Məhkəmə qərarları › İş №e-2(5-93)-154/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-93)-154/2026

03.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-93)-154/2026 03.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Hakim Yusifova Ülkər Fizuli qızının sədrliyi, Hacıyeva Nigar Zahid qızının katibliyi ilə İddiaçı tərəfindən Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə ölmüşdür.

İddia tələbi

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında mövcud olmuş xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraat iştirakçılarının izahatları

3. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək ərizəni müdafiə etdiyini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikası Prosessual Məcəlləsi: Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.

6. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı

7. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 261.0.1 – 261.0.9-cu maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizəyə xitam bilər.

Məhkəmənin mövqeyi:

8. Məhkəmə iş üzrə materialları nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir.

9. Məhkəmənin hazırlıq iclası zamanı “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə ölmüşdür.

10. Mülki prosesdə çəkişmə prinsipinə uyğun olaraq məhkəmə araşdırmasının təmin edilməsi üçün ən azı iki tərəf - iddiaçı və cavabdeh olmalıdır, hazırkı halda iddiaya cavab verməli olan şəxs olmadığından, yəni Cavabdeh xx.xx.2022-ci il tarixdə öldüyündən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbulundan imtina edilməli idi. Məhkəmə araşdırması zamanı cavabdehin ölümü olsaydı, bu zaman hüquq varisliyinin yaranıb yaranmaması baxımdan dayandırılma və ya icraata xitam verilməsi əsasları müzakirə edilə bilərdi. Cavabdeh iddia ərizəsinin qəbulundan əvvəl öldüyü üçün və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.

11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq rəhbər tutaraq məhkəmə qərara aldı:

İddiaçı tərəfindən Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. ********** nömrə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu İddiaçı qaytarılsın. Eyni zamanda iddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar