Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(5-163)-485/2026 12.03.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hacıyev Süleyman Aslan oğlu İddiaçı Cavabdeh qarşı “səhv ödənilmiş məbləğin tutulması” tələbi barəsində ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “ səhv ödənilmiş məbləğin tutulması ” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1600 manat məbləğin və 36 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki Cavabdeh ilə iddiaçı "xxxx" MMC (VÕEN **********) arasında xx.xx.2025-ci il tarixda xxxxxxx000400 nömrəli əmək müqaviləsi bağlanmış və o sürücü kimi işə qəbul edilmişdir. Bundan sonra cavabdeh xx.xx.2025-ci il tarixdə erizə ilə müraciət edərək öz arzusu ilə onunla bağlanılmış emek müqaviləsinin ləğv olunmasını xahiş etmiş və ərizəsi nəzərə alınaraq xx.xx.2025-ci il tarixli LX-KX309/25 nömrəli əmrə əsasən onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Macallasının 68.2-ci maddəsinin "a" bandina asason xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. Lakin texniki və mühasibatlıq səhvi nəticəsində cavabdehin Azərbaycan Beynəlxalq Bankı ASC-də olan ******************** nomrali bank hesabına 4 noyabr 2025-ci il tarixdə 800 manat, 5 dekabr 2025-ci il tarixda ise 800 manat olmaqla, ümumilikdə 2025-ci ilin oktyabr va noyabr ayları üzrə 1600 manat vəsait ödənilmişdir lakin həmin dövrdə cavabdehle iddiaçı arasında əmək münasibətləri mövcud olmadığından bu ödənişlərin hüquqi asası mövcud olmamışdır. Sözugedən səhv odanış faktı xx.xx.2025-ci il tarixdə 2025-ci ilin dekabr ayı üzrə əmək haqqı məbləğlərinin hesablanıb ödənilməsi zamanı iddiaçıya məlum olmuşdur. Bu səbəbdən xx.xx.2025-ci il va xx.xx.2025-cı il tarixlərdə cavabdehin istifadəsində olan 077 ***-**-** mobil telefon nömrəsinə zəng edilərək bu məsələ ilə bağlı danışıklar aparılmış, onun bank hesabına sehven köçürülmüş məbləğləri könüllü qaytarması təklif edilmişdir. Cavabdeh isə ona maxsus kartin əməliyyat tarixçəsinin ekran görüntülərini WhatsApp tetbiqi üzərinden gündərərək məbləğlərin köçürülməsi faktını təsdiq etsə də həmin məbləğləri könüllü qaytarmaqdan imtina etmişdir (Aparılmış telefon danışıqları müvafiq aktlarla rəsmiləşdirilmişdır). xx.xx.2026-cı il tarixli pretenziya məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də qarşı tərəf məbləğin geri qaytarılmasını təmin etməmişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, cavabdeh X1 məhkəmə bildirişi göndərilmişdir. Cavabdeh tərəfindən məhkəmə bildirişinin alındığı tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. İş materiallarına əlavə edilmiş sənədlər xx.xx.2025 ci il tarixli, LX-KX309/25 nömrəli əmrə əsasən Cavabdeh ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Macallasının 68.2-ci maddəsinin "a" bandina asason xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən Azərbaycan Beynəlxalq Bankı ASCdə olan ******************** nömrəli Cavabdeh məxsus bank hesabına 800 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən Azərbaycan Beynəlxalq Bankı ASCdə olan ******************** nömrəli Cavabdeh məxsus bank hesabına 800 manat ödəniş edilmişdir xx.xx.2025 –ci il tarixli akta əsasən cavabdehin istifadəsində olan 077 ***-**-** mobil telefon nömrəsinə zəng edilərək bu məsələ ilə bağlı danışıklar aparılmış, onun bank hesabına sehven köçürülmüş məbləğləri könüllü qaytarması təklif edilmiş, cavabdeh isə ona maxsus kartin əməliyyat tarixçəsinin ekran görüntülərini WhatsApp tetbiqi üzərinden gündərərək məbləğlərin köçürülməsi faktını təsdiq etsə də həmin məbləğləri könüllü qaytarmaqdan imtina etmişdir. Pretenziya məktubundan müəyyən olunur ki, səhvən köcürülmuş xx.xx.2025 ci il tarixdə 800 manat və xx.xx.2025 ci il tarixldə 800 manat olmaqla ümümilkdə 1600 manat məbləğin 5 gün müddətində nəğd və ya köçürülmə yolu ilə İddiaçı MMC yə köçürülməsi xahiş olunur. Öhdəliklərin icrası ilə əlaqədar çağırışa 5 (beş) iş günü ərzində riayət olunmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1095.Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: Maddə 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi səhv ödənilmiş məbləğin tutulması tələbinə dair hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. Mühasibatlıq səhvi nəticəsində cavabdehin Azərbaycan Beynəlxalq Bankı ASC-də olan ******************** nomrali bank hesabına 4 noyabr 2025-ci il tarixdə 800 manat, 5 dekabr 2025-ci il tarixda ise 800 manat olmaqla, ümumilikdə 2025-ci ilin oktyabr va noyabr ayları üzrə 1600 manat vəsait ödənilmiş, lakin həmin dövrdə cavabdehle iddiaçı arasında əmək münasibətləri mövcud olmadığından bu ödənişlərin hüquqi asası mövcud olmamışdır. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 36 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh olğlundan 1600 (bir min altı yüz) manat və ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №e-2(5-163)-485/2026
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-163)-485/2026
12.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver