Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-99)-622/2026 04.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı “qeyriyaşayış sahəsində aparılmış təmir-tikinti işlərinin cavabdehlərin hesabına sökülərək qeyriyaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və qeyri-yaşayış sahəsindən istifadə və ona sahiblik etməyə yaradılan maneələrin qadağan edilməsi və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Tələb:
1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı “qeyri-yaşayış sahəsində aparılmış təmir-tikinti işlərinin cavabdehlərin hesabına sökülərək qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və qeyri-yaşayış sahəsindən istifadə və ona sahiblik etməyə yaradılan maneələrin qadağan edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələrinin kəsişməsi 2535-ci məhəllə ünvanında yerləşən “My Home” Yaşayış Kompleksinin “A” blokunda A.-1.3 və A.-1.4 qeyri-yaşayış sahəsində aparılmış təmir-tikinti işlərinin cavabdehlər "xxxx" MMC-nin və Cavabdeh2 MMC-nin hesabına sökülərək qeyriyaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, qeyri-yaşayış sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, iddiaçıya qeyri-yaşayış sahəsindən istifadəyə və ona sahiblik etməyə cavabdehlər tərəfindən yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi; iddianın qaldırılması üçün məhkəmə məsrəfləri olan 100 (bir yüz) manat dövlət rüsumunun və 500 (beş yüz) manat hüquqi xidmət haqqının cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmə baxışının hədləri:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.
Hakimin mövqeyi:
5. İddia ərizəsindən görünür ki, iddiaçı aidiyyət qaydalarını pozmaqla ümumi məhkəməyə müraciət etmişdir.
6. İddia ərizəsindən görünür ki, İddiaçı cavabdehlər X3, Cavabdeh1 MMC-yə, X5, X11, X4, X6, X7, X1, X8, X2 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “alqı satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, qeyri-yaşayış obyektlərinə istifadə və sahiblik etməyə yaradılan maneələrin qadağan edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, e-2(007)-431/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 305/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, e-2(007)-431/2023 saylı qətnaməsi ləğv edilmişdir, habelə İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Həmin barışıq sazişinə əsasən, "xxxx" MMC ünvan 2 ünvanda inşa edilmiş binanın A blokunun 1-ci mərtəbəsində yerləşən ümumi 207 kv.metr-dən ibarət olan qeyri-yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsinin altında yerləşən (yarı-zirzəmidə) ümumi 200 kv.metr-dən ibarət olan qeyri- yaşayış sahəsini İddiaçı təqdim etməyi öhdəsinə götürmüşdür. Bundan sonra, "xxxx" MMC və İddiaçı arasında 07 noyabr 2024-cü il tarixli Q/Y-057 nömrəli və 16 fevral 2025-ci il tarixli Q/Y-060 nömrəli müqavilələr bağlanmışdır. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələrinin kəsişməsi 2535ci məhəllə ünvanında yerləşən “My Home” Yaşayış Kompleksinin “A” blokunda 1-ci mərtəbədə yerləşən A.1.1 və A.1.2 qeyri-yaşayış sahələri və -1 (zirzəmi) mərtəbəsində yerləşən A.-1.3 və A.-1.4 qeyr-yaşayış sahələri İddiaçı verilmişdir. “AZEMİS”-dən çıxarışdan görünür ki, İddiaçı VÖEN-i (**********) vardır. Fəaliyyət istiqaməti “torpaqların istismara və kirayəyə verilməsi”dir. Göründüyü kimi tərəflər arasında olan münasibətlər kommersiya xarakterlidir.
7. Belə olan halda, məhkəmə hesab edir ki, irəli sürülən tələbə ümumi məhkəmədə baxılmalı olmadığına görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə, yəni Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir.
8. Həmçinin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.
9. İş materiallarına əlavə edilmiş ********** nömrəli mədaxil qəbzindən (Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ödənilmiş, qəbz nömrəsi: **********, tarix: xx.xx.2026, saat 17:34:27) görünür ki, hazırki iş üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Nəticə:
10. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı “qeyri-yaşayış sahəsində aparılmış təmir-tikinti işlərinin cavabdehlərin hesabına sökülərək qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və qeyriyaşayış sahəsindən istifadə və ona sahiblik etməyə yaradılan maneələrin qadağan edilməsi və s.” tələbinə dair iddia ərizəsi geri qaytarıldığından ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı büdcədən geri qaytarılmalıdır.
11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq,
Qərara aldım:
İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı “qeyriyaşayış sahəsində aparılmış təmir-tikinti işlərinin cavabdehlərin hesabına sökülərək qeyriyaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və qeyri-yaşayış sahəsindən istifadə və ona sahiblik etməyə yaradılan maneələrin qadağan edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu (Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ödənilmiş, qəbz nömrəsi: **********, tarix: xx.xx.2026, saat 17:34:27) dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə təqdim olunduqdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ülkər Yusifova