Məhkəmə qərarları › İş №e-2(5-93)-650/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-93)-650/2026

13.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-93)-650/2026 13.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı “mənzilə dair payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə dair payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Nikah Bakı şəhəri, Binəqədi rayon qeydiyyat şöbəsində 52 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Birgə nikahından xx.xx.2025-ci il təvəllüdlü X3 anadan olmuşdur. Tərəflər arasında olan nikah məhkəmənin müvafiq qətnaməsi ilə pozulmuşdur. İddiaçı və cavabdeh arasında notarial qaydada xx.xx.2023-cü ildə nikah müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən mübahisəli mənzil üzərində mülkiyyət payları 60% ərə (cavabdehə), 40% isə arvada (iddiaçıya) məxsusdur. Nikah müqaviləsi bağlandıqdan bir həftə sonra cavabdeh iddiaçının razılığı olmadan və nikah müqaviləsinin şərtlərini pozaraq mənzilə dair çıxarışı 100% öz adına rəsmiləşdirmişdir. Hesab edir ki, qeyd edilən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 180, 180A, 180B, mənzil 79 - Yeni qaydalarla: AZ1141, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 180A, M5, m2 qanunsuz sənədləşmə işləri aparılaraq, cavabdehin adına qanunsuz çıxarış əldə edilmişdir. Belə ki, tərəflər arasında xx.xx.2023cü il tarixli nikah müqaviləsi bağlanılmış, xx.xx.2023-cü il tarixdə nikaha daxil olmuşlar, xx.xx.2023-cü ildə çıxarış verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh adına **********51-05301-093047 nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeudiyyatı haqqında daşınmaz əmlakın dövvlət reyestrindən tam mülkiyyət hüququna dair çıxarış verilmişdir. Yəni nikah müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlandığı halda 5 (beş) gün sonra cavabdehin adına çıxarış verilmişdir. Yəni Cavabdeh çıxarışın alınması üçün qabaqcadan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə müraciət etmiş və nikah müqaviləsi olan tərəfə bu barədə məlumat verməmişdir. Bununla da cavabdeh bu barədə heç kimə məlumat verməmiş, həmçinin iddiaçı da müqavilə bağladıqdan bir qədər sonra məlumatı olmuşdur. Beləliklə göründüyü kimi cavabdeh tərəf iddiaçıya heç bir məlumat vermədən, hamını aldadaraq həqiqəti gizlətmiş və çıxarış əsasında mülkiyyəti tam olaraq adına qeydiyyata aldırmışdır. Ona görə də məhkəmə tərəfindən göstərilən ünvanda cavabdehin adına çıxarışın verilməsinin qanuni olub-olmaması araşdırılmalıdır. Böyük ehtimal var ki, cavabdeh qanunsuz sənədləşmə işləri aparmış. yəni nikah müqaviləsini, müqavilədə olan şərtləri gizlətmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli nikah müqaviləsinin 1.1-ci bəndində qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev və Ak.Ş.Mehdiyev küçələrinin kəsişməsindəki 578-ci məhəllədə yerləşən Ş.Mehdiyev 75, 1-ci bina, 2 blok, 5-ci mərtəbə Hüseyn Cavid prospekti, ev 180 ünvanında yerləşən 107.89 kv.m sahəyə malik olan müqavilə dəyəri 258000 (iki yüz əlli səkkiz min) manat məbləğində olan 2 otaqlı təmirsiz mənzil ər-arvad tərəfindən alınmışdır. Ər-arvad tərəfindən alınan mənzilə çıxarış hansı səbəbdən bir tərəfli olaraq mülkiyyət hüququ tanınmalıdır? Bundan başqa həmin mənizl hər iki tərəfin vəsaiti hesabına alınmış, qeyd olunduğu kimi mənzil təmirsiz olmuşdur. Buna baxmayaraq iddiaçının valideyni (atası) tərəfindən həmin mənzil yüksək səviyyədə təmir olunmuş, cehiz əşyaları, bütün ev ləvazimatları alınaraq cavan ailənin istifadəsinə verilmişdir. Həmin mənzildə qız övladı dünyaya gəlmişdir. Hal-hazırda nikah ləğv edilmiş, uşaqla anası həmin mənzildə qeydiyyatdadırlar, lakin həmin mənzildən lazımi qaydada istifadə edə bilmirlər. Uşağın paltarları, əşyaları həmin mənzildə qalmışdır. Yuxarıda qeyd olunanları və aşağıdakı Qanunvericiliyin tələblərini əsas gətirərək hesab edir ki, mənzilə dair paylar müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: - 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. - 150.1.7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. - 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. -152.1.6-1-cı maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 28.1-ci maddəsində qeyd edilmişdir ki, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. 26-cı maddəsində ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiyanın xüsusiyyətləri, 29-cu maddəsində isə ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin və sonrakı mediasiya sessiyalarının keçirilmə xüsusiyyətləri müəyyən edilmişdir. Göründüyü kimi ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Lakin bununla bağlı məhkəməyə sənəd təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd edilən maddələrinə əsasən mediasiya prosesində iştirakını təsdiq edən sənəd təqdim edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı “mənzilə dair payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydadaBakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar