Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Bankların, onların filiallarının, şöbələrinin və nümayəndəliklərinin reyestri

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. Mərkəzi Bank bankların, filialların, şöbələrin və nümayəndəliklərin ictimaiyyət üçün açıq olan mərkəzi reyestrini tərtib edir. Reyestrə bankların, filialların, şöbələrin və nümayəndəliklərin adları, ünvanları, inzibatçıları barədə məlumatlar, onlara verilmiş və ləğv edilmiş lisenziyaların və icazələrin qeydiyyat nömrələri və tarixi (bu Qanunla lisenziya və icazə tələb olunduqda), fəaliyyətinə xitam verilmiş banklar, filiallar, şöbələr və nümayəndəliklər haqqında məlumatlar daxil edilir.

15.2. Banklar reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barəsində Mərkəzi Banka beş iş günü müddətində yazılı bildiriş göndərirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver