Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-94)-316/2026 03.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Kazımova Aysel Qədir qızının katibliyi, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh “Kalyon RSY X11 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı Möhübbət oğlunun cavabdehlər "Kalyon RSY X11 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh1nə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddia tələbi: İddiaçı Möhübbət oğlu cavabdehlər "Kalyon RSY X11 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh1nə qarşı – cavabdehlər "Kalyon RSY X12 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh1 MMCdən müştərək qaydada iddiaçının xeyrinə 45.000 manat mənəvi ziyana görə kompensasiya və 225 manat məbləğində dövlət rüsumu məbləğlərinin barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Füzuli rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(064)-22/2023 saylı hökmü ilə X10 Azərbaycan Respublikası CM-in 263.2- ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. X7 təqsirli hərəkətləri nəticəsində iddiaçının anası X3 ölmüşdür. X1 ölümünə səbəb olan X7 "Kalyon Rsy X12 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında sürücü vəzifəsində işləməsi ilə Cavabdeh1 MMC-nin mülkiyyətində olan avtonəqliyyat vasitəsini etibarnamə əsasında idarə etməsi işin mübahisəsiz halıdır. X7 təqsiri nəticəsində anası X3 aldığı ağır xəsarətlərdən həyatından məhrum olub və buna görə də iddiaçı bir övlad olaraq çox dərin mənəvi sarsıntı keçirmişdir. İddiaçı bildirir ki, bu bədbəxt hadisə nəticəsində o nəinki valideynindən, həm də arxa və dayağından, dost və sirdaşından məhrum olmuşdur. Onun ölümü ilə əlaqədar mənəvi sarsıntıları davamlı olaraq bütün ömür boyu iddiaçının həyatını müşayət edəcək (valideyni qaytarmaq və yaxud yenisi ilə əvəzləmək mümkün deyilaxı...). İddiaçı bildirir ki, dəfələrlə, hər iki Şirkətin, xüsusilə də "Kalyon Rsy X12 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının səlahiyyətli şəxslərinə ona yardım etmələri barədə müraciətlər etməyinə baxmayaraq, bu gün də Şirkətlər tərəfindən ona hər hansı yardım edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşının təqsirindən X1 ölməsi işin mübahisəsiz halıdır. Yuxarıda qeyd olunan faktlar və təqsir qanuni qüvvəyə minmiş Füzuli rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(064)-22/2023 saylı hökmü ilə təsdiq olunur və hazırkı mülki işdə preyudisial əhəmiyyət daşıyır. Mərhum anasının faciəvi şəkildə ölməsindən bu günədək davam edən stress, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. bu kimi halları nəzərə alaraq ona vurulmuş zərərin əvəzi olaraq cavabdehdən 45.000 manat məbləğində pulun cavabdehdən alınaraq ödənilməsi ədalətli olardı. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılaraq, iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, bildirdi ki, hadisə baş verən zaman idarə olunan nəqliyyat vasitəsi şirkət tərəfindən “Kalyon RSY X11 Ticari İşletmesi” Şirkətinə icarəyə verilmişdir, sahiblik və istifadə hüququ onlarda idi, ona görə də onlara qarşı tələb irəli sürülə bilməz, habelə qanuni qüvvəsini almış məhkəmə hökmündən görünür ki, tərəflər arasında barışıq olmuşdur, iddiaçının sonradan gəlib mənəvi zərər tələb etməsi düzgün deyildir. Cavabdeh “Kalyon RSY X11 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Vəkil3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, bildirdi ki, hadisə baş verən zaman (saat 17:20) işçinin rəsmi iş vaxtı (09:00-17:00) artıq bitmişdi. Bu o deməkdir ki, qəza anında işçi Şirkətin hüquqi və faktiki nəzarəti altında olmamışdır. İşəgötürən iş saatından kənar vaxtda işçinin hamı üçün açıq olan magistral yoldakı fərdi hərəkətlərinə və idarəetmə manevrlərinə nəzarət etmək imkanına və ya öhdəliyinə malik deyildir, Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(064)- 22/2023 nömrəli qanuni qüvvəyə minmiş Hökmünün 2-ci vərəqində (2-ci abzas) açıq-aydın qeyd edilmişdir ki: "Zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı məhkəmədə ifadə verərək bildirdi ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı hər hansı bir şikayəti və tələbi yoxdur". İddiaçının cinayət məhkəməsində sürücü ilə barışması və "tələbim yoxdur" deməsi onun həyat şəraitində mənəvi zərərlə kompensasiya edilməli olan dözülməz bir boşluğun yaranmadığını, mənəvi sarsıntının iddia edilən həddə (45.000 AZN) olmadığını sübut edir, sürücü artıq cinayət məsuliyyətinə cəlb olunmuş, cəzasını çəkmiş və amnistiya aktı ilə azad edilmişdir. İşçinin fərdi ehtiyatsızlığı nəticəsində yaranan mülki öhdəliklərin (xüsusilə barışıqdan sonra) Şirkətin üzərinə yüklənməsi ədalətsizdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə Füzuli rayonunda baş beynin diffuz travması nəticəsində ölmüşdür. Füzuli Rayon Məhkəməsinin 1(064)-22/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmdə görünür ki, X10 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, X10 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, X10 barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut qismində tanınaraq, X8 təhvil verilmiş “QAZ-3343" markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi Cavabdeh1 MMC-yə qaytarılması Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə X4 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməsi höm olunmuşdur. İş materiallarında olan AV-132/2021 nömrəli uzun müddətli avtomobil icarə müqaviləsindən görünür ki, Cavabdeh1 MMC tərəfindən GAZ Biznes (330273) 4WD dizel avtomobili “Kalyon RSY X11 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialına icarəyə verilmişdir. İş materiallarında olan, xx.xx.2026-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən tərəfindən 225 manat dövlət rüsumu ödənilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin vəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin vəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş əxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, mlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ ozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Şəxsiyyət Hüquqlarının Müdafiəsi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2025-ci il tarixli Plenumunun Qərarının “mənəvi zərərin mahiyyəti və ümumi əsaslarına dair 5-ci hissəsində qeyd edilmişdir: 5.1.Mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. 5.2.Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyrimüəyyənlik və s.). 5.3.Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. 5.4.Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. 5.5.Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. 5.10.Hüquqazidd əməl nəticəsində sonradan yaranmış maddi zərərlə bağlı tələb irəli sürmək hüququ istisna edilməsə də, mənəvi zərərə münasibətdə fərqli qayda tətbiq edilir. Belə ki, mənəvi zərərin kompensasiyası hüquqazidd əməlin məlum olan, habelə proqnozlaşdırıla bilən bütün mümkün nəticələri nəzərə alınmaqla həyata keçirilir. Bu baxımdan şəxsin eyni hüquqazidd əmələ istinadən yenidən mənəvi zərərin kompensasiyasını tələb etməsi yolverilməzdir. Həmin hüquqazidd əməlin yalnız əvvəlcədən proqnozlaşdırıla bilməyən, sonradan daha ağır nəticələrinin baş verməsi halında şəxs bu nəticələrə istinad etməklə əlavə mənəvi zərər tələbi irəli sürə bilər (məsələn, yol nəqliyyat hadisəsi nəticəsində ayağından zədə almış şəxsin mənəvi zərər tələbi təmin edildikdən sonra ayağının amputasiya olunması). 5.11.Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan mənəvi zərər tələb etmək hüququnu istisna etmir. 5.12.Bununla belə, cinayət prosesində təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənilməsi və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə zərərçəkən şəxsin məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş maddi və mənəvi zərərlə bağlı tələblərin ödənilməsini təsdiq edən hal kimi nəzərə alınmalıdır. Həmin Qərarın 7.27-ci hissəsinə əsasən, xarakterinə görə hüquqpozmaların bir neçə növü fərqləndirilir: müqavilə öhdəliyinin pozulması, mülki hüquq pozuntusu (delikt), intizam pozuntuları, inzibati xətalar, cinayət, hüquqdan sui-istifadə. Əməlin ağırlıq dərəcəsinə isə onun törədilmə üsulu, törədildiyi şərait, niyyət, baş vermiş nəticələrin ağırlığı, birgə törədilmiş əməllərdə şəxsin rolu və s. aiddir. Odur ki, mənəvi zərərin həcmi müəyyən edilərkən qeyd olunan meyarlar baxımından hüquqpozmaların növünə, habelə aid olduğu növ üzrə əməlin ağırlıq dərəcəsinə ayrı-ayrılıqda qiymət verilməlidir. Nyu-York Apellyasiya Məhkəməsi “McDougald v. Garber” işi üzrə 1989-cu il tarixli qərarında göstərmişdir ki, “Maddi zərər pulla kompensasiya edilə bilər; lakin mənəvi sarsıntı və iztirab və həyat eşqinin azalması kimi mənəvi zərərlərin ödənilməsi, pulun zərər çəkənin məruz qaldığı zərəri kompensasiya etməsi barədə hüquqi fiksiyaya söykənir … Biz, pulun ağrını azaldacağını və ya zərər çəkənin qabiliyyətini bərpa edəcəyini düşünməsək də, bu fiksiyanı qəbul edirik. Biz, itirilmişi qiymətləndirməyi ümid etmirik, lakin mövcud şəraitdə pul kompensasiyası təsəlli vasitəsi kimi çıxış edə bilər”. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2 ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehlərin nümayəndələrii və vəkillərinin izahatlarını dinləyərək, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh1 MMC –yə dair hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi əsl olmayan cavabdehə qarşı irəli sürüldüyündən tələb həmin hissədə təmin edilə bilməz. Belə ki, MPM-nin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki dövriyyə iştirakçılarının subyektiv hüquq və vəzifələri qarşılıqlı münasibətlər əsasında yaranır. Hər bir halda iddiaçı ilə cavabdeh arasında hüquq münasibəti olmalıdır. Mülki proses iddiaçı ilə cavabdehin toqquşan hüquqlarının araşdırılması üzərində qurulur və onların qanuni hüquq və mənafelərinin təsdiq edilməsinə xidmət edir. Buna görə də məhkəmə işə baxılarkən, mühakimənin doğru istiqamətdə getməsini təmin etmək üçün, ilk növbədə iddiaçı və cavabdehin müvafiq prosessual statusda tanınması üçün zəruri şərtlərin mövcudluğunu müəyyən etməlidir. Məhz buna görə də MPM-nin 167.1.4-cü maddəsində deyilir ki, hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir. Tərəflərin əsl tərəf olması məsələsi məhkəmə tərəfindən onların arasında yaranmış mübahisənin maddi-hüquqi əsasını təşkil edən hüquq normasının təhlili əsasında həll olunur. İş materiallarında olan AV-132/2021 nömrəli uzun müddətli avtomobil icarə müqaviləsindən görünür ki, Cavabdeh1 MMC tərəfindən GAZ Biznes (330273) 4WD dizel avtomobili “Kalyon RSY X11 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialına icarəyə verilmişdir. Göründüyü kimi Cavabdeh1 MMC ilə “Kalyon RSY X11 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında icarə müqaviləsi bağlanmış, icarə əsasında “Kalyon RSY X11 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialına keçmiş həmin avtomobil onun işçisinin idarə etməsində olmuş və bunun nəticəsində hadisə törədilmişdir. Məhkəmə iddia tələbinin cavabdeh “Kalyon RSY X11 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı münasibətdə də hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş Füzuli Rayon Məhkəməsinin 1(064)-22/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmdə görünür ki, X10 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X10 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, X10 barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut qismində tanınaraq, X8 təhvil verilmiş “QAZ-3343" markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 MMC-yə qaytarılması, ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə X4 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməsi hökm olunmuşdur. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının anasının ölməsində cavabdeh “Kalyon RSY X11 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının işçisi X7 təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Lakin Füzuli Rayon Məhkəməsinin 1(064)-22/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündə qeyd edilmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı ibtidai istintaq orqanı və məhkəməyə təqdim etdiyi yazılı ərizələrində (səh. 62) təqsirləndirilən şəxs X10 ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Füzuli Rayon Məhkəməsi X7 iş üzrə zərərçəkmiş şəxsin yaxın qohumu - oğlu olan hüquqi varisi İddiaçı ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə, himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını həmin Məcəllənin 59.1.4-cü maddəsinə, əvvəllər məhkum olunmaması, törətdiyi əməldən səmimi peşiman olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və atası X5 İ Qarabağ müharibəsi veteranı olmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Şəxsiyyət Hüquqlarının Müdafiəsi Haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2025-ci il tarixli Plenumunun Qərarının 5.12-ci bəndinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənilməsi və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə zərərçəkən şəxsin məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş maddi və mənəvi zərərlə bağlı tələblərin ödənilməsini təsdiq edən hal kimi nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Möhübbət oğlunun cavabdehlər "KALYON RSY X12 TİCARİ İŞLETMESİ" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh1nə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddianın “iddiaçı tərəfindən ödənilmiş 225 manat məbləğdə dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasına” dair hissəsidə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Möhübbət oğlunun cavabdehlər "Kalyon RSY X11 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh1nə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(5-94)-316/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-94)-316/2026
03.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver