Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(5-166)-263/2026 19.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Ruqiyyə Ülfət qızının sədrliyi, Kazımov Amil Zahid oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi̇ Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsi maraqlı şəxs Cavabdeh qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 30985.44 manat, işsizlikdən sığorta fonduna olan 1321.33 manat, İcbari Tibbi Sığorta Fonduna olan 4729.44 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (Doğulduğu tarix –xx xxxx 1988-ci il, doğulduğu yer –Azərbaycan, Yevlax rayonu Ərəş kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi -xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2026-cı il tarixə vergi ödəyicisi olan Yevlax rayonu, Xaldan Bələdiyyəsinin (VÖEN: **********) dövlət büdcəsinə 4384.55 manat məbləğində (o cümlədən, vergilər üzrə 3419.69 manat faizlər üzrə 964.86 manat) Dövlət Sosial Müdafiə Fonduna 30985.44 manat, İşsizlikdən siğorta fonduna 1321.33 manat, X2 Fonduna 4729.44 manat, Yevlax rayonu, Ərəş Bələdiyyəsinin (VÖEN: **********) dövlət büdcəsinə, 06 manat məbləğində (o cümlədən, faizlər üzrə, 06 manat) olmaqla, ümumilikdə 41420.82 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********792900, xx.xx.2025-ci il tarixli **********637200, xx.xx.2025-ci il tarixli **********721300, xx.xx.2025-ci il tarixli **********94560003, xx.xx.2025-ci il tarixli **********775400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək hazırki işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 355-7.2-ci maddəsinin tələbini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxmışdır. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ərizənin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2026-cı il tarixə vergi ödəyicisi olan Yevlax rayonu, Xaldan Bələdiyyəsinin (VÖEN: **********) dövlət büdcəsinə 4384.55 manat məbləğində (o cümlədən, vergilər üzrə 3419.69 manat faizlər üzrə 964.86 manat) Dövlət Sosial Müdafiə Fonduna 30985.44 manat, İşsizlikdən siğorta fonduna 1321.33 manat, X2 Fonduna 4729.44 manat, Yevlax rayonu, Ərəş Bələdiyyəsinin (VÖEN: **********) dövlət büdcəsinə, 06 manat məbləğində (o cümlədən, faizlər üzrə, 06 manat) olmaqla, ümumilikdə 41420.82 manat borcu vardır. İşdə olan sənədlərdən görünür ki, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisi olan Yevlax rayonu, Varvara Bələdiyyəsinə xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə bildirişlər göndərilmişdir. “Hüquqi şəxs haqqında məlumatdan” görünür ki, Yevlax rayonu, Xaldan Bələdiyyəsinin (**********) VÖEN-lə xx.xx.2026-cı il tarixdə Vergilər Nazirliyi yanında 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Həmin bələdiyyənin rəhbəri Cavabdeh yaşayış yeri – Yevlax rayonu, Ərəş kəndidir. İşin müəyyən edilmiş halını nəzərə alan məhkəmə mövcud mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə görə, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək, vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. MPM-nin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. MPM-nin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qeyd edilən maddi və prosessual hüququ normalarının tələblərini işin müəyyən edilmiş halına tətbiqi nəticəsində müəyyən edilir ki, Departamentin ərizəsi əsaslıdır, dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün X1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 355-5.-355-7.-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi̇ Ərizə təmin edilsin. xx xxxx 1988-ci il tarixdə Azərbaycan Respublikasında doğulmuş, - Yevlax rayonu, Ərəş kəndində yaşayan Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ruqiyyə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(5-166)-263/2026
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-166)-263/2026
19.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver