Məhkəmə qərarları › İş №e-2(5-162)-194/2026

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-162)-194/2026

23.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(5-162)-194/2026 23.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Cavabdeh olmaqla ölkədən getmək hüququnun müvəqqəti məhudlaşdırılması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 477 (dörd yüz yetmiş yeddi) manat 31 (otuz bir) qəpik, Dövlət Sosial Müdafiə Fonduna 34453 (otuz dörd min dörd yüz əlli üç) manat 60 (altmış) qəpik, İcbari Tibbi Sığorta Fonduna olan 2277 (iki min iki yüz yetmiş yeddi) manat 38 (otuz səkkiz) qəpik məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri Cavabdeh barəsində (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Baş İdarənin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iştirakları olmadan işə baxılmasını və maraqlı şəxs barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin ərizəsini nəzərə alaraq iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2026-cı il tarixə vergi ödəyicisi olan Tərtər rayon Mamırlı Bələdiyyəsinin (VOEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 477 (dörd yüz yetmiş yeddi) manat 31 (otuz bir) qəpik, Dövlət Sosial Müdafiə Fonduna 34453 (otuz dörd min dörd yüz əlli üç) manat 60 (altmış) qəpik, İcbari Tibbi Sığorta Fonduna olan 2277 (iki min iki yüz yetmiş yeddi) manat 38 (otuz səkkiz) qəpik borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********573000, xx.xx.2025-ci il tarixli **********444400, xx.xx.2025-ci il tarixli **********091000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyəcisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, Cavabdeh tərəfindən 477 (dörd yüz yetmiş yeddi) manat 31 (otuz bir) qəpik, Dövlət Sosial Müdafiə Fonduna 34453 (otuz dörd min dörd yüz əlli üç) manat 60 (altmış) qəpik, İcbari Tibbi Sığorta Fonduna olan 2277 (iki min iki yüz yetmiş yeddi) manat 38 (otuz səkkiz) qəpik məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri Cavabdeh barəsində (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi- xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs qismində məhkəməyə çağırılmış Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM- nin 185.5 maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan hüquqi şəxs haqqında məlumatın surətindən görünür ki, Cavabdeh Tərtər rayon Mamırlı Bələdiyyəsinin rəhbəridir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi tərəfindən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xx.xx.2025-ci il tarixli 3-21-2-8/2-38107/2025 nömrəli xəbərdarlığın surətindən görünür ki, xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Tərtər rayon Mamırlı Bələdiyyəsinin (VOEN:**********) ümumilikdə 38583,50 manat, o cümlədən vergilər üzrə 477,33 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 35725,32 manat, icbari tibbi sığorta haqqı üzrə 2380,85 manat, ümumilikdə 38583,50 manat borcu vardır. Borcun 15 gün müddətində ödənilməsi tələb olunmuşdur. Əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli **********4 saylı, xx.xx.2026-cı il tarixli **********6 nömrəli vergi borcunun ödənilməsinə dair bildirişlərin surətlərindən görünür ki, Tərtər rayon Mamırlı bələdiyyəsinə Vegi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən borclarını 5 gün müdətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Mülki-Prosessual Məcəllənin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Tərtər Rayon Mamırlı Bələdiyyəsinin sədri Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1983-cü il tarixdə Tərtər rayonunda doğulmuş və Tərtər rayon İrəvanlı kəndində yaşayan (Tərtər rayon Mamırlı Bələdiyyəsinin sədri) Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar