Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(5-88)-392/2026 19.03.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi:
1. İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 152-ci maddələrinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır.
3. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərməlidir.
4. Lakin, İddiaçı iddia ərizəsində və xahiş edirəm hissəsində iddianın məbləğini və tələbini dəqiq göstərməmişdir. Həmçinin İddiaçı sübutların siyahısını da iddia ərizəsində göstərməmişdir.
5. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəyə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir.
7. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir.
8. Məhkəmə qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir.
9. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddianın məbləği, iddia tələbi, sübutların siyahısı və dövlət rüsumunun ödənilməsi barədə sənəd təqdim edilmədiyindən, İddiaçı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd: İddia ərizəsi və ona əlavə olunmuş sənədlər məhkəməyə elektron qaydada təqdim edildiyindən, onların poçt vasitəsilə qaytarılmasına ehtiyac yoxdur).
10. Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə (152.1.5) Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
11. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
12. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Hаkim: Aslan Heydarov