaq sahəsinə girişinə qadağa qoyulması və rüsum ” tələbi . MÜƏYYƏNETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Samsonovanln mülkiyyətində plan Oğuz şəhərində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən məcburi çlxarılması, onun qanunsuz hərəkətlərinə son qoyulması, tərəfindən olan manelərin aradan qaldırılması, həmin torpaq sahəsinə girişinə qadağa qoyulması, həmçinin müqavilə əsasında vəkilə ödənilmiş 300 (üç yüz) manatın və dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edlməsini xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPM-nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini geri qaytarılmalıdır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də borc haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. İş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh Samsonova qeydiyyat ünvanı Oğuz şəhəri Heydər Əliyev küçəsi, 114-dür. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Samsonovanln mülkiyyətində olan Oğuz şəhərində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən məcburi çlxarılması ,onun qanunsuz hərəkətlərinə son qoyulması ,tərəfindən olan manelərin aradan qaldırılması ,həmin torpaq sahəsinə girişinə qadağa qoyulması ,həmçinin müqavilə əsasında vəkilə ödənilmiş 300(üç yüz) manatın və dövlət büdcəsinə ödənilmiş 100(bir yüz) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsini xahiş etsə də, Cavabdeh qeydiyyatda olduğu yerin Oğuz şəhəri, Heydər Əliyev prospekti, olduğu müəyyən edilir. İddiaçıya hazırkı tələbi ilə bağlı Şəki Rayon Məhkəməsinə deyil, cavabdehin qeydiyyat ünvanı olaraq müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etməsi tövsiyə olunur. Ona görə də iddia ərizəsi Cavabdeh Oğuz qeydiyyat ünvanı üzrə müvafiq rayon (şəhər) məhkəməsinə göndərilmək əvəzinə aidiyyət qaydaları pozularaq Şəki Rayon Məhkəməsinə göndərildiyindən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələri rəhbər tutularaq qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İddiaçı İsgəndər oğlu cavabdeh X1rşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı İsgəndər oğluna qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Azər Mövlayev
Məhkəmə qərarları › İş №e-2(5-158)-482/2026
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-158)-482/2026
16.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver