Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-99)-202/2026 29.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı cavabdeh 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariusu X1 qarşı “notariat hərəkətinin qanunsuz hesab edilməsi və notariat hərəkəti üzrə təsdiq edici yazının qanunun tələblərinə uyğun olmadığının tanınması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariusu X1 qarşı “notariat hərəkətinin qanunsuz hesab edilməsi və notariat hərəkəti üzrə təsdiq edici yazının qanunun tələblərinə uyğun olmadığının tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 108-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir; 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir; 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, ərizəynə əlavə edilmiş sənədlərin siyahısında dövlət rüsumunun ödənilməsi barədə qəbz aşkar olunsa da, qeyd edilən dövlət rüsumu xx.xx.2025-ci il tarixdə X3 tərəfindən ödənilmişdir. Lakin iş materiallarına həmin şəxsin iddiaçının əvəzində dövlət rüsumunun ödənilməsi səlahiyyətin verilməsinə dair etibarnamə əlavə edilməmişdir. Nəticədə, iddia ərizəsi üzrə dövlət rüsumu səlahiyyəti olmayan şəxs tərəfindən ödənilmişdir. Bundan başqa, elektron məhkəmə sistemindən əldə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2786/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X2rşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir, hazırda mülki iş iddiaçının verdiyi apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət edilərkən hər bir şəxs iddia ərizəsinə və ya onun verilməsinə dair MPM-lə müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Göstərilənlərə və MPM-in 150.1.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariusu X1 qarşı “notariat hərəkətinin qanunsuz hesab edilməsi və notariat hərəkəti üzrə təsdiqedici yazının qanunun tələblərinə uyğun olmadığının tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(5-99)-202/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-99)-202/2026
29.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver