Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(5-166)-264/2026 24.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Yevlax Rayonu Aşağı Bucaq Bələdiyyəsinin icra orqanının rəhbəri Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçinin xahişi Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi (bundan sonra – ərizəçi) ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs – Yevlax Rayonu Aşağı Bucaq Bələdiyyəsinin dövlət büdcəsinə olan ümumilikdə 264.21 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 7 5 9 7 . 2 8 , İşsizlikdən Sığorta Fonduna olan 780.63 manat, İcbari Tibbi Sığorta Fonduna olan 3141.52 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun rəhbəri maraqlı şəxs Cavabdeh (xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində doğulan, Azərbaycan Respublikasının vətəndaşı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AA******* nömrəli, fərdi identifikasiya nömrəsi (FİN) – xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2026-cı il tarixə vergi ödəyicisi olan Yevlax Rayonu Aşağı Bucaq Bələdiyyəsinin işsizlikdən sığorta fonduna 780.63 manat, Dövlət Sosial Müdafiə Fonduna 7597.28 manat, İcbari Tibbi Sığorta Fonduna 3141.52 manat, dövlət büdcəsinə 264.21 manat məbləğində (o cümlədən, vergilər üzrə 242.27 manat, faizlər üzrə 21.94 manat) olmaqla, ümumilikdə 11783.64 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixli **********101200, **********822700 və **********087600 nömrəli, xx.xx.2025-ci il tarixli **********087600 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş ərizəçi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasına gəlməmşi, telefon əlaqəsi saxlanılan zaman ərizədən məlumatli olduğunu və təmin edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Hüquqi şəxs haqqında məlumatdan görünür ki, Yevlax Rayonu Aşağı Bucaq Bələdiyyəsinin icra orqanının rəhbəri Cavabdehdur. Yevlax Rayonu Aşağı Bucaq Bələdiyyəsinin (VÖEN: **********) xx.xx.2026-cı il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun müvafiq fondlara borcu mövcuddur. Vergi orqanı tərəfindən Yevlax Rayonu Aşağı Bucaq Bələdiyyəsinə ünvanlanmış xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli bildirişlərin və xəbərdarlığın surətindən görünür ki, Yevlax Rayonu Aşağı Bucaq Bələdiyyəsindən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Ərizəçinin təqdim etdiyi vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, bildirişlər və xəbərdarlıq maraqlı şəxs Yevlax Rayonu Aşağı Bucaq Bələdiyyəsinin elektron kabinetinə yerləşdirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 16.1.1 Qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; Maddə 24. Vergi orqanlarının vəzifələri: 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə; Maddə 77.1 Vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən arda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Maddə 77.3 Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirməsi üçün cavabdehdir. Maddə 78.1 Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr; Məhkəmənin mövqeyi Məhkəmə işin faktiki hallarını və işə əlavə edilən sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, maraqlı şəxs hazırda vergi ödəyicisi olan hüquqi şəxs Yevlax Rayonu Aşağı Bucaq Bələdiyyəsinin rəhbəridir. Vergi ödəyicisi olan hüquqi şəxs vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddət ərzində yerinə yetirməmişdir. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsini təmin etmək məqsədilə hüquqi şəxsin rəhbərinə vergi qanunvericiliyinə uyğun olaraq bildiriş göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış borc məbləği ödənilməmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs Yevlax Rayonu Aşağı Bucaq Bələdiyyəsinin (VÖEN – **********) işsizlikdən sığorta fonduna 780.63 manat, Dövlət Sosial Müdafiə Fonduna 7597.28 manat, İcbari Tibbi Sığorta Fonduna 3141.52 manat, dövlət büdcəsinə 264.21 manat məbləğində (o cümlədən, vergilər üzrə 242.27 manat, faizlər üzrə 21.94 manat) olmaqla, ümumilikdə 11783.64 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun rəhbəri maraqlı şəxs Cavabdeh (xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində doğulan, Azərbaycan Respublikasının vətəndaşı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AA******* nömrəli, fərdi identifikasiya nömrəsi (FİN) – xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.2- 1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə həmçinin hesab edir ki, ərizə təmin olunduğu və ərizəçi hazırki ərizə ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, maraqlı şəxsdən 100 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1, 234, 355-5, 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Vergi ödəyicisi olan hüquqi şəxs Yevlax Rayonu Aşağı Bucaq Bələdiyyəsinin (VÖEN – **********) işsizlikdən sığorta fonduna 780.63 manat, Dövlət Sosial Müdafiə Fonduna 7597.28 manat, İcbari Tibbi Sığorta Fonduna 3141.52 manat, dövlət büdcəsinə 264.21 manat məbləğində (o cümlədən, vergilər üzrə 242.27 manat, faizlər üzrə 21.94 manat) olmaqla, ümumilikdə 11783.64 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun rəhbəri maraqlı şəxs Cavabdeh (xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində doğulan, Azərbaycan Respublikasının vətəndaşı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AA******* nömrəli, fərdi identifikasiya nömrəsi (FİN) – xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Ödənilməmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu hüquqi şəxs Yevlax Rayonu Aşağı Bucaq Bələdiyyəsinin rəhbəri maraqlı şəxs Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №e-2(5-166)-264/2026
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-166)-264/2026
24.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver