Məhkəmə qərarları › İş №e-2(5-158)-67/2026

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-158)-67/2026

12.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(5-158)-67/2026 12.03.2026 ŞƏKI RAYON MƏHKƏMƏSI Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Məmmədli Nurhan İlham oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı İlqar oğlunun cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı İddiaçı İlqar oğlu cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri Sarabski kücəsi ev-50 ünvanda qeydiyyatda olan Cavabdeh 1150 (bir min yüz əlli) manat borc pulunun, 31 manat 50 qəpik məhkəmə rüsumunun, həmçinin hüquqi yardıma görə ödədiyi 220 (iki yüz iyirmi) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, minik maşınların elektrik ustasıdır. Cavabdeh onun yanında usta şagird kimi işləyirdi. Ona bildirdi ki, usta kömək elə təcili 1200 manat borc pul lazımdı bir həftəyə qaytaracaq. Ona inanaraq ##.##.2025-ci il tarixdə PaşaPay MMC-nin Milion electron ödəmə sistemi Terminalından ona onun Kapital Bank kartına 1200 manat pulu ödəmişdir. Həmin tarixdən bu günə qədər beş aya qədər vaxt kecməsinə baxmayaraq cavabdeh ona bir dəfə cəmi 50 manat pul ödəyib qalan 1150 manat pulu dəfələrlə tələb etməyinə baxmayaraq ödəməkdən imtina edir. İddiaçı cavabdehdən pulunu ala bilmədiyinə görə məcbur olub hüquqi yardımla bağlı vəkilə müraciət edərək məhkəmə və hüquqi yardım üçün müəyyən edilmiş ödənişləri ödəyərək məhkəmədə hazırkı iddianı qaldırmalı olmuşdur. İddia tələbinə qarşı yazılı etirazın dəlilləri: Cavabdeh elektron poçt vasitəsilə iddia ərizəsinə münasibət bildirmişdir. Ərizədə qeyd edilmişdir ki, məhkəmə iclasının keçiriləcəyi tarixdə uzaq yerdə olduğu üçün iclasda şəxsən iştirak etmək imkanı yoxdur. Maddi vəziyyətinin çətin olması səbəbindən iddia edilən məbləği bir dəfəyə ödəmək imkanı yoxdur. Buna görə hörmətli məhkəmədən xahiş edir ki, borcun ayda 50 (əlli) manat olmaqla hissə-hissə ödənilməsinə icazə verilsin. Borcun ödənilməsindən imtina etmir və imkanı daxilində mütəmadi olaraq ödəməyə hazırdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - ## ###### 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı İlqar oğlu 1200 manat məbləğində pul vəsaitini Cavabdeh kart hesabına köçürmüşdür. - ##.##.2026-cı il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı Şəki Regional Vəkil Bürosuna 200 manat məbləğində ödəniş etmişdir. - ##.##.2026-cı il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı Şəki Regional Vəkil Bürosuna 20.50 manat məbləğində ödəniş etmişdir. - ##.##.2026-cı il tarixli Şəki Regional Vəkil Bürosunun arayışından görünür ki, vətəndaş İddiaçı İlqar oğlu vəkil Nümayəndə ilə bağladığı ##.##.2026-cı il tarixli, EO- ***VK-****/** saylı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilənin şərtlərinə əsasən vəkilə göstərəcəyi xidmət müqabilində Şəki Regional Vəkil Bürosunun bank hesabına 200 manat və order markası üçün 20.50 manat ödəniş etmişdir. - ##.##.2026-cı il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 31,50 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Hazırkı işdə Mülki Məcəllənin 739.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan borc müqaviləsindən göründüyü kimi ##.##.2025-ci il tarixdə İddiaçı İlqar oğlu 1200 manat məbləğində pul vəsaitini qaytarmaq şərti ilə Cavabdeh vermişdir. İddiaçı İddiaçı İlqar oğlu tərəfindən cavabdeh Cavabdeh borc məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmişdir. Bu səbəbdən də iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən 31,50 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh 1150 (min yüz əlli) manat pul və 31,50 (otuz bir manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi və hüquqi yardım üçün ödədiyi 220 (iki yüz iyirmi) manat tutularaq iddiaçı İddiaçı İlqar oğluna ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar