Məhkəmə qərarları › İş №e-2(5-93)-475/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-93)-475/2026

13.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-93)-475/2026 13.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli Toğrul Salman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında olan xx.xx.2024-cü il tarixli, 24/346 saylı xidmət müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək ƏDV daxil 9318,40 (doqquz min üç yüz on səkkiz manat, qırx qəpik) AZN borc məbləğinin hüquqi yardımın alınmasına görə çəkilmiş 170 (yüz yetmiş) AZN, vəkil orderinə görə ödənilmiş 300 (üç yüz) AZN və 113,19 (yüz on üç manat, on doqquz qəpik) AZN ödənilmiş dövlət rüsumunun, ümumilikdə 9901,59 (doqquz min doqquz yüz bir manat, əlli doqquz qəpik) AZN, eləcə də iddia tələbi üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənə kimi əlavə olaraq aylıq ƏDV daxil 512 (beş yüz on iki) AZN hesablanmaqla xidmət haqqı məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2026-cı il tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh tərəfindən iddiaçı "X1" MMC-nin tələb etdiyi borc məbləği tam şəkildə ödənildiyini bildirmiş və bu səbəbdən də iş üzrə iddianın geri götürülmüş hesab edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Belə olan halda məhkəmə iddiaçı nümayəndəsi (vəkili) tərəfindən verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur (“Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 3№-li qərarı). Həmçinin iddia ərizəsi geri qaytarıldığından bu iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçının ödədiyi 113,19 manat (yüz on üç manat, on doqquz qəpik) məbləğində dövlət rüsumu da dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Ödənilmiş 113,19 manat (yüz on üç manat, on doqquz qəpik) məbləğində dövlət rüsumu (xx.xx.2026-cı il tarixli, **********53 nömrəli qəbz) dövlət büdcəsindən iddiaçı "X1" MMC-ə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar