Məhkəmə qərarları › İş №e-2(5-94)-196/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-94)-196/2026

14.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-94)-196/2026 14.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh2nə qarşı – Şəxsi şərəf və ləyaqətin alçaldılması, böhtan və yalan məlumat yayılması, şəxsi həyatın toxunulmazlığının və fərdi məlumatların qorunması hüquqlarının pozulması, mənzil mülkiyyətçilərinin hüquqlarının tapdanması, binanın istismar təhlükəsizliyinin pozulması və Cavabdeh1 MTK-nın və “X1” MMC-nin qanunsuz idarəetmə fəaliyyəti nəticəsində mənə və ailəmə vurulmuş mənəvi zərərin ödənilməsi, habelə cavabdeh şirkətin fəaliyyətinin dayandırılması və idarəetmə hüquqlarının hüquqi əsası barədə məhkəmə qaydasında araşdırma aparılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə Xətai Rayon Məhkəməsinin hesabına qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu tam ödəmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.3.-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Prosessual normadan müəyyən olunur ki, iddiaçının subyektlərin tərkibinə görə deyil, tələblərin bağlılığına görə bir neçə iddia tələbini bir iddia ərizəsində birləşdirmək hüququ vardır. Həmçinin iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı bir-biri ilə bağlılığı olmayan müstəqil iddia tələblərini bir iddia ərizəsində birləşdirmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci və 157.1.7-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, bir-biri ilə bağlılığı olmayan və yalnız iddiaçının maraqlarına görə bir icraatda birləşdirilmiş iddia tələblərinə bir icraatda baxılması, tərəflərin prosessual hüquq və vəzifələrinin təmin edilməsində, mülki işə qanunla müəyyən olunmuş müddətlər çərçivəsində baxılmasında maneələr yaradacağından iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh2nə qarşı – Şəxsi şərəf və ləyaqətin alçaldılması, böhtan və yalan məlumat yayılması, şəxsi həyatın toxunulmazlığının və fərdi məlumatların qorunması hüquqlarının pozulması, mənzil mülkiyyətçilərinin hüquqlarının tapdanması, binanın istismar təhlükəsizliyinin pozulması və Cavabdeh1 MTK-nın və “X1” MMC-nin qanunsuz idarəetmə fəaliyyəti nəticəsində mənə və ailəmə vurulmuş mənəvi zərərin ödənilməsi, habelə cavabdeh şirkətin fəaliyyətinin dayandırılması və idarəetmə hüquqlarının hüquqi əsası barədə məhkəmə qaydasında araşdırma aparılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva İş № e-2(5-94)-196/2026 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL xx.xx.2026-ci il Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh2nə qarşı – Şəxsi şərəf və ləyaqətin alçaldılması, böhtan və yalan məlumat yayılması, şəxsi həyatın toxunulmazlığının və fərdi məlumatların qorunması hüquqlarının pozulması, mənzil mülkiyyətçilərinin hüquqlarının tapdanması, binanın istismar təhlükəsizliyinin pozulması və Cavabdeh1 MTK-nın və “X1” MMC-nin qanunsuz idarəetmə fəaliyyəti nəticəsində mənə və ailəmə vurulmuş mənəvi zərərin ödənilməsi, habelə cavabdeh şirkətin fəaliyyətinin dayandırılması və idarəetmə hüquqlarının hüquqi əsası barədə məhkəmə qaydasında araşdırma aparılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 09:50-da başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 10:00-da qurtardı. Protokol xx.xx.2026-ci il tarixdə tərtib edilmişdir. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar