Məhkəmə qərarları › İş №e-2(5-94)-656/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-94)-656/2026

12.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-94)-656/2026 12.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil, cavabdeh Maraqlı şəxs iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Quba rayon İcra Şöbəsinə və Maraqlı şəxs qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Quba rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən ünvan 2ində yerləşən 2.533266 ha torpaq sahəsinə dair elektron qaydada keçirilən hərracın nəticəsinə dair xx.xx.2026-cı il tarixli Protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi ona məxsus olan Quba rayonu Aşağı Xuc kəndində yerləşən torpaq sahələrinin 2. 533266 ha torpaq sahəsi girov qoyulmuşdur. Müəyyən müddət borc öhdəliklərini icra edə bilmədiyi üçün “Rabitə Bank“ ASC tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş və Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-50/2023 nömrəli Qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin məhkəmə Qətnaməsi icra edilməsi üçün Quba rayon İcra Şöbəsinə göndərilmişdir. Quba rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli 126137/25- 07-117866 nömrəli sifariş məktubu ilə 2,533266 ha torpaq sahəsinin elektron hərracda satılması ilə bağlı sifariş verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsi tərəfindən hərracın keçirilməsinə dair yeni qaydalarına əsasən hərrac electron qaydada keçirilsədə bu barədə borcluya heç bir formada məlumat verilməmişdir. Tətbiq edilən bu qayda qanunvericiliyin tələbinə tamamilə ziddir. Buna baxmayaraq artıq hərraclar bu formada keçirilir. Hərracı keçirən təşkilat barədə isə heç bir informasiya verilmir. Vətəndaş əmlakının satılmasına dair protokolu əldə etməkdən aciz bir vəziyyətə salınıb. Bu isə Konstitusiyanın vətəndaşlara verdiyi məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olur. Elektron qaydada vəkil sorğusu ilə xx.xx.2025-ci il tarixində Quba Rayon İcra Şöbəsinə müraciət edərək protokolun surəti əldə edilmişdir. Cavabdeh təşkilat olan Cavabdeh2 electron hərrac keçirərək vətəndaşa məxsus olan əmlakı xx.xx.2026-cı il tarixli Protokola əsasən Maraqlı şəxs Sədi oğluna satmışdır. Alıcı Maraqlı şəxs tərfindən edilən ödəniş barədə xx.xx.2026-cı il tarixli Ödəniş tapşırığı sənədindən göründüyü kimi 65370.72 manat pul Maraqlı şəxs tərəfindən hərrac üçün (**********2606208, e12613/2025-13-14 nömrəli icra işi) Cavabdeh2nə ödənilmişdir. Alıcı tərəfindən 65 370.72 manat, 2065.49 manat və 36.78 manat pul vəsaiti ödənilmişdir. Halbuki icra sənədi üzrə "xxxx" ASC xx.xx.2025-ci il tarixli, RB02/pv5995 nömrəli məktubu ilə Cavabdeh1nə müraciət edərək e-2-2(113)-50/2023 saylı Qətnamə üzrə borcun ödənilməsinə dair borclu ilə razılığa gəlindiyi üçün icra sənədinin icra edilmədən İcra Haqqında Qanunun 23.1.1-cimaddəsinə əsasən geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh1 bu məktub əsasında icra sənədini geri qaytarmadığı üçün vətəndaş Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək xx.xx.2025-ci il tarixli 126137/xx-xx-117866 nömrəli sifarişin ləğv olunmaqla icra sənədinin məhkəməyə qaytarılması öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8-2(119)-44/2025 nömrəli Qərardadı ilə ərizə təmin edilmiş və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-50/2023 nömrəli icra sənədi üzrə tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci bəndinə əsasən verilmiş icra sənədinin qaytarılması barədə ərizəyə əsasən icra sənədinin məhkəməyə qaytarılması öhdəliyi Cavabdeh1 üzərinə qoyulmuşdur. Həmin Qərardaddı nəzərə alınmadan əmlak qanunsuz olaraq başqa şəxsə satılmışdır. Əmlakı alan Maraqlı şəxs əmlakın mübahisli əmlak olduğunu, məhkəmə qərardadı olmasına baxmayaraq hərracın davam etdirilməsin və iddiaçının tələbkar Bankla icra sənədi üzrə borcun ödənilməsinə dair razılıq əldə etdiyini bildikdən sonra həmin əmlakı almaqdan imtina etmişdir. Hazırda da Quba rayon İcra Şöbəsinə və Cavabdeh2nə müraciət edərək əmlaka dair ödədiyi pulun geri qaytarılmasını tələb edir. Hazırda alıcı tərəfindən ödənilən pul vəsaiti hərrac təşkilatının depozit hesabına ödənilmişdir. Bir daha qeyd edirik ki, alıcı Maraqlı şəxs əmlakı almaqdan imtina edir. Səbəb isə hərracın məhkəmə qərardadı olduğu halda qanunsuz olaraq keçirilərək satılması olmuşdur. Əmlakın satışına dair belə bir mübahisəli hərrac protokolu bağlandığı andan etibarsız sayıldığı üçün onun yaratdığı hüquqi nəticələrdə etibarsız sayılacaqdır. İddiaçı daha sonra əzirə verərək X2 da cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili-nümayəndəsi iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş X3 iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, torpaq sahəsini hərracın qalibi kimi əldə etsə də, sonradan hərracın keçirilməsinin və əmlakın mübahisəli olduğunu öyrəndiyi üçün hazırda o da hərracın nəticələrinin etibarsız hesab edilməsi və torpağın əvvəlki sahibinə, pul vəsaitinin isə ona qaytarılması ilə razıdır. Torpağın əldə edilməsi üçün ödədiyi pul vəsaitini hərrac təşkilatından və icra şöbəsindən geri tələb edəcəkdir. Cavabdehlər Quba rayon İcra şöbəsi, Cavabdeh2 MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2ində yerləşən 2.533266 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-50/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qətnaməsi üzrə öhdəliklərin icra edilməsinə dair razılaşmadan görünür ki, "xxxx" ASC ilə İddiaçı borcun ödənilməsi ilə bağlı razılığa gəlmişlər, tələbkar "xxxx" ASC icra vərəqəsinin məhkəməyə qaytarılmasına dair müvafiq müraciət ilə İcra şöbəsinə müraciət etməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC-nin Quba rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, tələbkar "xxxx" ASC Bakı Kommersiya Məhkəməsinin "xxxx" ASCnin İddiaçı qarşı mülki işlə bağlı çıxarılmış xx.xx.2025-ci il tarixli e-2-2(113)50/2023 saylı qətnaməsi üzrə icra sənədinin borcun ödənilməsi barədə razılığa gəlindiyindən məhkəməyə qaytarılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8-2(119)-44/2025 nömrəli Qərardadından görünür ki, borclu İddiaçı icra məmurunun hərəkətlərindən verilmiş şikayət ərizəsi təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 2(113)-50/2023 nömrəli icra sənədi üzrə tələbkar "xxxx" ASC tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci bəndinə əsasən verilmiş icra sənədinin qaytarılması barədə ərizəyə əsasən icra sənədinin məhkəməyə qaytarılması öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 8-2(3-8)-3/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8- 2(119)-44/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2026-cı il tarixli hərracın nəticələrinə dair protokoldan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-50/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək üçün borclu İddiaçı məxsus ünvan 2ində yerləşən 2.533266 ha torpaq sahəsi xx.xx.2026-cı il tarixdə “X1” hərraca çıxarılmış və hərracın qalibi Maraqlı şəxs olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İcra haqqında” Qanun: 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi və xüsusi icra məmurunun icraatında olan icra sənədi tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 62.11. Elektron hərrac başa çatdıqdan dərhal sonra onun nəticələri haqqında avtomatik olaraq protokol tərtib edilir. Protokol müqavilə qüvvəsinə malikdir. 62.18. aşağıdakı hallarda elektron hərrac baş tutmamış sayılır: 62.18.3. icra məmuru bu Qanunun 17.1-ci, 20.1-ci və 23.1.1-ci maddələri ilə müəyyən edilən hallarda icra sənədi üzrə icraatı elektron hərracın nəticələrinə dair protokol tərtib edilənədək dayandırdıqda, icraata xitam verilməsi barədə, yaxud icra sənədinin qaytarılması barədə qərar qəbul etdikdə. 62.21. Bu Qanunun 17.1.10-cu maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılması və ya bu Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin qaytarılması barədə tələbkarın müvafiq xahişi (ərizəsi) təqdim olunduğu vaxt borclunun tələb yönəldilmiş əmlakının hərracda satılması üçün sifariş formalaşdırıldığı halda, bu Qanunun 19.2-1-ci və 23.3-1-ci maddələri nəzərə alınmaqla sifariş ləğv edilir. xx.xx.2024-cü il tarixli “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması” Qaydası: 1.3. Sifarişçi və təşkilatçı öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, “İcra haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, o cümlədən bu Qaydanı rəhbər tuturlar. 1.4. Hərrac açıq auksion formasında keçirilir. 7.3. Hərracın Qanunun və bu Qaydanın tələblərinin pozulmaqla həyata keçirilməsini irəli sürən şəxs qanunvericiliyə uyğun olaraq məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan ünvan 2ində yerləşən 2.533266 ha torpaq sahəsi onun "xxxx" ASC-yə olan borcu müqabilində ipoteka ilə yüklü edilmiş, borc ödənilmədiyindən məkəmə qətnaməsi ilə borcun ipoteka predmetinə yönəldilməsi qərara alınmış və qətnamə əsasında icra sənədi verilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə tələbkar "xxxx" ASC ilə borclu İddiaçı arasında borcun ödənilməsi ilə bağlı razılıq əldə olunmuş, tələbkar "xxxx" ASC Quba rayon İcra şöbəsinə müraciət edərək icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Yazılı mürcaiət xx.xx.2025-ci il tarixdə Quba rayon İcra şöbəsi tərəfindən qəbul edilmişdir. “İcra haqqında” Qanunun yuxarıda qeyd edilən 62.21-ci maddəsinə əsasən icra sənədinin qaytarılması barədə tələbkarın müvafiq xahişi (ərizəsi) təqdim olunduğu vaxt borclunun tələb yönəldilmiş əmlakının hərracda satılması üçün sifariş formalaşdırıldığı halda belə sifariş ləğv edilməlidir. Lakin, Quba rayon İcra şöbəsi tələbkarın icra sənədinin qaytarılması barədə ərizəsi olduğu halda sifarişi ləğv etməmiş, borcluya məxsus torpaq sahəsini elektron hərrac vasitəsi ilə satışa çıxarmış və bununla da qanunvericiliyin tələblərini, o cümlədən hərracın keçirilməsi qaydalarını pozmuşdur. Odur ki, İddiaçı hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 MMC tərəfindən ünvan 2i ünvanında yerləşən 2,533266 ha torpaq sahəsinin satılmasına dair elektron qaydada keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2026-cı il tarixli, **********8227200 saylı protokol etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar