Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-93)-577/2026 09.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 11 saylı Dövlət Notariat Kontoruna, Bakı şəhəri Binəqədi rayonu 4-cü Polis Bölməsinə və Cavabdeh5 qarşı “vərəsəlik hüquqnun tanınması və s.” tələbinə dair iddia ərizələrinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 11 saylı Dövlət Notariat Kontoruna, Bakı şəhəri Binəqədi rayonu 4-cü Polis Bölməsinə və Cavabdeh5 qarşı “vərəsəlik hüquqnun tanınması və s.” tələbinə dair iddia ərizələrisi ilə məhkəməyə müraciət edərək, onun mərhum bacısı miras qoyan - X2 olan qanun üzrə vərəsəlik hüququnun tanınması, mərhum X1 miras qoyduğu ünvan 1 ünvanında yerləşən 61 saylı mənzil üzərində onun miras payının müəyyən edilməsi, qanunsuz hərəkətləri ilə onun vərəsəlik hüquqlarını pozan, onun əsəb sarsıntısı, mənəvi iztirab keçirməsinə səbəb olan cavabdehlərin üzərinə ondan yazılı qaydada üzr istəmək öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Hazırkı iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 2 ayrı iddia ərizələri bir işin içində birləşdirilmiş və elektron kabinet vasitəsilə imzalanmışdır. Halbuki, “vərəsəlik hüququnun tanınması, miras payının müəyyən olunması” ilə “yazılı qaydada üzr istəmə öhdəliyinin qoyulması” tələbinə bir iddiada, yəni bir işin içində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdəhakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsinin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 11 saylı Dövlət Notariat Kontoruna, Bakı şəhəri Binəqədi rayonu 4-cü Polis Bölməsinə və Cavabdeh5 qarşı “vərəslik hüquqnun tanınması və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(5-93)-577/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-93)-577/2026
09.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver