Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(5-92)-225/2026 10.03.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Zeynalov İlkin Cəlal oğlu, İddiaçı Şərur rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi tələbinə” dair mülki iş üzrə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək 1905-ci il təvəllüdlü X2 1983-cü il tarixdə Naxçıvan MR, Şərur şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə və 1910-cu il təvəllüdlü X1 1986-cı il tarixdə Naxçıvan MR, Şərur şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib məhkəmə müəyyən edir ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələblərinə uyğun olaraq ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmin Məcəllənin 108.1.3-cü maddəsinin tələbinə əsasən xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə dövlət rüsumu ödənilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 150.1.2-ci maddəsində qeyd olunmuşdur ki, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbbaycan Respublikası Ali Məhkəməsi plenumunun qərarının 13-cü bəndində qeyd edilir ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Məhkəməyə ünvanlanmış iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən tərtib edilmiş, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iş materiallarına əlavə olunmamışdır. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardad da qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149,152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m:
1. İddiaçı Şərur rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi tələbinə” dair mülki iş üzrə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın.
2. İddiaçı izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər.
3. Qərardad, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: İlkin Zeynalov