Qanunvericilik › Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Sovetin sessiyasında deputatın hüquqları

Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Deputat Sovetin sessiyasında nəzərdən keçirilən bütün məsələlər barəsində həlledici səs hüququna malikdir.

Deputatın ixtiyarı var ki:

Sovetin orqanlarına seçsin və seçilsin;

Sovetin yaratdığı orqanların fərdi tərkibi və Sovetin seçdiyi, təyin etdiyi və ya təsdiq etdiyi vəzifəli şəxslərin namizədlikləri barəsində fikrini bildirsin;

Sovetdə baxılmaq üçün məsələlər təklif etsin;

Sovetin sessiyasının gündəliyi, məsələlərə baxılması qaydası və müzakirə edilən məsələlərin mahiyyəti barəsində təkliflərini və qeydlərini bildirsin;

Sovetə hesab verməli olan və ya onun nəzarəti altında olan hər hansı orqanın, yaxud vəzifəli şəxsin hesabatını və ya məlumatını Sovetin sessiyasında dinləmək haqqında təkliflər irəli sürsün;

Sovetin seçdiyi, təyin etdiyi və ya təsdiq etdiyi vəzifəli şəxslərə etimad məsələsini qoysun;

qanunların dövlət orqanları və ictimai orqanlar, müəssisələr, idarələr və təşkilatlar tərəfindən icrasının yoxlanılması zərurəti haqqında, Sovetin səlahiyyətinə aid olan hər hansı məsələ üzrə deputat təhqiqatı aparılması haqqında Sovetə və ya onun orqanlarına təkliflər versin;

müzakirələrdə iştirak etsin, sorğularla müraciət etsin,

məruzəçilərə,habelə iclasda sədrlik edənə suallar versin, cavablar tələb etsin və bunlara qiymət versin;

öz təkliflərini əsəslandırmaq üçün və səsvermə barəsində çıxış etsin, arayışlar versin;

Sovetin qərarlarının layihələrinə düzəlişlər versin;

vətəndaşların ictimai əhəmiyyətli müraciətlərini Sovetin sessiyasında elan etsin.

Müzakirlərdə çıxış etməyən deputatın öz çıxışının mətnini, habelə sessiyada müzakirə olunan məsələ barəsində yazılı ifadə edilmiş təkliflərini və qeydlərini sədrlik edənə vermək ixtiyarı vardır.

Çıxışın mətni iclasın protokoluna daxil edilir.

Sovetin sessiyasında deputatların irəli sürdükləri təkliflərə və qeydlərə qanun layihələri işlənib tamamlanarkən, qəbul edilərkən baxılır və onlar nəzərə alınır. Bu təkliflər və qeydlər rədd edilərsə, müvafiq daimi komissiya deputata əsaslandırılmış cavab verir.

Deputat Sovetin və ya onun orqanlarının qərarı ilə razılaşmadıqda özünün xüsusi rəyini iclasda ifadə etmək üçün üstün hüquqa malikdir.

Bu maddədə göstərilən hüquqların həyata keçirilməsi qaydası həmin Qanun, müvafiq Sovetin reqlamenti, Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver