Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-94)-1108/2026 10.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyindən azad edilmə” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ:
1. xx.xx.2026-cı il tarixdə İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyindən azad edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh münasibətdə aliment öhdəliklərindən azad edilməyi və uşağım mənafeyinə sərf edilməməsi səbəbindən iddiaçıdan bu illər ərzində tutulmuş alimentin geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra xx.xx.2026-cı il tarixdə İddiaçı ərizə ilə müraciət edərək Xətai Rayon Məhkəməsinin hakimi Vüqar Nağıyevin icraatında olan 2(5-94)-486/2026 mülki işlə birləşdirilməsini məhkəmədən xahiş etmişdir.
3.Tətbiq edilən hüquq: 43.2. bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3. hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.
Məhkəmənin mövqeyi:
4. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Vüqar Nağıyevin icraatında olan İddiaçı Cavabdeh qarşı “valideynlik hüquqlarının məhdudlaşdırılması” tələbinə dair 2(5-94)-486/2026 saylı mülki işə birləşdirilməlidir.
5. Belə ki, iş materiallarından aydın olur ki İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyindən azad edilmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə həmin iddia ərizəsi hakim Samirə Eyvazovanın icraatına qəbul edilmişdir. İddiaçı Cavabdeh qarşı “valideynlik hüquqlarının məhdudlaşdırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən iddia ərizəsi isə məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə hakim Vüqar Nağıyevin icraatına götürülmüşdür.
6. Məhkəmə hesab edir ki, hakim Vüqar Nağıyevin icraatında olan 2(5-94)-486/2026 saylı mülki iş üzrə iddia tələbi 2(5-94)-1108/2026 saylı iş üzrə iddia tələbi ilə əlaqəli olduğundan, həmçinin gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması, ədalət mühakiməsinin düzgün və səmərəli həyata keçirilməsi üçün hazırki 2(5-94)-1108/2026 saylı mülki iş, hakim Vüqar Nağıyevin icraatında olan 2(5-94)- 486/2026 saylı işə birləşdirilməlidir.
7. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
1. İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyindən azad edilmə” tələbinə dair 2(5-94)- 1108/2026 nömrəli mülki iş, İddiaçı Cavabdeh qarşı “valideynlik hüquqlarının məhdudlaşdırılması” tələbinə dair 2(5-94)-486/2026 nömrəli mülki işlə bir icraatda birləşdirilsin.
2. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən Samirə Eyvazova