Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № e-2(5-162)-266/2026 02.03.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun X1 iştirakı ilə, İddiaçı cavabdeh Tovuz “Asan xidmət” mərkəzində notariat ofisi və 3-cü şəxs "xxxx" MMC-yə qarşı “xx.xx.2025-ci il tarixliicra qeydinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsini və əlavə edilmiş iş materiallarını Tərtər Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Tovuz “Asan xidmət” mərkəzində notariat ofisi və 3-cü şəxs "xxxx" MMC-yə qarşı iddia ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Tovuz “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş cra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2026-cı il tarixdə elektron qaydada məhkəməyə daxil olmuş, elə həmin günü İddiaçı məhkəməyə elektron qaydada ərizə ərizə göndərərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə görə iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi geri qaytarıla bilər. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi icraata götürülənədək İddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinin tələblərinə uyğun geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.3-cü maddəsinə görə iddia ərizəsinin geri qaytarılması haqqında qərardaddan şikayət verə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35.1, 152.1.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Tovuz “Asan xidmət” mərkəzində notariat ofisi və 3-cü şəxs "xxxx" MMC-yə qarşı “xx.xx.2025-ci il tarixliicra qeydinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV
Məhkəmə qərarları › İş №e-2(5-162)-266/2026
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-162)-266/2026
02.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver