Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-95)-17/2026 07.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 maraqlı şəxs qismində Maraqlı şəxs Açıq səhmdar Cəmiyyəti cəlb edilməklə cavabdeh X2 qarşı “İcra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 maraqlı şəxs qismində Maraqlı şəxs Açıq səhmdar Cəmiyyəti cəlb edilməklə cavabdeh X2 qarşı “İcra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 7 saylı Notariat ofisinin Xüsusi notariusu X3 tərəfindən verilmiş reyestrdə 8İ-12217 nömrə ilə qeyd edilmiş xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində ... cavabdehin və işdə iştirak edən digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN) göstərilməlidir. MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Göründüyü kimi, qanunverici, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünü onun Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməsi ilə şərtləndirmişdir. Həmin Məcəllədə iddia ərizəsində göstərilməli olan hallar sırasında cavabdehin soyadı, adı, atasının adı ilə yanaşı onun şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatların (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi və ya VÖEN-i), yaşayış yeri və ya olduğu yerin mütləq göstərilməli olduğu təsbit olunmuşdur. Bu isə həm məhkəmə aidiyyətinin düzgün müəyyən edilməsinə, həm də ağlabatan müddətdə işin ədalətli həllinə xidmət edir. İddia ərizəsindən görünür ki, qanunvericiliyin tələbinə əməl edilməyərək, iddia ərizəsində cavabdeh qismində qeyd edilən şəxsin (X1) şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar qeyd edilməmişdir. Məhkəmə nəzərə çatdırır ki, şəxsin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar vətəndaşın şəxsiyyət vəsiqəsində qeyd olunan məlumatları və ya fərdi sahibkar olduqda VÖEN məlumatlarını ehtiva edir. İddia ərizəsində müvafiq məlumatlar qeyd edilmədiyi halda şəxsin şəxsiyyətinin müəyyən edilməsi, onun cavabdeh qismində cəlb edilməsi və habelə ərazi aidiyyətinin düzgün müəyyən edilməsi mümkün olmur. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən də iddia ərizəsində cavabdeh qismində qeyd edilən şəxsin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar aşkar edilmir. Bu isə iddia ərizəsinin məzmun tələblərinə riayət olunmadığına dəlalət etməklə yanaşı, məhkəməni cavabdehin işdə iştirakının təmin edilməsi üçün zəruri olan tədbirləri görmək imkanından məhrum edir. Ona görə məhkəmə hesab edir ki, iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsi geri qaytarıldığından, xx.xx.2026-ci il tarixli, **********85 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 manat dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 maraqlı şəxs qismində Maraqlı şəxs Açıq səhmdar Cəmiyyəti cəlb edilməklə cavabdeh X2 qarşı “İcra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2026-ci il tarixli, **********85 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılsın. İddiaçılara izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №e-2(5-95)-17/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-95)-17/2026
07.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver