Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Xarici bankın və xarici bank holdinq şirkətinin yerli törəmə banklarına, xarici bankın yerli filiallarına lisenziya verilməsi üçün və xarici bankın yerli nümayəndəliklərinin açılmasına icazə alınması üçün əlavə tələblər

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Xarici bankın və ya xarici bank holdinq şirkətinin yerli törəmə banklarına, xarici bankın yerli filiallarına bank lisenziyaları və xarici bankın yerli nümayəndəliklərinin açılmasına icazələr yalnız Mərkəzi Bank ilə xarici bankın və ya xarici bank holdinq şirkətinin bank fəaliyyətini tənzimləyən və ona nəzarət edən xarici səlahiyyətli orqanlar arasında məsləhətləşmələr keçirildikdən və həmin orqanlar tərəfindən banka və ya bank holdinq şirkətinə konsolidasiya edilmiş əsasda lazımi nəzarətin həyata keçirilməsi müəyyən edildikdən sonra verilir.

13.2. Xarici bankın və xarici bank holdinq şirkətinin yerli törəmə bankına, xarici bankın filialına bank lisenziyası və ya xarici bankın yerli nümayəndəliyinin açılmasına icazə alınması üçün müraciətə bu Qanunun 8-ci və 9-cu maddələrində göstərilən sənədlərdən başqa aşağıdakı sənədlər də əlavə edilir:

13.2.1. xarici bankın törəmə bankı, filialı və ya nümayəndəliyi üçün - təsisçi xarici bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanının bankın həmin ölkədə fiziki və hüquqi şəxslərdən depozitlər və digər qaytarılan vəsait cəlb etmək üçün icazəsinin olması, habelə həmin tənzimləmə və nəzarət orqanının banka nəzarəti həyata keçirməsi barədə yazılı bildirişi və bu orqanın törəmə bankın təsis edilməsinə və ya filialın, nümayəndəliyin açılmasına yazılı icazəsi;

13.2.1. xarici bank holdinq şirkətinin törəmə bankı üçün - bank holdinq şirkətinin yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanının bu şirkətə nəzarəti həyata keçirməsi, bu şirkətin fiziki və hüquqi şəxslərdən depozitlər və digər qaytarılan vəsait cəlb etməsi üçün həmin ölkədə lisenziyası olan bir və ya bir neçə bankının olması və ya onları idarə etməsi barədə yazılı bildirişi və bu orqanın törəmə bankın təsis edilməsinə yazılı icazəsi.

13.3. Xarici bankların və xarici bank holdinq şirkətlərinin törəmə banklarında İdarə Heyəti üzvlərinin, xarici bankların yerli filiallarında isə inzibatçılarının ən azı biri Azərbaycan Respublikasının vətəndaşları olmalıdırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver