Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-94)-407/2026 05.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlakın və ya dəyərinin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın və ya dəyərinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli İlkin Müqavilənin 2.8-ci bəndinə əsasən hazırkı müqavilə ilə əlaqədar bütün növ mübahisələrə Xətai Rayon Məhkəməsində baxılcağına dair razılıq ədə edilmişdir. xx.xx.2022-ci il tarixli İlkin Müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan 1992-ci il buraxılışlı 77HC108 dövlət nömrə nişanlı “DAF Avtobus” markalı nəqliyyat vasitəsinin Cavabdeh 28850 manata satılması barədə alqı-satqı müqavilsinin bağlanmsına dair razılığa gəlmişlər. Cavabdeh Müqavilənin 2.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən etibarən hər ay 1440 manat olmaqla 20 ay ərzində ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.3-cü maddəsinə əsasən Cavabdeh ödənişi 10 gündən artıq gecikdirdikdə hər gün üçün əlavə 10 manat ödəniş edəcək, 10 gündən artıq gecikdirdiyi halda o vaxta qədər ödənilmiş pulu geri tələb etməyəcək və avtomobili təhvil verməyi öhdəsinə götürür. İşin faktiki halları bundan ibarətdir ki, Cavabdeh müqavilə üzrə qismən, cəmi 5 ay, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə ödəniş etsə də qalan ödənişləri etməmiş və beləliklə müqavilə şərtlərini pozmuşdur. Cavabdehlə aparılan şifahi danışıqlar nəticə verməmiş, yazılı xəbərdarlıq nəticə verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1. aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 40.2. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışlardan görünür ki, İddiaçı və Cavabdeh fərdi sahibkar kimi vergi orqanında uçota alınmış fiziki şəxslərdir. Cavabdeh əsas fəaliyyət istiqaməti şəhər və şəhərətrafı sərnişin quru yol nəqliyyatıdır. Məhkəmə iş üzrə hər iki tərəfin sahibkar kimi vergi orqanında uçota alınmasını, mübahisəli nəqliyyat vasitəsinin “DAF” markalı avtobus olmasını, müqaviləyə əsasən avtobusu əldə edən Cavabdeh fərdi sahibkar kimi əsas fəaliyyət istiqamətinin şəhər və şəhərətrafı sərnişin quru yol nəqliyyatı olmasını nəzərə alaraq, hesab edir ki, hazırki mübahisəyə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Müqavilənin 2.8-ci bəndində tərəflərin müqavilə ilə əlaqədar bütün növ mübahisələrə Xətai Rayon Məhkəməsində baxılcağına dair razılıq əldə etməsinə münasibətdə məhkəmə qeyd edir ki, MPM-də tərəflərin öz aralarındakı sazişlə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilməsi imkanı nəzərdə tutulmuşdur. Məhkəmə aidiyyəti qaydalarının pozulmasına yol verilmir və hazırda iş ərazi aiddiyyəti üzrə deyil, məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 32, 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı əmlakın və ya dəyərinin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №e-2(5-94)-407/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-94)-407/2026
05.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver