Məhkəmə qərarları › İş №e-2(5-93)-355/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-93)-355/2026

02.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-93)-355/2026 02.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə şərtlərinin qismən etibarsız sayılması, qiymət və sahə üzrə hüquqi müəyyənlik yaradılması, qeyri-mütənasib cərimə və dəbbə pulu şərtlərinin ləğvi və ya azaldılması, habelə əsassız varlanmaya real təhlükə yaradan mexanizmlərin tətbiqinin yolverilməz hesab edilməsi” tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, dəyən zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “müqavilə şərtlərinin qismən etibarsız sayılması, qiymət və sahə üzrə hüquqi müəyyənlik yaradılması, qeyri-mütənasib cərimə və dəbbə pulu şərtlərinin ləğvi və ya azaldılması, habelə əsassız varlanmaya real təhlükə yaradan mexanizmlərin tətbiqinin yolverilməz hesab edilməsi” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra Cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, dəyən zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin nümayəndələri məhkəməyə elektron ərizə ünvanlayaraq, iddia ərizələrinin geri qaytarılması xahiş etmişdirlər. Məhkəmə tərəflərin ərizələrini araşdıraraq hesab edir ki, ərizələr təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində olduğundan və iddiaçı və cavabdeh tərəfindən iddia ərizələrinin geri qaytarılması barədə məhkəməyə ərizələr verildiyindən məhkəmə hesab edir ki, ərizələr təmin edilməli, ilk və qarşılıqlı iddia ərizələri tərəflərə qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizələr təmin edilsin. İddiaçı Cavabdehnə qarşı “müqavilə şərtlərinin qismən etibarsız sayılması, qiymət və sahə üzrə hüquqi müəyyənlik yaradılması, qeyri-mütənasib cərimə və dəbbə pulu şərtlərinin ləğvi və ya azaldılması, habelə əsassız varlanmaya real təhlükə yaradan mexanizmlərin tətbiqinin yolverilməz hesab edilməsi” tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, dəyən zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi və onlara əlavə edilmiş sənədlər tərəflərə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar